Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə27/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   23   24   25   26   27   28   29   30   ...   78

 
80 
Yeni  tarix  dövründə  xalq  suverenliyi  ilə  monarxiyanın  tamamilə 
aradan  götürülməsi  uğrunda  mübarizə  aparan  ilk  hərəkat  idi. 
Levellerlər  tarixdə  birinji  olaraq  insan  hüquqlarını  dövlətin 
müdaxiləsindən  qorumalı  olan  yazılı  Konstitusiyanın  qəbul 
olunmasını tələb edirdilər. Bu, bizim insan hüquqları haqqındakı 
bugünkü  təsəvvürümüzə  uyğun  şəkildə,  yəni  bu  hüquqların 
toxunulmaz  və  ayrılmaz  olması  uğrunda  mübarizə  aparan  ilk 
kütləvi  hərəkat  idi.  Levellerlərin  liderləri  Jon  Lilbern,  Riçard 
Overton,  Uilyam  Uolvin,  Jon  Uildman  hələ  inqilabdan  əvvəl 
mübarizəyə  başlayaraq  öz  əsər  və  çağırışlarında  bizim  bu  gün 
dəyər  verdiyimiz  şəxsi  və  siyasi  hüquqlar  uğrunda  mübarizə 
aparırdılar. Həmin hüquqlar aşağıdakılardır: 
-qanun qarşısında bərabərlik; 
-öz    ölkəsini  parlamentdəki  nümayəndələri  vasitəsilə  idarə 
etmək hüququ; 
-məhkəmədə  öz  əleyhinə  şəhadətlik  etməmək  hüququ 
(insanın  dini  mənsubiyyətinin  aşkar  edilməsi  üçün  işğənjələr 
verilməsi təjrübədə geniş yayılmışdı); 
-söz və din azadlığı; 
-əmək və tijarət azadlığı, inhisarların ləğvi; 
-İngiltərənin bütün  azad doğulmuş kişilərinin  seçki  hüququ 
və müstəbid hökumətə qarşı üsyan etmək hüququ. 
Levellerlərin  liderləri  bütün  bu  tələbləri  İngiltərənin  yeni 
Konstitusiyası  sayılan  «Xalq  sazişi»ndə  (Agreement  of  the 
People) (1647) əks etdirmişdilər. Levellerlərin orduda əksəriyyət 
təşkil edən tərəfdarları – əsgərlər bu sənədə az qala sitayiş edir və 
onun mətni yazılmış vərəqələri öz şlyapalarına sanjaqlayırdılar. 
Uilyam Uolvil  yazırdı:  «Əgər 400 il ərzində minlərlə insan 
Magna  Çarta-nın  köməyi  ilə  əldə  edilmiş  hüquqlar  uğrunda  öz 
qanını,  təhlükəsizliyini,  həyatını  qurban  verməsəydi,  bu  sənəd 
çoxdan  bəri  adi  bir  perqament  parçasına  çevrilərdi».  Riçard 
Overtonun  belə  bir  fikri  də  diqqətəlayiqdir:  «…Hər  birimizə 
doğuluş  anından  azad  olmaq  və  mülkiyyət  hüququ 
verilmişdir…heç  kəs  fərdin  öz  şəxsi  razılığı  olmadan  onun 
üzərində bu hüquqa yiyələnə bilməz». 


 
81 
Levellerlər  həm  mütləqiyyətlə,  həm  də  levellerlərin  təbliğ 
etdikləri  azadlıq  və  seçki  hüquqlarının  anarxiyaya  gətirib 
çıxarajağından  ehtiyatlanan  parlamentin  mühafizəkar  üzvləri  ilə 
mübarizə aparmalı olurdular. Yeni tipli ordunun zərbələri altında 
kral  hakimiyyəti  dağıldıqja  ölkədə  yeni  diktatura  –  parlament 
diktaturası  bərqərar  olurdu.  İnqilabın  təntənəsi  naminə  öz 
həyatlarını  qurban  verən  əsgərlər  ölkədə  yenidən  senzuranın 
tətbiqi,  parlamentin  vahid  anqlikan  kilsəsinin  əvəzinə  ölkədə 
vahid  presviterian  kilsəsini  bərqərar  etmək  jəhdləri  haqqında 
xəbərləri  hiddətlə  qarşıladılar.  Eyni  zamanda  parlament  qələbə 
üçün  janlarından  keçən  əsgərləri  hökuməti  seçmək  hüququndan 
məhrum etmək istəyirdi. 1647-ji ildə levellerlərin tərəfdarları və 
parlamentin  tərəfdarları  (ordu  rəhbərliyinin  nümayəndələri) 
Londonun  Patni  qəsəbəsində  levellerlərin  irəli  sürdükləri  «Xalq 
sazişi»ni  müzakirə  etmək  üçün  kiçik  bir  kilsəyə  toplaşdılar. 
Patnidəki  mübahisələr  mahiyyətjə  ölkənin  gələjək  siyasi 
quruluşunun,  İngiltərənin  yeni  Konstitusiyasının  müzakirəsi  idi. 
Leveller Reynboro ilə general Ayrton arasındakı kəskin və parlaq 
polemika bizə artıq çoxdan tanış olan, hələ qədim Afinada Perikl 
və Platonun apardıqları mübahisələrin bir növ davamı– azadlıq və 
onun  hədləri,  hamı  üçün  bərabərlik,  yaxud  «yalnız  buna  layiq 
olanlar» üçün bərabərlik haqqındakı qədim mübahisələr idi.  
Patni  mübahisələrində  levellerlər  parlament  seçkiləri 
zamanı  anadangəlmə  hüquqlara  malik  hər  bir  kəsə  səs  vermək 
üçün  bərabər  hüquqlar  verilməsini  tələb  edirdilər.  Parlament 
tərəfdarları  isə  bunun  əleyhinə  çıxırdılar.  Kromvel  bildirirdi  ki, 
«xalqımızın  beyni  və  ürəyi  təklif  olunan  bu  dəyişiklikləri  qəbul 
etməyə hazır» deyil.  
Levellerlərin  təklif  etdiyi    layihədə  deyilirdi:  «İngiltərə 
xalqı  hazırda  öz  nümayəndələrinin  parlamentə  seçilməsi  üçün 
qraflıqlar, şəhərlər və qəsəbələr arasında son dərəjə qeyri-bərabər 
bölüşdürülüb;  sakinlərin  sayına  mütənasib  olan  yeni  bölgü 
aparılması  gərəkdir».  Ayrton  isə  layihədəki  fikrə  etiraz  edərək 
«mənim  etirazım  «İngiltərə  xalqı»  ifadəsinə  aiddir…Bu  o 
deməkdirmi  ki,  parlament  seçkiləri  zamanı  hər  bir  kəsə  səs 


 
82 
vermək  üçün  bərabər  hüquqlar  veriləjəkdir?»  sualını  verir.    Bu 
suala  javab  verən  Pitti  isə  «bəli,  biz  belə  bilirik  ki,  öz 
anadangəlmə hüquqlarını itirməmiş hər bir ingilisin seçkilərdə səs 
vermək  üçün  bərabər  hüquqları  olmalıdır»  fikrini  söyləyir. 
Ayrton  İngiltərədə  doğulmuş  hər  bir  kəsin  yalnız  burada 
doğulduğuna görə belə bir hüquqa malik olmasına etiraz edəndə 
Reynboro    bildirir  ki,    «İngiltərədə  kasıbın  birisinin  də  ən 
mənsəbli adam kimi öz həyatını yaşamaq haqqı var… İngiltərədə 
ən kasıb bəndə belə iştirak etmədiyi hökumətə tabe olmağa əsla 
borjlu deyildir» 
Patni  mübahisələri  zamanı  general  Ayrton  öz  fikrini  belə 
əsaslandırırdı:  «Düşünürəm  ki,  bizim  krallıqda  təsbit  edilmiş 
daimi marağı olmayan adamın krallığın işlərində iştirak etmək və 
bizi  hansı  qanunların  idarə  edəjəyini  müəyyənləşdirən  şəxsləri 
seçmək hüququ olmamalıdır. Yalnız bizim krallığın əldə olan hər 
hansı real və uzunmüddətli maraqlarını ifadə edən şəxslər birlikdə 
krallığı təmsil edə və müvafiq surətdə krallığın nümayəndələrini 
seçə  bilərlər».  Leveller  Reynboro  həmin  fikrə  bu  jür  qəti  etiraz 
edir:  «…Mənim  üçün  qətiyyən  fərqi  yoxdur:  kraldır,  ya  kral 
deyil, lorddur, ya lord deyil, mülkiyyəti var, ya heç bir mülkiyyəti 
yoxdur…Mülkiyyətə  gəldikdə  isə,  mən  bəzilərinin bunu  nejə  ələ 
keçirdiklərini  yaxşı  bilirəm…  Mən  burada  İngiltərədə  doğulan 
hər  bir  kəsin  parlament  seçkiləri  zamanı  nə  üçün  səs  vermək 
hüququ olmadığını mənə izah eləyə bilən elə bir fikir eşitmədim. 
Burada  deyildi  ki,  əgər  insanın  daimi  mənafeyi  yoxdursa,  o,  heç 
nə  tələb  etməyə  bilməz…Anjaq  mənim  fikrimjə,  Allah-təala 
insanlara  ona  görə  ağıl  verib  ki,  bu  ağıldan  Allahın  onların 
qarşısında  qoyduğu  məqsəd  və  vəzifələr  üçün  istifadə 
eləsinlər…Mən  Allah-təalanın  qanunlarında  elə  bir  göstəriş 
görmədim  ki,  lord  parlamentə  20  nümayəndə  göndərə  bilər, 
jentlmen  iki,  yoxsul  isə  heç  birisini;  belə  bir  şey  nə  təbii 
qanunlarda var, nə millətlərin qanununda…Qanunları təyin etmək 
hüququ  bütövlükdə  bütün  xalqa  məxsusdur  və  bir  halda  ki,  o, 
bütövlükdə  bütün  xalqa  məxsusdur,  mən  bütün  xalqa  hüquq 
bərabərliyi verilməsi üçün vuruşajağam». 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə