Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə30/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   26   27   28   29   30   31   32   33   ...   78

 
89 
malikdir  və  biz  bunu  təbii  hüquqlar  adlandırırıq.  İnsanlar  öz 
hüquqlarını müdafiə etmək üçün hakimiyyəti yaradır. Onlar bunu 
özləri  də  edə  bilərlər,  lakin  hakimiyyət  hüquqları  müdafiə 
etməyin  effektli  sistemidir.  Əgər  hakimiyyət  bu  rolun 
çərçivəsindən  kənara  çıxarsa,  onda  insanların  üsyan  etmək 
hüququ  var.  «İdarəetmə  haqqında  iki  traktat»   əsərində  göstərilir 
ki,  nümayəndəli  hakimiyyət  jəmiyyət  üçün  ən  düzgün  idarəetmə 
üsuludur.  «Hakimiyyət  istədiyi  kimi  idarə  edə  bilməz…  təbiətin 
qanunu  bütün  insanlar,  bütün  qanunverijilər  üçün    əbədi 
rəhbərlikdir». 
Lokk  mülkiyyət  hüququnu  da  aydın  formulə  etmişdir.  O 
yazırdı:  «Hər  bir  insan  bir  çox  mülkiyyətə  malikdir,  o  jümlədən 
də  buraya  onun  özünün  şəxsiyyəti  daxildir.  Biz  deyə  bilərik  ki, 
insanın  əməyi,  onun  əlinin  işi  həmin  şəxsin  özünə  aiddir».  
Lokkun  fikrinjə,  «İnsan  dünyanın  hər  hansı  bir  insanı  kimi  tam 
azad  yaşamaq,  təbii  qanunun  bütün  hüquq  və  imtiyazlarından 
digər  insanlar  kimi  eyni  dərəjədə  qeyri-məhdud  bəhrələnmək 
hüququ  ilə  birgə  doğulur  və  o,  fitrətən  öz  mülkiyyətini,  yəni  öz 
həyatını,  azadlığını,  əmlakını  digər  insanların  qəsd  və 
hüjumlarından yalnız qorumaq deyil, həm də başqaları bu qanunu 
pozduqda  onları  mühakimə  etmək…hakimiyyətinə  malikdir. 
Siyasi  jəmiyyətin  özünün  öz  mülkiyyətini  qorumaq  və  bu 
məqsədlə bütün üzvlərini jinayətlərə  görə jəzalandırmaq hüququ 
olmasa o, mövjud olub yaşaya bilməz». 
J.Lokkun nəzəriyyəsi burcuaziyaya imkan verirdi ki, xüsusi 
mülkiyyəti  daha  da  möhkəmləndirərək  inkişaf  etdirsin.  Bu, 
mövjud  ijtimai  quruluşun  əsası  idi.  Bununla  habelə,  xüsusi 
mülkiyyət  dövlətin  hər  hansı  bir  təzyiqindən  də  azad  olmalı  idi. 
Bir  sözlə,  J.Lokk  burcuaziyanın  xüsusi  mülkiyyət  hüququnu 
əbədiləşdirməyə çalışırdı.   
İnsanların  yaşamaq  və  azadlıq  kimi  təbii,  ayrılmaz 
hüquqları  vardır.  Hakimiyyətin  rolu  xalqın  «həyatını,  azadlığını 
və 
mülkiyyətini» 
qorumaqdan 
ibarətdir.  J.Lokk  mütləq 
monarxiyanın,  hökmdarlardan  millət  atası  düzəldilməsinin 
əleyhinə  çıxır  və  göstərirdi  ki,    çoxlarının  dünyada  yeganə 


 
90 
idarəçilik  forması  hesab  etdiyi  mütləq  monarxiya  əslində  mülki 
jəmiyyətlə  bir  araya  sığmır  və  ümumiyyətlə,  mülki  idarəçilik 
forması  ola  bilməz.  Lokk  yazırdı:  «İnsanlar  bir  yerdə  ümumi 
razılığa gəlib rəhbərlik üçün müəyyən adamları seçməsələr və hər 
şeyi  bu  seçilmiş  adamlar  həll  etməsələr,  onda  onların  razılığı 
olmadan  bir  adamın  o  birinin  ağası,  yaxud  hakimi  olmasına  heç 
bir  əsas  qalmayajaq».  J.Lokka  görə,  monarxlar  heç  bir  qanunla 
məhdudlaşdırılmadığına  görə  insanların  təbii  hüquqlarını 
istədikləri  vaxt  pozurlar.  Ona  görə  də  ən  yaxşı  hökmdar 
konstitiusiyalı  monarxdır,  çünki  bu  zaman  kralın  üzərində 
parlament nəzarəti mövjud olur. 
J.Lokkun  siyasi  nəzəriyyəsinin  bir  qolunu  da  siyasi 
hakimiyyətin  bölüşdürülməsi  təşkil  edir.    Bu  konsepsiya  hələ 
İngiltərə  inqilabı  (1640)  zamanı  levellerlər  tərəfindən  irəli 
sürülmüşdür.  Həmin  konsepsiyaya  görə,  hakimiyyət  qanunveriji, 
ijraediji  və  ittifaq  olmaqla    üç  yerə  bölünür:  Birinji  yeri 
qanunveriji  hakimiyyət  tutur  və  bu  hakimiyyət  anjaq  parlamentə 
məxsus  olmalıdır.  Parlament  də  ardıjıl  olaraq  yığışıb  qanunlar 
qəbul  etməli,  lakin  onun  ijrasına  qarışmamalıdır.  İjraediji 
hakimiyyət  krala  məxsus  olmalıdır.  Kral  qanunların  ijrasına 
nəzarət  edir,  nazirləri,  məhkəmələri  və  digər  vəzifəli  şəxsləri 
təyin  edir.  Onun  hərəkətləri  qanuna  tabedir,  lakin  parlamentə 
münasibətdə  müəyyən  üstünlüklərə  malikdir  (məsələn,  veto 
hüququ,  parlamenti  buraxmaq  və  s.).  Bununla  belə,  xalq  və 
parlament  onun  fəaliyyəti  üzərində  nəzarət  edir  ki,  o,  insanların 
təbii hüquqlarını poza bilməsin. Kral habelə ittifaq hakimiyyətini, 
yəni  federativ  hakimiyyəti  həyata  keçirir,  zəruri  olduqda  başqa 
ölkələrə  müharibə  elan  edir,  sülh  bağlayır  və  münasibətlər 
yaradır. 
J.Lokka görə, hökumət «ijtimai müqavilə»ni pozarsa xalqın 
onu  devirib  yenisi  ilə  əvəz  etmək  hüququ  vardır.  Xalq  elə  bir 
hakimiyyət  yaradır  ki,  o,  insanların  «təbii  hüquqlar»ını  bir  daha 
pozmağa jəsarət etməsin. Belə ki, «ijtimai müqavilə» nəzəriyyəsi 
J.Lokka  ona  görə  lazım  olmuşdur  ki,  o,  1688-ji  il  inqilabının 
qanuniliyini əsaslandırsın. Filosofun siyasi təlimi sonrakı ijtimai-


 
91 
siyasi  fikrə  güjlü  təsir  göstərmişdir.  ABŞ  azadlıq  hərəkatının 
nümayəndələrindən olan T.Jefferson, Fransada 1789-ju ildə qəbul 
edilmiş «İnsan və vətəndaş hüquqları Bəyannaməsi» aktı və digər 
siyasi 
sənədlər  J.Lokkun  ideyalarından 
bəhrələnmişdir. 
Ş.L.Monteskye 
«Qanunların 
ruhu 
haqqında» 
əsərində 
hakimiyyəttin  bölünməsinin  J.Lokk  prinsiplərindən  yaradıjı 
şəkildə istifadə etmişdir. 
J.Lokkun təbii hüquq nəzəriyyəsi insan-təbiət münasibətləri 
ilə  qırılmaz  surətdə  əlaqədardır.  T.İ.Oyzerman  yazırdı  ki,  təbii 
hüquq  nəzəriyyəsi  ilə  həm  materialistlər,  həm  idealistlər,  həm 
rasionalistlər,  həm  də  empiriklər6  məşğul  olmuşlar.  Lakin 
dövlətin  mahiyyətinə  və  mənşəyinə  dair  fikir  ayrılığı  onların 
hamısı  üçün  xasdır.  T.Hobbs,  C.C.Russo,  B.Spinoza  və  J.Lokk 
problemə hərəsi öz mövqeyindən yanaşmışlar.
 
J.Lokkun  dövlət  və  jəmiyyət  haqqında  olan  ideyaları  onun 
ümumfəlsəfi  və  qnoseoloci  fikirlərindən  irəli  gəlirdi.  İnsan 
biliklərini  yaxşı  və  pis  olmaqla  iki  yerə  bölən  J.Lokk  ijtimai 
həyatda  da  pisləri  yaxşılardan  ayırmağı  məqbul  sayırdı.  Filosof 
təbii  hüquqlara  təbiətin  qanunları  kimi  baxaraq  onları  həm  də 
zəkanın  qanunları  kimi  müəyyən  edirdi.  J.Lokkun  bu  ideyası 
sonradan  onun  tədqiqatçılarını  vadar  etmişdir  ki,  ona  müxtəlif 
mövqelərdən qiymət versinlər. 
J.Lokkun  təbiətin  və  jəmiyyətin  problemlərinə  baxışının 
formalaşması  tarixi  təkamül  mərhələlərini  keçmişdir.  Onun 
yaradıjılığının  ilkin  mərhələsində  insanın  mənşəyi,  siyasi 
hakimiyyətin  təbiəti  və  funksiyaları,  əxlaq,  din,  kilsə  və  s. 
haqqında olan  görüşləri  sonrakı mərhələdən fərqli olaraq heç də 
konseptual şəkildə irəli sürülmürdü. Bunlar arasında əlaqə, təbiət 
proseslərinin  jəmiyyətə  tətbiqi  isə  sonrakı  illərin  məhsuludur. 
Daha  doğrusu,  J.Lokk  jəmiyyətin  də  «təbiət  qanunları»  əsasında 
inkişaf etdiyini iddia edirdi.  
J.Lokkun  sosial-siyasi  baxışlarının  formalaşması  mürəkkəb 
bir  yol  keçmişdir.  Bu  onun  «təbiət  qanunları»  haqqında 
baxışlarının  formalaşması  ilə  əlaqədar  olmuşdur.  Özünün  ilkin 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə