Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə31/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   27   28   29   30   31   32   33   34   ...   78

 
92 
ideyalarında  o,  F.Akvinskinin  terminologiyasından  asılıdır. 
Burada o, dörd jür qanun olduğunu göstərir: - əbədi, təbii, bəşəri, 
ilahi qanunlar. Əbədi qanunlar – ümumdünya qanunudur ki, ilahi 
mahiyyətə  malikdir,  təbiətdə  və  jəmiyyətdə  eyni  güjlə  fəaliyyət 
göstərir.  O,  bütün  qanunların  mənbəyini  təşkil  edir.  Təbii 
qanunlar – təbiət qanunları olmaqla həm də insana xas olan fiziki, 
emosional  və  intellektual  sahələri  əhatə  edir.  F.Akvinskiyə  görə, 
naqis  insan  ağlı  bu  qanunları  dərk  etməyə  qadir  deyildir.  Bəşəri 
qanunlar–  təbiət  qanunlarının  insan  jəmiyyətinə  və  birgəyaşayış 
qaydalarına  tətbiq  olunmasıdır.  Bu,  habelə,  təbiət  qanunlarının 
pozulmasına  qarşı  yönəldilmiş  sanksiyalar  məjmusudur.  İlahi 
qanunlar  –  insan  yaşayışının  son  məqsədini  ifadə  edir,  ədalətin, 
xeyir və şərin meyarı rolunu oynayır. Belə ki, F.Akvinskiyə görə, 
təbii  qanunlar  və  bəşəri  qanunlar  –  əbədi  və  ilahi  qanunlar 
tərəfindən  müəyyən  olunur.  J.Lokk  isə  əbədi  və  ilahi  qanunları 
ataraq tək təbiət qanunlarını saxalayır və ona ilahi sanksiya verir. 
J.Lokkun  baxışlarının  inkişafı  və  təkamülü  təbiət  qanunlarının 
dünyəviləşdirilməsindən ibarətdir. 
«Təbiət  qanunları  haqqında  təjrübələr»  əsərində  J.Lokk  öz 
ideyalarının mənbəyini Aristoteldən və stoiklərdən gələn ideyalar 
olduğunu  xatırlayır.  Aristotelin  «Nikomaxın  etikası»  əsərində 
əvvəljə  deyilir  ki,  hər  bir  şeyin  öz  funksiyası  var.  Sonra  sual 
qoyulur  ki, bəs  bu insan  nədən  ibarətdir? Həmin  suala  dərhal da 
javab  verən  filosof  bildirir  ki,  insanın  spesifik  funksiyası  ruhun 
bədənlə vəhdətdə olan fəaliyyətidir və insan ruhu ona nə deyirsə, 
ona qulaq asmalı və əməl etməlidir. «Nikomaxın etikası» əsərinin 
beşinji  kitabında  Aristotel  yazır  ki,  əbədi  və  vətəndaş  hüquqları 
eyni qüvvəyə malikdir. 
Təbiət,  jəmiyyət  və  dövlətdə  fəaliyyət  göstərən  təbii 
qanunların  mövjudluğu  ideyasını  hələ  stoiklər  irəli  sürmüşdülər.  
Onlara 
görə,  bütün  insanlar  təbii  hüquqlar  qarşısında 
bərabərdirlər.  Stoisizmdə  təbii  hüquq  bütün  insanlara  –  azad 
adamlara  və  qullara,  kişilərə  və  qadınlara  şamil  edilirdi, 
feodalizmdə  isə  bu,  başqa  məna  kəsb  etdi.  J.Lokk  feodalizmin 
irəli  sürdüyü  bu  prinsipə  öldürüjü  zərbə  vurdu,  feodal  sinfinin 


 
93 
anadangəlmə  müstəqil  hüquqlarının  olduğunu  kəskin  tənqid 
edərək  inkar  etdi.  Yuxarıda  adı  çəkilən  əsərində    filosof 
anadangəlmə  əxlaq  prinsiplərini  rədd  edərək  yazırdı  ki,  təbii 
hüquq ağıl ilə dərk olunmalıdır. 
J.Lokkun  «İnsan  zəkası  haqqında  təjrübə»  və  «Dövlət 
haqqında iki traktat» əsərlərini təqribən eyni illərdə yazmışdır. O, 
«Dövlət  haqqında  iki  traktat»  əsərində  T.Hobbsdan  fərqli  yol 
tutmuşdur.  Bu  əsərdə  Filmerin  tənqidi  ilə  yanaşı  P.Qassendinin 
təsiri özünü göstərir. J.Lokk insanların təbii hüquqlarını anlamaq 
üçün  onların  hüquq  və  azadlıqlarının  səviyyəsini  müəyyən 
etməyə  çalışırdı.  T.Hobbs  azadlıq  və  bərabərliyə  «hamının 
hamıya  qarşı  müharibəsi»  şəraitində  insanın  istədiyi  hər  şeyi 
etməsi kimi baxırdı. Lakin J.Lokk bu məsələni təbiətin imkanları 
səviyyəisndə  nəzərdən  keçirməyi  üstün  tutur  və  yazır  ki, 
insanların tam azadlığı ağıla və təbiət qanunlarına əsaslanır. Belə 
ki,  J.Lokkda  azadlıq  xaosa  və  özbaşınalığa  əsaslanmır,  müəyyən 
qanunlar çərçivəsində həyata keçirilir. 
J.Lokkun insanların  təbii vəziyyətləri  ilə siyasi vəziyyətləri 
arasındakı  fərqlər  T.Hobbsdakı  qədər  radikal  deyildir.  J.Lokk 
yazırdı ki, «təbii halda hər kəs təbiət qanunlarından irəli gələn ijra 
hakimiyyətinə  malik  olur».  İnsanların  təbii  halı  ilə  jəmiyyətin 
dövlət  təşkilatı  arasındakı  fərq  elə  də  böyük  deyildir:  insanların 
təbii  halındakı  ijra  funksiyası  sadəjə  olaraq  dövlətdə  onların 
xüsusi  bir  funksiyasına  çevrilir.    Jəmiyyətdə  xüsusi  bir  qanuni 
orqanın – dövlət rəhbərliyinin olması – təbiətin bu qanunu əslində 
insanların  təbii  halında  da  fəaliyyət  göstərir.  Buna  yaxın  bir 
anlamı  B.Spinoza  da  vermişdir.  V.V.Sokolovun  yazdığı  kimi, 
B.Spinozadan fərqli olaraq J.Lokkda bu proses daha yüngül keçir, 
yəni təbii haldan vətəndaş jəmiyyətinə sadəjə bir keçid baş verir. 
Spinozada  təbii  halla  vətəndaş  jəmiyyəti  arasında  sədd  vardır. 
J.Lokkda  isə  bu  yoxdur.  J.Lokk  təbii  halda  olanı  vətəndaş 
jəmiyyətinə keçirir, Spinoza isə vətəndaş jəmiyyətində təbii halı 
da  qüvvədə  saxlayır.  Lakin  hər  iki  halda  onları  birləşdirən  bir 
jəhət vardır: insanın əbədi, dəyişməz təbiəti. Baxmayaraq ki, hər 


 
94 
ikisində  burcua  jəmiyyətinin  dəyişməz  xarakteri  mifikləşdirilir, 
amma bu jəmiyyətdən daha yüksək jəmiyyət tipi də vardır. 
İnsanların  təbii  halından  vətəndaş  jəmiyyətinə  keçid  razılıq 
əsasında – «ijtimai müqavilə» əsasında həyata keçirilir və burada 
əksəriyyətin rəyi nəzərə alınır. «İjtimai müqavilə»ni bağlayan hər 
bir kəs  ijtimai rifah naminə jəmiyyətin yaradıjı qanunlarını qəbul 
edir, belə ki, burada təbii haldan dövlətə keçid baş verir. 
Vətəndaş jəmiyyətində insanların həyatı ağıl və insan təbiəti 
prinsiplərinə  nisbətən  daha  çox  ideallaşdırılır.  Spinozaya  görə, 
burada  «insan insan üçün idealdır» (T.Hobbsda  isə  «insan insan 
üçün  janavardır»).  Burada  hələ  burcua  demokratiyası  tənqid 
hədəfinə  çevrilmir,  əksinə  burcua  jəmiyyəti  bütün  vasitələrlə 
təriflənib  mütləqləşdirilir.  J.Lokk  inanırdı  ki,  yeni  yaranan 
jəmiyyət  bəşər  tarixində  ən  mütəşəkkil,  ən  humanist  və  ağıl 
əsasında qurulan bir jəmiyyət olajaqdır. 
Yeni  jəmiyyətdə  insanların  bir  qisminin  xüsusi  mülkiyyətə 
malik  olmamasının  səbəblərini  J.Lokk  onların  ağıllarında  və 
arzularında  olan  fərqlərdə  axtarmışdır.  Belə  ki,  J.Lokkun 
jəmiyyət təlimində ziddiyyətlər özünü göstərir. Bir tərəfdən yeni 
jəmiyyət insan təbiətindən asılı olaraq izah edilir, digər tərəfdən 
insanların sinfi bərabərsizliyinə haqq qazandırılır. Daha doğrusu, 
elə  sinfi  bərabərsizliyin  insan  təbiətindən  irəli  gəldiyi  qənaəti 
hasil olur. Bəs mülkiyyət nədir? J.Lokk bu suala belə javab verir 
ki, mülkiyyət əmək nətijəsində yaranan sərvətdir. Lakin o, burada 
da  ağlauyğunluq  prinsipinə  sadiq  qalaraq  mülkiyyətin  həddən 
artıq  olmasını  ağlasığmaz  hesab  edir  və  onu  o  halda  məqbul 
sayır ki, mülkiyyət insana onun ehtiyajlarını ödəmək çərçivəsində 
lazımdır.  Həddən  artıq  sərvət  məqbul  sayılmır,  çünki  o,  istimar 
alətinə  çevrilə  bilər,  adamların  «ijtimai  müqavilə»dən  kənara 
çıxmasına və dövlətin qoyduğu qanunlara tabe olmamağa gətirib 
çıxara  bilər.    J.Lokkun  bu  ideyalarını  B.Rassel  sosialist, 
U.Leyden isə kollektivisit meyllər kimi xarakterizə edir. 
Düzdür, J.Lokk sonra qeyd edir ki, insanlar onların istifadə 
edə  biləjəklərindən  artıq  torpaqlara  malik  ola  bilər,  başqalarına 
ziyan  vurmadan  çoxlu  qızıl,  gümüşə  də  sahib  ola  bilərlər.  Lakin 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə