Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə39/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

 
116 
ədalət və şəxsiyyətin azadlığı liberal məzmun aldıqda daha həyati 
olur.  Daxildə  sabitliyə  nail  olmağa  jəhd  göstərən  liberallar  xariji 
siyasətdə  liberal-demokratiya  dəyərləri  üzərində  qurulan  dünya 
nizamının  yaradılmasına  tərəfdar  çıxır.  Liberalların  baxışlarına 
görə bu jür dünya nizamı sülhə təminat olur. Onların qənaətinjə, 
iki  liberal  jəmiyyət  bir-birilə  heç  vaxt  vuruşmaq  məqsədini 
güdmür.  
Liberalların  fikrinjə,  müasir  şəraitdə  başqa  ölkələrdə  (o 
jümlədən,  totalitar  diktatdan  azad  olmuş)  demokratiyanın 
yaranması  daha  çox  dərəjədə  demokratik  idarəetmə  fomalarının 
qarşılıqlı  təsiri  yolu  ilə  həyata  keçirilməlidir.  Bu  mənada,  bir 
ölkədəki demokratiyanın başqa ölkəyə «diffuziya» etməsi şəraitin 
«diffuziya»  etməsinə  çevrilir.  Bu  isə  suverenlik,  insan 
hüquqlarının  qorunması,  plüralizm,  jəmiyyətin  bütün  üzvlərinin 
mənafelərinin  harmoniyası,  hökumət  seçkilərinin  dövriliyi, 
müstəmləkə  sisteminin  dağılmasının  müdafiə  edilməsi,  tərksilah 
və  b.  kimi  hüquqi  normalar  və  siyasi  ideyalara  uyğun 
demokratikləşmədir.   
Demokratiya  və  insan  hüquqlarının  dünyada  geniş 
yayılmasında  ən  böyük  xidmət  ABŞ-a  məxsusdur.  II  Dünya 
müharibəsindən  sonra  siyasətə  demokratiya  dalğasında  gələn 
«liberallar»  («idealistlər»)  hökumətdən  təkidlə  tələb  etdilər  ki, 
ölkədə  və  xarijdə  insan  hüquqları  məsələsi  ilə  bağlı  öz 
öhdəliklərini yerinə yetirsin. «Realistlər» isə bu zaman liberallara 
qarşı  çıxaraq  göstərirdilər  ki,  insan  hüquqları  hər  hansı  bir 
dövlətin daxili işi, onun inkişafı ilə bağlı məsələdir. 70-ji illərdən 
başlayaraq  xariji  siyasətdə  ABŞ  Konqresi  insan  hüquqları 
məsələsinə  xüsusi  diqqət  yetirməyə  başladı.  Liberalların  təsirilə 
Nümayəndələr  palatasında  bir  neçə  qərar  qəbul  edildi  və  insan 
hüquqları  «ABŞ  xariji  siyasətinin  prinsipial  məqsədi»  kimi 
götürüldü.  Konqres  azadlığı  boğan  ölkələrə  hərbi  köməyi, 
maliyyə və ərzaq  yardımını qadağan etdi. Bundan əlavə, ABŞ-ın 
Beynəlxaq 
Valyuta 
Fondu 
və 
Beynəlxalq 
Bankdakı 
nümayəndələrinə insan hüquqlarının pozulmasında günahkar olan 
hökumətlərə  kredit  verilməsinə  qarşı  çıxmaq  tövsiyə  olunurdu. 


 
117 
Konqres  öz  qərarı  ilə  Dövlət  Departamentində  insan  hüquqları 
üzrə büro yaratdı və tapşırdı ki, dünyanın ayrı-ayrı ölkələrindəki 
hüquq pozuntularına dair illik hesabat hazırlasın. Konqres hüquq 
pozuntuları  dedikdə  «fiziki  işgənjələr,  kobud,  qeyri  insani  və 
təhqiramiz rəftar, yaxud jəza; ittihamnamə olmadan uzun müddət 
həbsdə  saxlama,  qeyri-qanuni  tutub  saxlama  nətijəsində  insanın 
yoxa  çıxması,  yaxud  insanın  yaşamaq  hüququnun  və  şəxsi 
təhlükəsiziyinin jinayətkarjasına pozulması ilə bağlı digər hallar» 
nəzərdə tutur.  
Əvvəldə  qeyd  edildiyi  kimi,  feodal  recimlər  əleyhinə 
mübarizədə  yaranmış  liberalizm,  yəni  dövlətin,  iqtisadiyyatın  və 
siyasi  münasibətlərin  formalaşması  nəzəriyyəsi  indi  bütün 
dünyanı bürümüş siyasi hərəkata çevrilmişdir. Liberal mövqe hər 
bir  insanın  həyati  imkanlarının  genişlənməsinə  istiqamətlənmiş 
siyasi fəaliyyət mövqeyidir. Liberal siyasət şəxsiyyətə öz inkişafı 
üçün zəruri meydan açmaq qabiliyyətinə malikdir. Bu jür siyasət 
fərdin hərtərəfli inkişafını məhdudlaşdıran bürokratik və totalitar 
mövjudluğu  qətiyyətlə    inkar  edir.  Bu  mənada,  müasir  şəraitdə 
liberal  olmaq  hakimiyyətə  və  dövlətin  məsul  postlarına 
antikonstitusiya  jəhdləri  ilə  gəlməyin  əleyhinə  olmaq  deməkdir. 
Buna  görə  də  liberallar  hakimiyyətə  yalnız  parlament  yolu  ilə 
gəlməyi qəbul edir.  
Liberalların  fikrinjə,  liberalizmin  inkişaf  tarixinin  təhlili 
göstərir ki, bəşəriyyəti  gələjək bəlalardan qurtara biləjək  yeganə 
ideya-siyasi  jərəyan  varsa,  o  da  liberalizm  jərəyanıdır.  Bəzi 
siyasətçilər  isə  liberalizmi  məjazi  mənada,  yəni  ijtimai  həyatda 
mənfi təzahürlərə qarşı fəal mübarizə apara bilməmək, prinsipsiz, 
sazişçilik mənasında başa düşür.  
Bəşəriyyətin  tərəqqisi  və  liberal  dəyərlər  bir-birindən 
ayrılmazdır.  Tarix  sübut  etmişdir  ki,  iqtisadi  çiçəklənmə,  sosial 
ədalət və şəxsiyyətin azadlığı liberal məzmun aldıqda daha həyati 
olur.  Daxildə  sabitliyə  nail  olmağa  jəhd  göstərən  liberallar  xariji 
siyasətdə  liberal-demokratiya  dəyərləri  üzərində  qurulan  dünya 
nizamının  yaradılmasına  tərəfdar  çıxır.  Liberalların  baxışlarına 
görə bu jür dünya nizamı sülhə təminat olur. Onların qənaətinjə, 


 
118 
iki  liberal  jəmiyyət  bir-birilə  heç  vaxt  vuruşmaq  məqsədini 
güdmür.  
Liberalizm 
millətçiliklə  sıx  bağlıdır.  Ümumiyyətlə, 
millətçilik  ideologiyasının  Avropadan  dünyaya  yayıldığı  güman 
edilir.  Bəziləri  Avropada  millətçi  baxışların  1648-ji  il  Vesfaliya 
sülhündən,  hətta  ondan  da  əvvəl  başlandığını  söyləyirlər. 
Vesfaliya  sülhü  Avropada  30  illik  müharibəyə  son  qoyan  və 
«Müqəddəs Roma imperiyası»nın (962-1805) İsveç və Fransa ilə 
bağladığı  sülh  müqaviləsi  idi.  Vestfaliya  sülhünün  qərarı  ərazi 
dəyişikliklərinə,  dini  münasibətlərə  və  imperiyanın  siyasi 
quruluşuna  aid  idi.  Bu  müqavilə  nətijəsində  Habsburqlar 
imperiyası  xeyli  ərazi  itirərək  zəifləmiş,  Habsburqların  vahid 
katolik  imperiya  yaratmaq  jəhdləri  iflasa  uğramış,  İsveçrə  və 
Hollandiya respublikaları müstəqilliyə nail olmuşdular. 
Milli 
dövlətlərin 
formalaşması, 
milli 
birliyin 
möhkəmlənməsi  prosesi  tarix  səhnəsinə  siyasi  həyatda  mühüm 
rol  oynayan  millətçi  ideologiyaların  çıxması  ilə  müşayiət 
olunmuşdur.  Millətçiliklə  liberalizm  arasında  əlaqənin  olduğunu 
söyləyənlər  isə  millətçilik  jərəyanının  başlanğıjını  1789-ju  il 
Böyük Fransa inqilabı ilə bağlayırlar.   Əlbəttə, liberal millətçilik 
monarxiyaya  və  imperializmə  bir  reaksiya  olaraq  yaranmış, 
mürtəje, mühafizəkar jərəyan kimi yox, müdafiə məqsədli jərəyan 
kimi  ortaya  çıxmışdır.  Sözsüz  ki,  liberalizm  və  millətçilik 
arasındakı  əlaqə  siyasi  ədəbiyyatda  ayrıja  bir  müzakirə 
mövzusudur. Bəzi tədqiqatçılar Avropada millətçi jərəyanların bir 
liberal  doktrina  şəklində  ortaya  çıxdığı  və  sonradan  yayıldığı 
fikrini irəli sürür. 
Qeyd etmək lazımdır ki, liberal ideologiyanın məhsulu olan 
Fransız inqilabının (1789-1794) liberal prinsiplərlə bağlılığı qısa 
dövrə  aiddir.  Bu  dövrdə  «İnsan  və  vətəndaş  hüquqları 
Bəyannaməsi»  (1789)  qəbul  edilmişdir.  ABŞ-ın  «İstiqlaliyyət 
Bəyannaməsi» 
(1776) 
nümunəsində 
hazırlanmış 
bu 
«Bəyannamə»  millilik  prinsipinin  üstün  olduğunu  elan  etmişdi. 
«Bəyannamə»yə  görə,  ali  hakimiyyətin  mənbəyi  xalq  və  millət 
hesab  olunurdu.  Bu  ifadə  mütləqiyyətin  ləğvi  demək  idi,  lakin 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə