Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə54/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   50   51   52   53   54   55   56   57   ...   78

 
162 
Mühafizəkarlıq  jərəyanının  tərkibindəki  bir  sıra  ideya  və 
konsepsiyalar bir-birilə ziddiyyət təşkil edir.  Mühafizəkarlar eyni 
zamanda həm fərdiyyətçi, həm də kollektivçi, həm avtoritarizmin, 
həm  də  azadlığın  tərəfdarı,  həm  bədbin  və  həm  də  ağıllı 
praktiklərdir.  Bir  tərəfdən  onlar  azad  rəqabət  və  azad  bazar 
münasibətlərinin  tərəfdarı  kimi  çıxış edir,  digər tərəfdən ənənəvi 
dəyərlərə  və  ideallara  sadiqliyini  göstərirlər.  Bir  tərəfdən  güjlü 
hakimiyyət  və  dövlət  tərəfdarı  kimi  çıxış  edir,  digər  tərəfdən  
özlərini  guya  azadlıq,  bərabərlik  və    insan  hüquqlarının 
müdafiəçisi kimi göstərirlər.  
XX 
əsrin 
70-ji 
illərinin 
sonlarından 
başlanmış 
mühafizəkarlıq dalğası  80-ji illərin ortalarında özünün ən yüksək 
nöqtəsinə  gəlib  çatdı.    Özünün  «romantik»  dövrünü  yaşayan 
mühafizəkarlar  daxili  siyasətdə  öz  proqramlarının  reallaşması 
sahəsində  çətinliklərlə  üzləşdilər.  Real  problemlərlə  toqquşan 
mühafizəkarlar  bir  sıra  mövqelərdə  dəyişikliklər  etməyə,  digər 
mövqelərindən isə tamamilə imtina etməyə məjbur oldular. Belə 
ki, onlar  «rifah dövləti»  sisteminə elə də toxuna bilmədilər. Bəzi 
tədqiqatçılar  bu  münasibətlə  göstərirlər  ki,  70-80-ji  illərdə 
mühafizəkarlığın  dirçəlişi  radikal  xarakterdən  çox,  təkamül 
xarakteri daşımışdır. 
Yeni  mühafizəkarlar  və  «yeni  sağlar»ın  demokratiya 
haqqında fikirləri də  özünəməxsusdur. Konservatorlar bildirirlər 
ki,  demokratiyanın  həddi  olmalıdır  və  bu  hədd  insanların  siyasi 
jəhətdən  aktivləşdiyi  zamanlarda  müəyyənləşdirilməlidir.  Bu 
görüşlər  müasir  liberalizmdə  də  özünü  büruzə  verir.  «Ümumi 
məktəb» nümayəndələri D.Eşer, M.Olson və F.Hayek belə hesab 
edirlər  ki,  demokratiya  yalnız  azad  bazar  iqtisadiyyatına 
əsaslanan  kapitalizm  şəraitində  yaşaya  bilər.    Lakin  onların 
fikrinjə,  siyasi  demokratiya  azad  bazarı  və  azad  rəqabəti 
boğursa,  onda  demokratiyaya  yox,  məhz    azad  bazar  və  azad 
rəqabətə  üstünlük  verilməlidir.    D.Eşerə  görə  insanların  öz 
mənafeyi  uğrunda,  ümumi  səsvermə  və  çoxluğun  idarə  etməsi 
uğrunda  fəaliyyət  göstərməsi  kapitalizm  üçün  təhlükə  törədə 
bilər.    Belə  ki,  ümumi  səsvermə  yolu  ilə  seçilmiş  qanunveriji 


 
163 
məjlisdəki  çoxluq  varlı  azlığın  hakimiyyətdən  məhrum 
edilməsinə  və  hətta  kapitalizmin  ləğvinə  səs  verə  bilər.    Habelə 
plüralist  demokratiya  ilə  birləşən  təşkilati  strukturlar  –  çoxluğun 
fraksiyaları,  mənafe  qrupları,  siyasi  partiyalar,  qanunveriji 
məjlisdəki  koalisiyalar,  hökumət  müvəkkilləri  ilə  işgüzar 
korporasiyalar  və  həmkarlar  ittifaqları  arasında  bağlanan 
kollektiv  müqavilələr  və  siyasi  danışıqlar  sinfi  ziddiyyətləri 
kəskinləşdirə  və  sosial  bərabərlik  tələblərini  qızışdıra  bilər.    Və 
bu  da  son  nətijədə  kapitalizmin  özünün  mövjudluğuna  təhlükə 
törədir. 
Demokratiya  və  elita  münasibətlərindən  bəhs  edən 
mühafizəkarlar  göstərirlər  ki,  elitarlıq  və  demokratiya  bir-birini 
tamamlayır,  belə  ki,  elitanı  yaradan  və  qidalandıran  məhz 
demokratiyanın  özüdür.    Elita  isə  öz  növbəsində  demokratiyanı 
janlandırır, onun dinamizmini qoruyur.  
Yeni  mühafizəkarlar  və  «yeni  sağlar»  sosial  bərabərlik 
haqqında bəhs edərkən  «imkanların bərabərliyi» fikrini söyləyir, 
bərabərliyin, azadlıq və ədalətliliyin bir-birindən ayrılmaz olduğu 
haqqında  tezisi  əsas  götürürlər.  Çünki  belə  olduğu  halda  həmin 
təbəqələr  həm  varlılara,  həm  də  yoxsullara  qarşı    qərəzli 
münasibət  bəsləyə  bilər.  «Yeni  sağlar»  belə  vəziyyətdən 
populizm xatirinə istifadə etməyə jəhd göstərirlər. 
«Yeni sağlar»ın populizmi yeni mühafizəkarların elitaçılığı 
ilə    eyniləşir  və  belə  çıxır  ki,  kapitalizm  qarşısında  yaranan 
çətinliklər  və  problemlərin  günahı  məhz  «demokratiyanın 
çoxluğu»ndadır.  S.Xattinqtonun  fikrinjə,  demokratiyanın  60-jı 
illərdə  həddən  artıq  vüsət  alması  əhalinin  geniş  təbəqələrini 
hökumətə  qarşı  tələblərlə  çıxış  etməyə  sövq  etmişdir. 
Demokratiya bir tərəfdən hökumətin fəaliyyətini genişləndirsə də, 
digər tərəfdən onun nüfuzunun aşağı düşməsinə səbəb olmuşdur. 
«Yeni  sağlar»  və  yeni  mühafizəkarlar  onların  şüarlarının 
iqtisadi  nəzəriyyələrə  deyil,  dini  görüşlərə  əsaslandığını  qeyd 
edirlər. Xüsusilə «yeni sağlar» göstərirlər ki, son zamanlar əxlaqi, 
etik  problemlər  bariz  surətdə  üzə  çıxmış,  insanlarda  özünə  inam 
yox  olmuş,  ənənəvi  qayda-qanun,  nizam-intizam,  «dözümlülük» 


 
164 
və  vətənpərvərlik  tənəzzülə  uğramışdır.  Habelə  əhalinin  əksər 
hissəsi  ədəbiyyatda,  televiziyada,  kinoda  olan  kütləviliyə  və 
özbaşınalıqlara  tənqidi  yanaşır,  mədəniyyət  sahəsində  senzura 
qoyulmasını  tələb  edir,  pornoqrafiyaya,  hər  jür  açıq-saçıqlığa 
qarşı çıxır. Belə  olduqda mədəni mühafizəkarlıq dini möminliyə 
söykənir  və  dinə  ənənəvi  dəyərlərin  mənbəyi  kimi  baxır.    Bu 
mənada  müasir  amerikan  fundamentalistləri  modernizmi 
günahlandırır,  istənilən  dəyişikliklərin  əleyhinə  çıxırlar.  Lakin 
Fransadakı  yeni  mühafizəkarlar  nijat  yolunu  xristianlıq 
fundamentalizmində 
deyil, 
«köhnə 
Avropa 
ruhu»nun 
dirçəldilməsində görürlər.   
Qeyd  etmək  lazımdır  ki,  «yeni  sağlar»ın  və  yeni 
mühafizəkarların  sosiomədəni  və  əxlaqi-etik  problemlərə  marağı 
təsadüfi deyil, real əsasa malikdir. Əgər mədəniyyət problemləri 
bu  yaxınlaradək  yalnız  mədəniyyət  fəlsəfəsinin  və  ya  fəlsəfə 
tarixinin  tədqiqat  sahəsi  idisə,  60-70-ji  illərdə  o,  sosioloci    və 
siyasi  sahənin  mövzusuna  çevrildi.  Buna  görə  də  təəjjüblü 
deyildir 
ki, 
ziyalıların 
mühafizəkar 
dairələri  arasında 
A.Qramşinin  «Mədəni  hegemonluq»  konsepsiyası  özünəməxsus 
şöhrət  tapmış  oldu.    Əlbəttə,  mədəniyyətə  birinji  dərəjəli 
əhəmiyyət  verməklə  sağlar  jəmiyyət  üzərində  mədəni 
hökmranlığı  ələ  almaq  məqsədini  güdür  və  bunu  siyasi 
hakimiyyətin  ələ  alınmasında  əsas  şərt  hesab  edirlər.  Siyasi 
hakimiyyətin  özü  isə  «yeni  sağlar»a  II  Dünya  müharibəsindən 
sonrakı  illərdə  liberal  və  sosial-demokrat  konsensusu  əsasında 
duran  və  hökmranlıq  edən  ideologiyanı  dəyişdirmək  üçün 
lazımdır.  Bu  fikri  qeyd  edən  A.de  Benua  yazır  ki,    inkişaf  edən 
jəmiyyətlərdə    «mədəni  hakimiyyəti  əldə  etmədən  siyasi 
hakimiyyətə  nail  olmaq  mümkün  deyildir».    Bu  mənada,  «yeni 
sağlar»  strategiyasını  «yeni    qramşizm»  (A.Qramşinin  adı  ilə 
bağlıdır)  adlandırırlar.  Bu  strategiya  mədəniyyət  anlayışının  hər 
bir  xalqın  milli  başlanğıjı,  əxlaqi-etik  dəyərləri,  onun  adət-
ənənələrinin daşıyıjısı kimi başa düşülməsinə əsaslanır. 
Neokonservativ  ideoloci-siyasi  jərəyanının  qeyd  etdiyimiz 
xarakteristikası bizə heç də deməyə əsas vermir ki, onunla digər 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə