Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə55/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   51   52   53   54   55   56   57   58   ...   78

 
165 
jərəyanlar, o jümlədən sosialist jərəyanı  arasında keçilməz sədd 
vardır. Bunu neokonservatorların özləri də qeyd edirlər. 
Almaniyanın 
Xristian 
Demokratik 
İttifaqı 
(XDİ) 
partiyasının  qabaqjıl  rəhbər  xadimlərindən  biri  X.Qaysler 
demişdir: «Konservatizm – çoxmənalı anlayışdır. Bu gün çətin ki, 
biz  «konservativ»  və  «tərəqqi»  anlayışları  ilə  siyasi  mövqeləri 
müəyyənləşdirə  bilərik.  Fərdin  kollektivə    münasibətində  onun 
ayrılmaz hüquqlarından  söhbət  gedəndə  XDİ  konservativ  partiya 
olur.  Digər  tərəfdən  o,  sosial  bazar  təsərrüfatı  prinsipini  rəhbər 
tutduqda  mütərəqqi  partiya  olur.  XDİ  əməklə  kapital  arasında 
ziddiyyətləri  aradan  götürmüşdür».   Sonra  o deyir:  «  İnsanlar  və 
siyasət  tarixi  təjrübədən  imtina  edə  bilməzlər.  Biz  tarixi 
təjrübədən  çıxış  etdikdə  konservativ  oluruq.  Biz  bu  təjrübəyə 
əsaslanır və onu rəhbər tuturuq…». 
Tədqiqatçılar qeyd edirlər ki,  neokonservatizm  tərəfdarları 
ilə  liberalizm  tərəfdarları  arasında  hazırda  müəyyən  konsensus 
yaranmışdır. Bunların heç biri təmiz formada deyildir.  Siyasətdə 
biz yalnız neokonservativ və neoliberal ideyaların bu və ya digər 
qarşılıqlı münasibətlərindən danışa bilərik.  
Konservatizmlə 
liberalizmin 
 
oxşar 
jəhətləri 
aşağıdakılardır: 
- şəxsi mülkiyyət hüququnun qorunması; 
- qanunların aliliyinin təmin edilməsi; 
- demokratiyanın bərqəqrar edilməsi və inkişafı; 

dövlətin 
iqtisadiyyata 
müdaxiləsinin 
minimuma 
endirilməsi; 
- xırda və orta sahibkarlığın inkişaf etdirilməsi və s. 
Konservatizmlə liberalizmin fərqli jəhətləri aşağıdakılardır: 
-  konservatorlar  liberallardan  adət-ənənələrə  sadiqliyi  ilə 
fərqlənir; 
-  konservatorlar  insanların  bərabərliyi  dedikdə  hüquq 
bərabərliyini nəzərdə tuturlar: 
- liberallarla müqayisədə konservatorlar millətçidirlər; 
- hökumət aparatının sadələşdirilməsində radikaldarlar; 


 
166 
-  ailəni  jəmiyyətin  təməl  daşı  hesab  edir,  onu  qorumağa 
çalışırlar; 
-  təhsildə  milli  və  tarixi  varisliyi  mühüm  hesab  edir,  onu 
qorumağa çalışırlar. 
Konservatorlar 
sosial-demokratların 
əksinə 
olaraq 
fikirləşirlər  ki,  «dövlətin  zəngin  olması  millətin  zəngin  olması 
demək  deyil,  millətin  zənginləşməsi  dövlətin  zənginləşməsidir». 
Totalitar  və  avtoritar  düşünjə  daşıyıjılarından  fərqli  olaraq 
konservatorlar  bu  qənaətdədirlər  ki,  «millət  dövlət  üçün  deyil, 
dövlət millət üçündür». 
Konservatorlarda sıralama belədir: millət, vətəndaş, dövlət
Liberallarda: fərd, millət, dövlət. 
Mühafizəkarlığın  məşhurlaşmasında    əvvəllər  inkar  etdiyi 
bir  sıra  dəyərləri  (konstitusionalizmi,  plüralist  demokratiyanı, 
hüquqi  dövləti,  hakimiyyətin  bölgüsü  prinsipini,  qanunların 
aliliyini və s.)   yenidən  qəbul etmələri olmuşdur. Eyni zamanda 
mühafizəkarlığı  tetçerizm  və  reyqanizm  də  məşhurlaşdırmışdır. 
Dünyanın  aparıjı  mühafizəkar  partiyaları  aşağıdakılar  sayılır: 
Respublikaçılar  (ABŞ),  Mühafizəkarlar  (İngiltərə),  Xristian 
Demokratlar (Almaniya), Liberal-demokratlar (Yaponiya), Ədalət 
və Kalkınma Partiyası (Türkiyə). 
Mühafizəkar  mövqenin  və  sağ  qüvvələrin  inkişaf  etmiş 
kapitalist  ölkələrində  güjlənməsi  onların  beynəlxalq  səviyyədə 
birləşməsində  və  qarşılıqla  əlaqələrin  genişlənməsində  öz  əksini 
tapmışdır.  Bunu  Qərbi  Avropa  mühafizəkar  partiyalarını,  ABŞ 
Respublikaçılar  partiyasını,  Yaponiya 
Liberal-demokratik 
partiyasını  və  Avstraliya  mühafizəkarlarını  özündə  birləşdirən 
Beynəlxalq  Demokratik  İttifaqın  yaranması  sübut  etdi.  1983-jü 
ildə    yaranan  Beynəlxalq    Demokratik  İttifaqa  dünyanın  70-dən 
çox  mühafizəkar  partiyası  üzv  olmuşdur.    Bu  İttifaq    «sol» 
partiyaları  özündə  birləşdirən  Sosialist  İnternasionalına  (1980)  
alternativ  kimi    yaradılmışdı.  Beynəlxalq  Demokratik  İttifaq  
açıq,  azad  bazar  iqtisadiyyatı,  qanunun  aliliyi,  sosial  ədalət 
ideallarına sadiq qalajağını bəyan etmişdir. 


 
167 
«Konservatizm»  termini  nəinki  müasir  siyasi  şərhdə,  
habelə  elmi  ijtimai  ədəbiyyatda  işlənir.  Qərbdə  konservatorlara 
M.  Tetçer,  A.  De  Benua,  Q.Rormozer,  D.Bell  və  ya  F.Mitteran 
kimi  siyasətçilər  aiddir.        Yeni  konservatorların  sırasında 
görkəmli  xariji  siyasətçilər  –  ABŞ-ın  keçmiş  prezidentləri 
R.Reyqan  və  J.Buş,  İngiltərənin  keçmiş  baş  naziri  «dəmir  ledi» 
M.Tetçer, AFR kansleri olmuş H.Kol, AFR-in mərhum görkəmli 
xadimləri K.Adenauer və İ.Ştrausun adları çəkilir. 
Lakin  bütün  bu  siyasi  uğurlara  baxmayaraq,  90-jı  illərdə 
siyasi  konservatizmin  geri  təpməsi  və  ya  kənara  çəkilməsi  baş 
verdi.  Konservativ  partiyalar  Avropanın  və  ABŞ-ın  bir  sıra 
ölkələrində  öz  mövqeyini  əhəmiyyətli  dərəjədə  zəiflətdi. 
Neokonservatizm ideoloqlarının fikrinjə,  buna səbəb  çox güman 
ki,  seçijilərin    «yeni  sima»  arzulaması  və  ya  böhran  dövründə 
konservatorların qeyri-populyar metodlar tətbiq etməsi olmuşdur. 
90-jı  illərin  ikinji  yarısı    «konservativ    dalğa»nın    öz  yüksək 
nöqtəsinə çatması və öz yerini ona əks olan meyllərə verərək  geri 
çəkilməsi  ilə  yadda  qalmışdır.  Bütün  bu  baş  verənlər  siyasi 
həyatın  və  onunla  bağlı  olan  elektoral  davranışın  dövriliyi 
haqqında  tezisi  sübüt  edir.  Həqiqətən  bir  daha  təsdiqləndi  ki, 
siyasi  olimpdə  bu  və  ya  digər  qüvvələrin  uzun  müddət 
mövjudluğundan    seçijilərin  «bezməsi»  siyasi  partiyaların  qalib 
və ya məğlub olmasının həllediji amillərindən biridir. 
Artıq  XX  əsrin  sonlarında  Avropada  və  Şimali  Amerikada 
seçijilərin  əksər  hissəsi  liberalizm  və  sosial-demokratizmlə 
ənənəvi  bağlılığı  olan  siyasi  partiyalara  rəğbət  bəsləməyə 
başladılar.  90-jı illərin sonundakı sosialistlər və sosial liberallar 
artıq  20-30  il  ondan  əvvəlki  jərəyanlar  deyildi.  Belə  ki,  həmin 
jərəyanlar  neokonservatorların  bir  çox  ideyalarını  götürərək  Bill 
Klinton  və  ya  Entoni  Bleyr  stilində  sosial-konservatorlara 
çevrilmişdilər.  XXI əsrin ilk rübündə baş vermiş «ərəb dalğası» 
liberal ideyaların təsiri nətijəsində baş vermişdir. 
Keçmiş 
postsosialist 
ölkələri 
içərisində 
imperiya 
ambisiyaları  güjlü  olan  Rusiyada  konservatizm  ideologiyasına 
maraq  çox  güjlüdür.    Əgər  Azərbayjandakı    mühafizəkarların  – 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə