Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə23/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

 
68 
Hər  bir  konkret  dövlətdə  əldə  edilmiş  azadlıq  gərgin 
mübarizənin  nətijəsində  əldə  edilirdi.  «Qızıl  bulla»nın  qəbul 
edildiyi  tarixə  nəzər  salsaq  bu  fikrimiz  sübut  olunar.  Belə  ki,  öz 
hakimiyyətinin  başlanğıjında  II  Endre    iri  feodallara  və  onların 
mülkiyyətlərinə  münasibətdə  «yeni  qaydalar»la  idarə  edəjəyini 
vəd etmişdi. X əsrin sonlarından  yaranmış Majarıstan dövlətində 
kral hakimiyyətinin maddi əsası  saraya böyük gəlirlər gətirən iri 
əkinçilik olmuşdur. II Endre həmin torpaqları yaxın adamlarına, o 
jümlədən  alman  mənşəli  arvadı  Gertrudanın  yaxınlarına  və 
qohumlarına  paylamışdı.  Nətijədə  gəlirlər  əhəmiyyətli  dərəjədə 
azalmışdı. Gəlir kəsirini digər mənbələr hesabına doldurmaq üçün  
kral  duz  tijarətinə  və  əlvan  metal  sərvətinə  olan  hüququ  ijarəyə 
verdi.  Lakin  bu  da  uğur  gətirmədi.  II  Endre  pul  çatışmazlığına 
qarşı  daim  mübarizə  aparmağa  məjbur  olmuşdu.  Qədim  Rusun 
jənubundakı  zəngin  Qaliç-Volın  knyazlığını  ələ  keçirmək 
uğrunda  aparılan  saysız-hesabsız  müharibələrə  və  Yerusəlimə 
qarşı aparılan səlib müharibələrinə böyük vəsait xərjlənmişdi. Bu 
müharibələr  heç  bir  sabit  nətijə  vermədi,  əvəzində  Majarıstanda 
hüququ  pozulmamış  bir  sosial  təbəqə  belə  qalmadı.  II  Endrenin 
yeni  siyasətinin  nətijəsində  tezliklə  krala  qarşı  güjlü  müxalifət  
formalaşdı. 1213-jü ildə Bano Bankonun rəhbərliyi ilə krala güjlü 
təzyiqi olan II Endrenin  arvadı Gertrudaya qarşı sui-qəsd həyata 
keçirildi.  II  Endrenin  siyasətinin  düşmənləri  kral  taxt-tajının 
varisi, II Endrenin oğlu ətrafında qruplaşdılar. 1222-ji ildə əsl sui-
qəsd  baş  verdi,  yadellilər  qovuldu,  kral  isə  «Qızıl  bulla»nı 
imzalamağa məjbur oldu.  Bu sənədi kral fərmanlarını təsdiq edən 
möhür  adlandırırdılar.  Vergilərdən  azad  olan  zadəganlar  bunun 
əvəzində  vətəni  xariji  düşmənlərdən  qorumalı  idilər. 
Zadəganların  «Qızıl  bulla»da  öz  əksini  tapmış  imtiyazlarını  heç 
kralın da pozmaq hüqüqu yox idi. 
«Azadlıqların  böyük  xartiyası»  və  «Qızıl  bulla»  sənədləri 
azadlığa, 
məhdudlaşdırılmış  hakimiyyətə,  bütün  insanlar 
arasında 
şəxsiyyət 
konsepsiyasının 
yayılmasına 
doğru 
dayanmadan gedən mübarizədə çox mühüm dönüş nöqtəsi idi. Bu 
sənədlər  göstərdi  ki,  Avropanın  hər  yerində  insanlar  azadlıq 


 
69 
ideyaları haqqında düşünmüş və öz azadlıqlarını qorumaq əhval-
ruhiyyəsində olan insan təbəqələrini yaratmışlar. 
XIII  əsrdə  böyük  katolik  teoloqu  Foma  Akvinski  və  digər 
filosoflar  da  kral  hakimiyyətinin  məhdudlaşdırılmasına  xidmət 
edən dini dəlillər irəli sürmüşlər. F.Akvinski yazırdı: «Əgər kral 
öz  səlahiyyətlərini  aşırsa,  o,  başqasından  itəaət  tələb  etmək 
hüququnu itirir. Bu, qiyam deyil, onun devrilməsinə çağırış deyil. 
Əslində  kralın  özü  qiyamçıdır  (burada  tiranın  hakimiyyəti  zor 
güjünə  ələ  keçirməsi  nəzərdə  tutulur  –  D.İ.)  və  xalqın  onunla 
haqq-hesab  çırıtmək  hüququ  vardır.  Yaxşısı  budur,  onun 
hakimiyyəti  azaldılsın  ki,  o  bu  hakimiyyətindən  sui-istifadə 
etməsin».  Beləliklə,  göründüyü  kimi,  tiranın  hakimiyyətdən 
devrilməsi  ideyası  teoloci  əsasa  malikdir.  XII  əsrdə  Beketə  jəza 
verilməsinin şahidi olmuş İohan Solsberi, XIII əsr ingilis filosofu 
Rojer Bekon tiranın öldürülməsi hüququ üzərində israr edirdilər. 
Bu  isə  həmin  dövrdə  dünyanın  digər  yerlərində  təsəvvürə  belə 
gəlmir, ağlagəlməz hadisə hesab olunurdu. 
XVI 
əsrdə  Salamanki  məktəbində  birləşən  ispan 
sxolastikləri  F.Akvinskinin    teologiya,  təbii  hüquqlar  və  iqtisadi 
elmlər  sahəsində  təlimini  inkişaf  etdirmişlər.  Salamanki  şəhər 
universitetinin  kafedra  müəllimi  Fransisko  de  Vitoriya  Yeni 
Dünyada  hinduların  ispanlar  tərəfindən  əsarət  altına  alınmasını  
fərdiyyətçilik  və  təbii  hüquq  baxımından  pisləyirdi.    O  yazırdı: 
«Hər  bir  hindu  insandır.  Əgər  o  insandırsa  iradə  azadlığına 
malikdir  və  hər  bir  hindu  öz  hərəkətinin,  fəaliyyətinin  sahibidir. 
Hər  bir  insan    öz  şəxsi  həyatına,  fiziki  və  mənəvi  toxunulmazlıq 
hüququna  malikdir».    Vitoriya  və  onun  həmkarları  xüsusi 
mülkiyyət,  gəlirlər,  faizlər  və  vergiödəmələri  sahəsində  təbii 
hüquq doktrinasını inkişaf etdirmiş, onların əsərləri Hüqo Qrotsi 
və Samuil Pufendorfa, onlardan isə  Adam Smitə və onun şotland 
həmkarlarına təsir etmişdir. 
Təbii  hüquq  nəzəriyyəsinin  ilk  görkəmli  nümayəndəsi 
Niderland  burcua  inqilabının  ideoloqu  Hüqo  Qrotsi  (1583-1645) 
olmuşdur.  Onun  «Müharibə  və  sülh  hüququ  haqqında  üç  kitab» 
adlı əsərində təbii hüquq və xalqların hüququ geniş təhlil olunur. 


 
70 
Qrotsinin  nəzəriyyəsinə  görə  iki  jür  –  təbii  və  iradi  hüquq 
mövjuddur.  İradi  hüququn  özü  də  iki  hissədən  ibarətdir:  bəşəri 
(insani) və ilahi hüquq. O belə hesab edirdi ki, təbii hüquq heç bir 
yerdə yazılmayıb, onun mənbəyini məhz, insanın təbiəti və zəkası 
təşkil  edir.  Təbii  hüququn  tələblərinə  həm  özgənin  əmlakından 
imtina  etmək  (ona  toxunmamaq),  həm  də  özgədən  alınmış 
şeylərin  qaytarılması,  verdiyin  vədə  əməl  etmək,  başqalarına 
vurduğun zərəri ödəmək və s. daxildir.  Təbii hüquq nəzəriyyəsini 
irəli  sürənlər  insanın  öz  əqidəsində  və  hərəkətlərində  azad 
olmasını, 
mülkiyyətə 
yiyələnmək 
hüququnu, 
hamının 
bərabərliyini, özbaşınalığa qarşı təminatın yaradılmasını xüsusilə 
qeyd  edirdilər.  Tədrijən  «təbii  hüquq»  ideyası  inkişaf  etdirilərək 
«ijtimai müqavilə» konsepsiyası ilə tamamlanır
XVII  əsr  alman  maarifçilərindən  olan  Samuil  Pufendorf 
(1632-1694)  təbii  hüquq  barədə  C.Bodenin,  H.Qrotsinin  və 
T.Hobbsun  görüşlərini  ümumiləşdirərək  belə  qənaətə  gəlir  ki, 
təbii  hüquq  universal  sosial  etika  kimi  təsir  bağışlayır.  Onun 
fikrinjə,  təbii  hüquq  normaları  adamların  rütbəsindən  və  əmlak 
vəziyyətindən,  hansı  dövlətə  mənsubiyyətindən  və  siyasi 
əqidəsindən  asılı  olmayaraq  onların  davranışını  tənzimləməlidir. 
Pufendorf  bu  jür  mühakimə  yürütməklə  qeyd  etmək  istəyirdi  ki, 
insan  təklikdə  mövjud  ola  bilməz,  hər  bir  fərd  ona  yaxın  olan, 
özünə  oxşar  adamlarla  birləşməyə  səy  göstərməlidir.  O,  yazırdı: 
«İnsanın  təbiəti  elədir  ki,  jəmiyyətdən  kənarda  yaşaya  bilməz».  
Pufendorfun təliminin başlıja jəhəti dövlətin yaranmasından əvvəl 
mövjud  olan  jəmiyyətə,  təbii  vəziyyətə  münasibətdir.  Jəmiyyət 
təbii  vəziyyətdə  olarkən  «hamının  hamıya  qarşı  müharibəsi» 
(T.Hobbs) mövjud olmamışdır, belə vəziyyətdə təbii bərabərliyin 
və azadlığın sıxışdırılması aradan götürülür, fərdlərə zorakı yolla 
təzyiq  yox  edilir.  Pufendorfun  dövlətin  mənşəyinə  dair 
görüşlərində teoloci və dünyəvi təsəvvürlərin vəhdəti diqqəti jəlb 
edir.  Məsələn,  o,  göstərirdi  ki,  dövlət  allahın  təşəbbüsü  ilə 
yaranır.  Lakin allahın arzusu ilə təşəkkül tapan dövlət adamların 
qabaqjadan  azad  şəkildə  razılığı  olmadan  meydana  çıxıa  bilməz. 
Dövlətin  yaranması  iki  müqaviləyə  əsaslanır:  birinjisi  xüsusi 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə