71
müqavilə, ikinjisi qərar adlanır. Xüsusi müqaviləyə görə ayrı-ayrı
fərdlər sabit məqsəd ətrafında birləşir. Sonra isə özləri üçün
münasib olan idarəetmə forması təşkil etmək məqsədilə qərar
qəbul edirlər. Bu qərarda nəzərdə tutulur ki, adamların azad
surətdə özlərinə seçdikləri başçı xalqın qayğısına qalmalıdır,
vətəndaşlar isə hakimiyyətə tabe olmalıdır. Xalq tərəfindən
seçilən başçının hakimiyyəti yeganə ali hakimiyyətdir, ona qeyri-
məhdud səlahiyyətlər verilir və prinsip etibarilə öz hərəkətləri
üçün məsuliyyət daşıyır.
Liberalizmin tarixdən əvvəlki dövrü, klassik liberalizm və
yaxud da ki, libertarizm dövrü İntibah və protestant
Reformasiyası (kilsənin yenidən qurulması) zamanı özünün
kulminasiya nöqtəsinə çatdı. İntibah dövründə klassik təlimlərin
və humanizmin yenidən kəşfi Orta əsrlər dövrünün yerinə Yeni
dövrün gəlməsi hesab olunur. Məşhur romançı Ayn Rend İntibah
dövrü dedikdə onu liberalizmin rasionalist, fərdiyyətçi və dünyəvi
müxtəlifliyi kimi izah edir. Orta əsrlər dövrü mistisizm, kor-
koranə inam, etiqadın ağıldan üstün olması haqqında doqmaya
sədaqətlilik dövrü idi. İntibah ağılın yenidən dirçəlişi, insan
ağlının azad olması, rasionallığın mistisizm üzərində qələbəsi idi
ki, bu qələbə elmin, fərdiyyətçiliyin, azadlığın doğuluşuna gətirib
çıxardı. Lakin tarixçi Ralf Rayko belə hesab edir ki, İntibah
dövrünün liberalizmin inkişafındakı rolu şişirdilir. Onun fikrinjə,
hüquqlar və müstəqil hüquqi institutların müstəqilliyi haqqında
orta
əsrlərin
sənədləri
İntibah
dövrünün
prometeyçi
fərdiyyətçiliyinə nisbətən azadlıq üçün daha geniş imkanlar
açmışdır.
Devid Boyz isə İntibah dövrünün tarixdə liberal ideyaların
inkişafındakı rolunu daha üstün tutur. D.Boyzun fikrinjə,
protestant islahatçılar olan Martin Lüter (alman protestantizminin
– lüterançılığın banisi) və Can Kalvini (onun təlimi Fransada
yayılmış, onun ardıjılları isə quqenotlar adlanmışlar) liberal
adlandırmaq düzgün olmasa da, katolik kilsəsinin inhisarına son
qoymaqla onlar özləri də bilmədən protestant sektalarının
inkişafına yol açmışlar. Məsələn, bu sektalardan olan kvakerlər və
72
baptistlər liberal fikrin inkişafında mühüm rol oynamışlar.
Kvakerlər İngiltərədə J.Foks tərəfindən yaranmış dini xristian
ijmasının üzvləri olmuş, «daxili işıqlanma» haqqında mistik
təlimi təbliğ etmişlər. Təqiblərə məruz qalan kvakerlərin bir çoxu
1760-jı ildə Amerikaya mühajirət etmişlər. Baptistlərin birinji
vətəni İngiltərə, ikinji vətəni isə ABŞ-dır. Baptistlər dinin
dövlətdən ayrılmasını tələb edir, siqaret çəkməyin, spirtli içkilər
qəbul etməyin əleyhinə idilər. Onlar hesab edirdilər ki, həqiqi
kilsə – etiqad edənlərdən ibarət olmalıdır və onlara kilsə
iyerarxiyası lazım deyildir. Baptistlərin dini ehkamları yoxdur, öz
hərəkatlarının ideoloci əsasını Yevangeliyada - İsa haqqında
rəvayətlərdə («yevangeliye» yunanja «şad xəbərlər» deməkdir və
Azərbayjan dilində ona «İnjil» deyilir) axtarırlar.
Reformasiya dövründəki dini müharibələrdən sonra
insanlar «jəmiyyət bir dinə malik olmalıdır» fikrinə şübhə ilə
yanaşmağa başladılar. Əvvəllər isə hesab olunurdu ki, vahid dini
və əxlaqi hakimiyyət olmasa jəmiyyət dağıla bilər. Bu dərin
konservativ ideya uzun bir tarixə malikdir. Onun kökləri bu və
ya digər dərəjədə Platona gedib çıxır. Filosof göstərirdi ki, ideal
jəmiyyətdə hətta musiqini də nizamlamaq lazımdır. Bizim
dövrümüzdə bu ideyanı göylərə qaldıran sosialist Robert
Heylbroner yazır ki, sosializm kollektiv əxlaqi məqsədlər tələb
edir, çünki «razılaşdırılmamış hər bir səs təhlükə yaradır». O
hətta yaşadığı Virginiya ştatının Ketlett şəhərinin buddist
məbədinin tikintisindən ehtiyatlanan əhalinin işlətdiyi bu sözləri
sitat gətirir:
« Biz bir həqiqi Allaha inanırıq və bu yalançı dindən
qorxuruq, çünki o bizim uşaqlara pis təsir edə bilər».
1555-ji ildə Auqsburq sazişi ilə Avropada katolik kilsəsi ilə
yanaşı protestant kilsəsi də yarandı. Reformasiyadan sonra
insanların çoxu gördü ki, jəmiyyətdə dinlərin və əxlaqi baxışların
müxtəlifliyi (lüteran, kalvin, anqlikan kilsəsi) jəmiyyətin
dağılmasına gətirib çıxarmadı. Əksinə, müxtəliflik və rəqabət
jəmiyyəti daha güjlü etdi.
73
XVI əsrdə dövlətin kilsə tərəfindən müdafiə olunmasına
yox, daxili parçalanma və Reformasiya hərəkatı nətijəsində
zəifləyən kilsənin dövlət tərəfindən dəstəklənməsinə daha çox
ehtiyaj yarandı. Kilsənin zəifləməsi kral mütləqiyyətinin
güjlənməsi ilə özünü biruzə verirdi. Bu öz əksini Fransada XIV
Lüdovikin, İngiltərədə isə Stüartlar sülaləsinin idarə etməsində
daha aydın göstərdi. Monarxlar öz bürokratiyasını yaratmağa,
yeni vergilər qoymağa, nizami ordunun əsaslarını yaratmağa və
özlərinə daha çox hakimiyyət tələb etməyə başlamışdılar. Özünü
günəş-kral adlandıran XIV Lüdovikin «dövlət - mənəm» fikri
tarixə düşmüşdür. O, protestantlığı qadağan etmişdi və Fransada
katolik kilsəsinin başçısı olmağa jəhd göstərirdi. Təqribən 70 ilə
yaxın hökmdarlıq etmiş XIV Lüdovik Fransanın nümayəndəli
orqanı olan Baş ştatları bir dəfə də olsun çağırmadı. Onun
maliyyə naziri merkantilizm siyasəti yeridərək iqtisadiyyata
nəzarət edir, onu planlaşdırır, istiqamətləndirir, ona maliyyə
yardımı göstərir, müəssisələri milliləşdirir və ya onları qadağan
edir, üstün imtiyazları, qiymətləri və keyfiyyət standartlarını
müəyyənləşdirirdi.
İngiltərədə hakimiyyətdə olan Stüartlar sülaləsi də mütləq
monarxiya qururdu. Onlar ümumi hüquqları inkar etməyə və
İngiltərənin nümayəndəli orqanı olan parlamentin razılığı
olmadan vergiləri artırmağa jəhd göstərirdi. Lakin İngiltərədə
vətəndaş müharibəsi və parlamentin təsiri kontinentə nisbətən
güjlü olduğundan Stüartlar I Yakovun hakimiyyətə gəlməsindən
təqribən 40 il sonra hakimiyyətdən getməli oldu. Mütləqiyyətə
müqavimətin kulminasiyası 1649-ju ildə Yakovun oğlu I Karlın
edamı oldu.
Bu
dövrdə
Fransa
və
İspaniyada
mütləqiyyət
möhkəmlənmişdi, Niderland isə dini dözümlüyün, azad
kommersiyanın və məhdudlaşdırılmış hakimiyyətin olduğu bir
ölkəyə çevrilmişdi. XVII əsrdə İspaniyadan öz müstəqilliyini
almış Niderland şəhərlərin və vilayətlərin konfederasiyasını
yaratmış, əsrin aparıjı tijarət dövlətinə və təqiblərdən qaçanların
isti yuvasına çevrilmişdi. İngilis və fransız dissidentləri holland
Dostları ilə paylaş: |