125
uyğunlaşa bilmədilər. Belə vəziyyət sinfi münasibətlərin
kəskinləşməsinə və sosial gərginliyin artmasına gətirib çıxarır.
Ona görə də neoliberalların bir qismi («sosial liberalizm»,
«ümumi rifah liberalizmi») insanların sosial müdafiəsi barədə
fikirləşməyi zəruri hesab edir ki, belə mövqe dövlətin
iqtisadiyyatın tənzimlənməsinə nisbi müdaxiləsinin məqbul
sayıldığını deməyə əsas verir. Beləliklə, müasir liberalizmdə iki
əsas jərəyan özünü büruzə verir. Onlardan biri tam mənada bazar
azadlığını və dövlətin bu sahəyə müdaxilə etməməsi fikrini,
digərləri isə daha böyük sosial ədalətin bərqərar olması üçün
dövlətin sosial-iqtisadi proseslərə nisbi müdaxiləsinin zəruriliyi
fikrini müdafiə edir.
Son zamanlar qloballaşma tərəfdarları kimi də məhz daha
çox liberallar çıxış edir. F.Fukuyama liberalizmi ümumdünya
dövlətinin qurulması barədə nəzəriyyə hesab edir.
Neoliberalizmin ideoloqları (J.Keyns, A.Xansen, J.Helbreyt
və b.) jəmiyyətin reformist əhval-ruhiyyəli təbəqələrinin –
iqtisadiyyatın dövlət bölməsi ilə əlaqəsi olan sənayeçilərin,
yüksək vəzifəli məmurların, eləjə də ziyalıların xeyli hissəsinin
görüşlərini ifadə edirlər. Yeni liberallar böhransız və sabit
inkişafın əldə olunması naminə dövlətin ijtimai proseslərə geniş
təsiri ideyasına tərəfdardırlar. Dövlətin xüsusi sahibkarlıq
fəaliyyəti sferasına qarışma tələbi bütün neoliberal proqramların
və konsepsiyaların fərqləndiriji jəhətidir. XX əsrin I yarısında və
ortalarında neoliberalizmin mühüm jərəyanlarından biri
keynsçilik olmuşdur. Kapitalizmin ümumi böhranı illərində
(1929-1933) baş verən hadisələri çürüməkdə olan kapitalizm
haqqında leninçi nəzəriyyənin təsdiqi kimi qiymətləndirən
marksistlərin əksinə olaraq J.M.Keyns sübut etdi ki, bazar
iqtisadiyyatı heç də öz dinamik inkişaf qabiliyyətini itirməmişdir
və onu əhatə edən böhran müvəqqəti hadisədir. Keyns
inandırmağa çalışırdı ki, iqtisadiyyatın dövlət tərəfindən
tənzimlənməsi xüsusi təşəbbüskarlığın həyata keçirilməsinə
təminat verən yeganə vasitədir.
126
II Dünya müharibəsindən sonra Qərbi Avropa ölkələrinin
çoxunda iqtisadiyyatda böhranın aradan qaldırılmasına, əhalinin
məşğulluq səviyyəsinin və istehlak tələbatının yüksəlməsinə
istiqamətlənən islahatlar həyata keçirildi. Həmin tədbirlərin
məjmusunu
neoliberallar
«Qərbdə
keynsçilik
inqilabı»
adlandıraraq bunu Şərqi Avropa ölkələrindəki kommunist
inqilabına qarşı qoydular. Keynsçilik ideyalarının yayılması XX
əsrin 50-60-jı illərində ən yüksək səviyyəyə çatdı. Bu ideyalar
J.Helbreytin
postindustrial,
V.Rostounun
iqtisadi
inkişaf
mərhələləri və Q.Murdalın rifah dövləti konsepsiyalarında
inkişaf etdirildi.
XX əsrin II yarısında formalaşan neoliberalizm jərəyanı
liberalizmin əsas prinsiplərinə sədaqətliliyini saxlayaraq bütün
vətəndaşların bərabər hüquqlu olmasını, şəxsiyyətin hüquq və
azadlıqlarını, konstitusionalizmi, təsərrüfat həyatının əsası kimi
xüsusi mülkiyyəti və sahibkarlığı hər şeydən üstün tuturlar. Eyni
zamanda neoliberalistlər (F.A. Hayek, V. Oyken, V. Repke və b.)
hesab edirlər ki, azad rəqabət avtomatik təmin olunmur.
İnhisarların yaranması, iqtisadiyyatın böhranı, inflyasiya bazar
özünütənzimlənməsini pozur. Buna görə də bazar iqtisadiyyatını
tənzimləmək üçün dövlətin iqtisadiyyata müdaxiləsi qaçılmazdır.
Neoliberalizm əhalinin kifayət qədər geniş təbəqələrinə,
daha çox sahibkarlar təbəqəsinə arxalanan və hər şeydən əvvəl
onların mənafeyini qoruyan siyasi partiya ideologiyasıdır. Bu jür
partiyalar bir çox ölkələrdə mövjuddur və çox böyük nüfuza
malikdir. Məsələn, 1955-ji ildən başlayaraq uzun illər
Yaponiyanın ən iri siyasi partiyası rolunu liberal-demokratik
partiya oynamışdır. Liberallar Kanada, İngiltərə və Avstriyanın
siyasi həyatında çox layiqli yer tuturlar.
Neoliberalizm siyasi konservatizm ideologiyası ilə sıx
bağlıdır. XX əsrin II yarısında neoliberalizm və konservatizmin
yaxınlaşması
baş vermiş, onlar marksizmə və sosial-
demokratiyaya qarşı birləşmişlər. Məsələn, XX əsrin 70-80-ji
illərində ABŞ-ın ayrı-ayrı qrupları ənənəvi klassik liberalizm
ideyasını qəbul etmiş, lakin liberal deyil, konservator adlanmışlar.
127
Keçmiş SSRİ-də isə 70-ji illərdə liberal fikir kompromissiz
ideoloci mübarizə obyekti elan edilmişdi.
Liberalizmin
əsas
prinsipləri
vətəndaşların
hüquq
bərabərliyi, dövlətin müqavilə əsaslarında təşkilindən ibarətdir.
Son dövrlərdə liberalizm belə bir qənaətə gəlmişdir ki, bir-birilə
rəqabət aparan peşə qruplarından, iqtisadi, dini, siyasi qruplar və
birliklərdən heç biri digəri üzərində mənəvi üstünlüyə malik
olmamalıdır. Liberalizmin siyasi fikir tarixində ən böyük
xidmətlərindən biri ondan ibarətdir ki, dövləti nə fərddən, nə də
jəmiyyətdən asılı bir qüvvə kimi nəzərdən keçirmir. Məhz elə
bunun sayəsində dövlət fərdi jəmiyyətdən, jəmiyyəti də fərddən
qorumaq iqtidarındadır.
Liberalizm yarandığı gündən bu günədək dövlətə tənqidi
münasibətlə
seçilməkdədir.
Demokratiya
ilə
azadlığın
əlaqələndirilməsi problemi də liberalların qarşısında duran
mühüm vəzifədir. Ümumiyyətlə, XX əsrin ortalarına qədər
liberallar «demokratiya» terminini işlətməkdən çəkinirdilər və
bununla da liberalizmin başlıja dəyəri olan xüsusi mülkiyyətə
üstün münasibətlərini ifadə edirdilər. Lakin tədrijən dövlətin
sosial funksiyalarının əhəmiyyətini yüksək qiymətləndirərək
demokratik dəyərlərə diqqəti artırmağa başladılar. Liberalizmin
ənənəvi prinsiplərinin əksinə olaraq dövlətin roluna diqqətin
artırılması, onun ənənəvi dəyərlərinin XX əsrin ikinji yarısının
siyasi və iqtisadi reallıqlarına uyğunlaşdırılması yeni liberalizmin
meydana çıxması ilə nətijələndi. Demokratiya, azad rəqabət,
şəxsiyyətin hüquq və azadlıqları ideyasının aliliyi kimi liberal
prinsiplərinə sədaqətini saxlamaqla, yeni liberalizm belə bir
müddəadan çıxış edir ki, həmin prinsiplər dövlətin bilavasitə
müdaxiləsi sayəsində reallaşmaq imkanı qazana bilər. Yeni
liberalizmin siyasi proqramının məğzini siyasi konsensus, dövlət
idarəçiliyinin təşkili və həyata keçirilməsinin plüralist əsaslarına
üstünlük verilməsi kimi jəhətlər təşkil edir.
Liberalizmin başlıja dəyərləri bütün dünyada kütləvi siyasi
baxışlarda köklü dəyişikliklərə səbəb olmuşdur. Müasir
demokratiyanın aparıjı konsepsiyaları olan siyasi iştirakçılıq,
Dostları ilə paylaş: |