Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə47/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   43   44   45   46   47   48   49   50   ...   78

 
141 
ənənələri,  milli  xüsusiyyətləri  qoruyub  saxlamağı  qarşısına 
məqsəd qoyanları  mühafizəkarlar adlandırırlar.  
Konservatizmin  siyasi  və  ideya  jəhətdən  sonrakı  təkamülü 
göstərir ki, o  heç də yenilikçiliyə qarşı çıxmır, yalnız «yenilikçi 
prinsiplərin»  mütləqləşdirilməsinə  qarşı  çıxır  və  jəmiyyətlə  nejə 
gəldi  rəftar  etməyin  əleyhinədir.  Konservatizm  sadəjə  olaraq 
dəyişikliklərə qarşı deyil, müəyyən dəyişikliklərə qarşı çıxış edir. 
Çox  vaxt  müasir  konservatizmlə  XIX  əsrin  klassik  liberalizmi 
arasında bərabərlik işarəsi qoyulur
Konservatizmə  müəyyən  tarixi  mərhələlərdə  əhəmiyyəti 
aydın  görünən  fundamental  dəyər  və  prinsiplərin  məjmusu  kimi 
qiymət  verilir.  Amerikan  politoloqu    K.Rossiter  hesab  edir  ki, 
«konservatizm  prinsipjə  istənilən  mövjud  jəmiyyətin  qoruyujusu 
kimi  çıxış  edir,  lakin  yalnız  liberalizmlə  qarşılıqlı  əlaqədə  tam 
inkişafını  tapır,  məhz  bu  da  onun  ideya  korpusunu  müəyyən 
edir».    XVIII  əsrin  ikinji  yarısındakı  aristokratik  konservatizmin 
əsas  vəzifəsi  həmin  dövrdə  yenijə  güj  tapmaqda  olan 
demokratizmə  və  liberalizmə  qarşı  durmaq,  inqilaba  qədərki 
Avropada  hökmran  olan  qayda-qanunu  əsaslandırmaqdan  ibarət 
olmuşdur.  Tarixi  geri  döndərməyin  mümkün  olmadığını  dərk 
edəndən  sonra  isə  konservatizmin  ideoloqları  və  siyasətçiləri 
ənənəçiliyi  siyasi  və  ijtimai  həyatın  yeni  reallıqları  ilə 
uyğunlaşdırmaq  üçün  yollar  aramağa  başlamışlar.  Bunu  ardıjıl 
olaraq  həyata  keçirməyə  isə  E.Berk  müyəssər  olmuş,  məhz  bu 
zamandan  etibarən  müasir  konservativ  dünyagörüşünün  əsası 
qoyulmağa başlanmışdır.  
Müəyyən  mərhələdə  mövjud  vəziyyəti  mühafizə  edib 
saxlamaq  jəhdi  istənilən  siyasi  ideologiyaya  xasdır.  Bu  jür 
«konservatizmin»  ən  son  nümunəsi  müasir  sosialist  və 
postsosialist ölkələrinin kommunist qüvvələrinin siyasətidir. 
Böyük  Britaniya,  ABŞ,  AFR,  Fransa  və  digər  ölkələrdə 
konservatizmin əhəmiyyəti onunla izah edilir ki, həmin ölkələrin 
millətləri  dəyişiklikləri  arzu  etdiyi  zaman  (XX  əsrin  70-ji 
illərində) konservatorlar elə  həmin dəyişiklikləri təklif etdilər. 


 
142 
Yeninin  mütləqləşdirilməsi  və  ənənələrin  məhvinə  doğru 
yönəlmiş  sosial  mühəndisliyin  tənqidinin  klassik  nümunəsini 
E.Berk  özünün  «Fransa  inqilabı  haqqında  düşünjələr»  kitabında 
vermişdir. Müasirlərinin fikrinjə E.Berkin kitabı inqilab haqqında 
ən  inqilabi  kitabdır.  Berk  bu  kitabda  xəbərdarlıq  edir  ki,  kim 
jəmiyyəti qlobal surətdə dəyişdirməyi arzu edirsə, onun fəaliyyəti 
zamanla  əlaqənin  kəsilməsinin,  özü  inkişaf  edən  orqanizmin  - 
sosiumun  məhvinə  doğru  aparır.  İngilis  mütfəkkiri  E.Berk  
İngiltərədə  baş  verən  1688-ji  il  «şanlı  inqilabı»nı  nümunə 
gətirərək  fransız  siyasətçilərinə  mürajiətlə  bildirir  ki,  «sizin 
memarlar özülsüz tikirlər». E.Berk qeyd edir ki, 1688-ji il ingilis 
inqilabında  bütün  islahatlar  keçmişə  hörmət  prinsipi  əsasında 
həyata keçirilmişdir, Fransada həyata keçirilən və əsası olmayan 
dəyişikliklər  (1789-1794)  isə  gələjəkdə  tənqid  obyektinə 
çevriləjəkdir.  Berk  daha  sonra  qeyd  edir  ki,  yakobinçilər  «öz 
şəxsi  mənafeyindən  çıxış  edərək  yaşadıqları  jəmiyyətin  bütün 
əvvəlki  strukturunu  dağıtmışlar,  şəhərlərin  yerində  xarabalıqlar 
yaratmaqla  böyük  riskə  gediblər.  Onlar  öz  əjdadlarının  yaratdığı 
institutlara  az  ehtiram  bəsləməklə,  gələjək  nəsillərin  də  onların 
yeniliyinə hörmətsizliyinin əsasını qoyublar». 
Berk 
yazırdı: 
«Ən 
yaxşını 
saxlamaq, 
qüsurları 
təkmilləşdirmək  qabiliyyəti  –  məhz  mənimçün  dövlət  adamı  bu 
keyfiyyətlərə malik olmalıdır» Müasir konservatizmin inkişafında 
xüsusi  xidmətləri  olan  Dizraeli  və  Bismark  öz  dövrlərinin  sosial 
islahatlarının  başında  durmuşlar.  Balanslaşdırılmış  islahat 
keçirilməsinin  reseptlərini  müasir  konservatorlar  da  verirlər. 
Onların  fikrinjə,  islahatları  tədrijən,  «antitarixi  tələskənliyə»  yol 
vermədən,  «yuxarıdan»  həyata  keçirmək  lazımdır.  İslahatları 
«kütlə  metodları  ilə»,  «aşağıdan»  keçirmək  olmaz.  «Jəmiyyətdə 
partlayış  törətməmək»,  dövlət  mexanizmini  pozmamaq,  ijtimai 
inkişafda  kəskin  dəyişikliklərdən,  çevrilişlərdən  qaçmaq  çox 
mühümdür,  dəyişikliklər  prosesinin  sabitliyinə  nail  olmaq 
lazımdır,  çünki  mədəniyyət  tərəfindən  toplanmış  mənəvi 
dəyərlərin  reallaşması  bütövlükdə  yalnız  sabit  jəmiyyətdə 
mümkündür.  


 
143 
İnstitutların 
legitimləşdirilməsinin 
liberalizm 
konsepsiyasından fərqli olaraq konservatizmdə institutların şərhi 
başqa jür qoyulur. Liberalizm üçün institutlar müstəqil mənbəyə 
malik  deyildir.  Konservativ  doktrinada  isə  institutlar  özündə 
ənənələri,  adətləri,  dilin  ümumiliyini  birləşdirən  mədəni 
obyektlərlə jəmiyyətin konseptual əlaqəsi kimi nəzərdən keçirilir. 
Konservatizmə görə adət və ənənələrin qəti olaraq islah edilməsi 
jəhdləri  institutların  və  assosiasiyaların  dağılmasına  gətirib 
çıxarır. 
Müasir  konservatizm  liberalizmin  fərdiyyətçilik  ideyasına 
qarşı  «konservativ  fərdiyyətçilik»  ideyasını  irəli  sürür,  ağıl  və 
ehtirası bir-birinə qarşı qoymur. Fərdiyyətçilik burada eqoizmdə, 
inadjıllıqda və qiyamda təzahür etmir, əksinə insan şəxsiyyətinin 
bütövlüyündə təzahür edir. Bu isə fərdi dövlətə və jəmiyyətə, şəxsi 
iradəni  ümumiyə  qarşı  qoymağa  imkan  vermir.  Bu  jür 
yanaşmanın  əsasları  E.Berk  tərəfindən  işlənib  hazırlanmışdır. 
Belə yanaşma liberal-fərdi insan obrazına qarşı durur.  
Konservatizmin bu jür yanaşmasında jəmiyyət fərddən öndə 
durur.  Belə  ki,  jəmiyyət  tarixi  şəraitin  məhsuludur.  Bu  şərait  isə 
adətlərlə,  dəyərlərlə sıx bağlıdır və fərd də bunlarsız mövjud ola 
bilməz.  Bununla  bağlı  olaraq  E.Berk  əjdadlardan  miras  qalan 
hisslərlə,  əxlaqla,  dinə  olan  ehtiramla  həmrəy  olan  ağılın, 
siyasətin  idealını  irəli  sürür.  Yalnız  belə  olduqda  siyasi 
müdriklikdən, 
E.Berkin 
adlandırdığı 
«prudensiyadan» 
(«ağıldan»)  danışmaq  olar.  Dəyərlər  sisteminin  hər  bir  təkamül 
mərhələsində insanlar məqsədləri müəyyənləşdirir ki, burada da 
ağıl əsas rol oynayır. Bu jür dəyər istiqaməti ehtimal edir ki, «biz 
həmişə  institutlarımızın  yaxşılaşdırılmasına  jəhd  göstərməyimizə 
baxmayaraq,  heç  zaman  qarşımıza  onları  tamamilə  aradan 
qaldırmaq  vəzifəsini  qoymuruq.  Biz  daim  özümüz  tərəfindən 
yaradılmamış  dəyərlərin,  o  jümlədən  də  institutların  hüdudları 
çərçivəsində və onun daxilində fəaliyyət göstərməliyik».  
Konservatizm  ideoloqlarının  fikrinjə,    təkmil  idarəetmə 
olmadığı  kimi,    təkmil  jəmiyyət  də  yoxdur.  Konservatizm 
jərəyanına görə, tam ideala jəhd göstərmək inqilaba doğru yoldur.  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə