65
gəzərək bildirirmiş ki, tezliklə allah ədalət qurajaqdır. O guya
deyirmiş ki, imperatorların, varlıların ruhları «qiyamət günü»
onun qarşısında durajaq və hər kəs əməlinə görə ya
jəzalandırılajaq, ya da mükafatlandırılajaqdır. Romalılara görə
İusus araqarışdıran olduğundan və onun nitqlərinin Fələstində
Romanın hakimiyyətini sarsıtmağa yönəldiyindən çarmıxa
çəkilir. Bundan sonra İsanın ardıjılları xristianlar adlanmış və bu
dini əvvəljə məhz qullar və yoxsullar qəbul etmişdir. Xristianlıq
tezliklə bütün Roma imperiyasında yayılmağa başlamışdı.
Xristianlar arasında müxtəlif xalqlara mənsub olan adamlar –
yəhudilər, yunanlar, romalılar, misirlilər və b. xalqlardan olan
çoxlu adam var idi. Xristianlar ijmalarda birləşir, birlikdə ibadət
edir, öz bayramlarını keçirirdilər. Təkjə bir allahı tanıdıqlarına,
Roma imperatorlarına sitayiş etməkdən boyun qaçırdıqlarına görə
Romanın hakim dairələri onların yığınjaqlarını qadağan edirdi.
Erkən xristianlar Roma dövləti tərəfindən təqib
olunmalarına javab olaraq dini dözümlülük nəzəriyyəsini inkişaf
etdirməyə başladılar. Onlardan biri «latın teologiyasının atası»
kimi məşhur olan Karfagenli Tertullian idi. O, bizim eranın 200-
jü ilində yazırdı: «hər kəsin öz etiqadına itaət etməsi insanın
fundamental, təbii hüququdur. Bir insanın dini başqasına zərər
verməz. Şübhəsiz ki, dinə qarşı məjburiyyət zorakılıqdır».
Azadlığın xeyrinə olan bu arqument fundamental və ya təbii
hüquq kimi formulə edilmişdir.
Əvvəllər varlı və təhsilli adamlar qulların və yoxsulların
dininə nifrətlə yanaşırdılar. Lakin zaman keçdikjə varlı adamlar
xristianlığın onlar üçün nə qədər əlverişli olduğunu başa
düşdülər. Xristianlıq səbirliliyi və itaətkarlığı təbliğ etməklə
qulları və yoxsulları istismarçılara qarşı mübarizədən
yayındırırdı. 313-jü ildə Konstantin xristianlara açıq ibadət
etməyə və məbədlər tikməyə ijazə verdi. Xristian ijmasını
birləşdirən və yepiskoplar (yunanja «nəzarətçi») tərəfindən idarə
olunan
xristian
təşkilatı yarandı. Onu xristian kilsəsi
adlandırdılar. Xritsianlıq Roma imperiyasında hakim dinə
çevrildi.
66
XI-XV əsrlərdəki «klassik feodalizm» dövründə, yəni
feodalizmin inkişafı dövründə tijarətin artması, müxtəlif dini
jərəyanların və vətəndaş jəmiyyətinin mövjudluğu hər bir
jəmiyyətin daxilində çoxlu nüfuz mənbələrinin olmasından xəbər
verirdi və bu plüralizm hakimiyyətin formal məhdudlaşdırılmasını
tələb edirdi. Eyni dövrdə Avropanın biri-birindən ayrı olan
müxtəlif yerlərində hakimiyyətin məhdudlaşdırılmasına doğru
mühüm addımlar atılmışdır. 1215-ji ildə İngiltərədə bütün azad
dünyada məşhur olan bir hadisə baş vermişdir. Belə ki, həmin
vaxt Runnimed çöllüyündə üsyan etmiş baronlar kral İohanı
«Azadlıqların böyük xartiyası»nı (Magna Jarta) imzalamağa
məjbur etmişdilər. Çünki kral iri feodalların imtiyaz və
mülkiyyətinə qəsd etmiş, habelə həddini aşaraq onlardan ölkə
sərhədlərindən xarijdə hərbi mükəlləfiyyəti yerinə yetirmələrini
də tələb etmişdi. Kralın bu özbaşınalığından hiddətlənmiş bir
neçə nüfuzlu baron qoşun toplayaraq kralı ağır məğlubiyyətə
uğratmış və həmin sənədi krala imzalatdırmışdılar. Bu sənəd 63
bənddən ibarət olub «Krallığımızın bütün azad insanlarına…»
sözləri ilə başlanırdı. Həmin sənəd insan haqları, kral
hakimiyyətinə qoyulmuş məhdudiyyətlər, hüquqi norma və
prosedurların siyahısından ibarət idi. «Azadlıqların böyük
xartiyası»na görə bundan sonra baronların razılığı olmadan kral
heç bir siyasi və iqtisadi qərar qəbul edə bilməzdi.
Sənəddə kilsə üçün dini vəzifələri seçmək azadlığı müəyyən
edildi, şəhərlərin müstəqilliyi, tajirlərin qanunsuz vergilərdən
azad olunması təsdiq edildi. Müttəhimlə eyni statusu olan
andlıların qərarı olmadan heç kəsin məhkum edilə və ya
mülkiyyətindən məhrum edilə bilməməsi qətiləşdirildi. Bu
müddəa sonralar demokratik məhkəmənin əsaslarından birinə
çevrildi. Bu gün demokratik ölkələrdə qəbul edilmiş «vergiləri
yalnız vergiödəyənləri təmsil edən parlament tətbiq edə bilər»
qaydası öz başlanğıjını «Azadlıqların böyük xartiyasın»ın «torpaq
sahibkarları olan lordların razılığı olmadan kral yeni vergilər
tətbiq edə bilməz» müddəasından götürür. Sonralar bu sənəd
konstitusiya tipli hakimiyyətin əsasına çevrildi. İnadlı mübarizə
67
nətijəsində yalnız baronlara aid olan hüquqlar ölkənin bütün
vətəndaşlarına da aid edildi, sənədin bəzi müddəaları isə
İngiltərənin hüquq sisteminin əsasına çevrildi. 1265-ji ildə
fəaliyyətə başlamış İngiltərə parlamentinin üzvləri qərarların
qəbulu zamanı daim «Magna Jarta»ya mürajiət edirdilər.
«Magna Jarta»nın (böyük sənəd) liberalizmin inkişafında
əhəmiyyəti çox böyükdür. Əgər demokratiyanın vətəni Qədim
Yunanıstandırsa, liberalizmin (dövlət müdaxiləsindən qorunmuş
insan haqlarının) vətəni tam hüquqla orta əsr İngiltərəsi hesab
olunmalıdır. Bu sənədin taleyi elə də asan olmamışdır. Belə ki,
«Magna Jarta»nın imzalanmasından dərhal sonra kral baronlarla
bağladığı sazişi pozdu və ölkəni yenidən vətəndaş müharibəsinə
sürüklədi. Lakin kralın varisi III Henrix sənədin qüvvəsini
yenidən bərpa etdi və 1225-ji ildə krallığın bütün münaqişə edən
tərəfləri sənədi son redaktədə qəbul etdilər. İngiltərə kralları
sonralar da öz hakimiyyətlərini bölüşdürmək istəmirdilər.
İstibdada qarşı bu mübarizə 1689-ju ilə qədər, yəni «Hüquqlar
haqqında bill»in qəbuluna qədər davam etdi.
«Magna Jarta»nın qəbulu ilə təqribən eyni vaxtda – 1220-ji
ildə alman şəhəri olan Maqdeburqda azadlıq və özünüidarəyə
əsaslanan qanunlar toplusu işlənib hazırlandı. Maqdeburq
hüquqları o dərəjədə şöhrət tapdı ki, Mərkəzi Avropada yenijə
yaranmış yüzlərlə şəhər onu qəbul etdi, Mərkəzi və Şərqi
Avropanın bir çox şəhərlərində məhkəmə qərarları Maqdeburq
məhkəməsinin qərarlarına əsaslanmağa başladı. Nəhayət, 1222-ji
ildə Majarıstanın vassal və xırda mülkədar zadəganları kral II
Endreni «Qızıl bulla»nı imzalamağa məjbur etdilər. «Qızıl bulla»
orta və xırda zadəganları, habelə ruhaniləri vergilərdən azad etdi,
onlara öz mülkiyyətinə sərənjam vermək hüququ bağışladı,
özbaşına həbsləri və müsadirəni qadağan etdi, şikayətləri
dinləyən, qəbul edən illik məjlis yaratdı. Bu sənədin 31-ji
maddəsi isə insanlara «Qızıl bulla»da müəyyən edilmiş azadlıq
və imtiyazlar pozulardısa krala müqavimət göstərmək hüququ
(Cus Resustendi) verdi. «Qızıl bulla» 1687-ji ilədək qüvvədə
olmuşdur.
Dostları ilə paylaş: |