162
Syuardın arzuları da bir qədər dumanlı idi. Səkkiz il keçdikdən sonra o,
70 yaşına yaxın olacaqdı, yaxud da ona qədər öləcəkdir. Digər tərəfdən, əgər
Prezident özünün yenidən seçilmək imkanını axtarmasa, Syuard üçün daha
bir şans
yarana bilərdi.
Artıq təcrübə qazanmaqda olan prezident kimi Linkoln təkcə
opponentləri ilə mübarizəyə qoşulmamışdı, həm də öz partiyası daxilindəki
fraksiya bölüşmələrinə və şəxsi rəqabətə qarşı dururdu, bunlar da ona çoxlu
narahatlıqlar gətirirdi. Onun razılığı ilə Respublikaçılar himayəedici tarifə, milli
bank sistemini qaydaya salmağa, xüsusən Sakit okean sahilinə dəmir yolu
çəkilməsinə kömək göstərilməsini işə saldılar. Respublikaçılar partiyasında
radikallar və «mühafizəkarlar» mövcud idi. Linkoln özü mühafizəkarlara meyil
edirdi. Lakin radikallar arasında da onun dostları var idi. O, çalışırdı ki, hər ikisi
üzərində öz liderliyini saxlasın. Kabinetə təyinatlar olanda, o, 1860 yerə namizəd
göstərmək üçün müxtəlif rəqibləri seçdi və onların hamısı birlikdə hər bir partiya
qrupuna təmsilçilik vermək idi. Müdriklik göstərərək o, Kabinetin tərkibinə
görkəmli mühafizəkar Syuardı və görkəmli radikal Çeyzi daxil etmişdi. O, kabinet
böhranından yan keçə bilirdi və bu, iki müxalif şəxsi, Çeyzin 1864-cü ildəki
istefasına qədər özünün rəsmi müşavirləri kimi işlətdi.
Digər bir müdrikliyi isə o, «Trent» gəmisi hadisəsində nümayiş etdirdi.
Konfederasiyanın Prezidenti Cefferson Devis London və Parislə əlaqə yaratmağa
çox can atırdı. Ona görə də 1861-ci ilin oktyabrında iki nümayəndəsini bu
hökumətlərlə danışıq aparmağa göndərdi. Havanaya gəlib çatdıqdan sonra onlar
Britaniyanın «Trent» buxar gəmisinə oturdular. Gəmi Baham boğazından keçəndə
Şimala məxsus olan amerikan kateri Konfederat elçilərini əsir götürdü. Onlar
«Trent» gəmisi ilə birlikdə Boston limanına gətirildi və dustaqxanaya salındılar.
Şimal radikalları buna çox sevindilər. Müdrik və uzağı görən Linkoln isə
ümumi sevincə qoşulmadı. O qorxurdu ki, əsirlər «ağ fil» olduqlarını sübut edəcək
və hüququn tələbinə görə, onları ittiham etmək mümkün olmayacaqdır. İngiltərədə
də bu hadisənin hiddət doğuracağına o, şübhə etmirdi. İngilis hüquqşünasları belə
qərara gəldilər ki, «Trent» gəmisi Boston limanına qanunsuz gətirilmişdir və bu,
yalnız məhkəmənin hökmü əsasında icra edilə bilərdi. Qəzəb o yerə gəlib çatmışdı
ki, hətta 30 min ingilis Konfederata kömək etmək üçün Çarlstona yola düşmək
istəyirdi.
Britaniya elçisi vurulan ziyanı ödəmək üçün ABŞ-a rəsmi tələb tərtib
etdi və bəyənilməsi üçün sənədi kraliçaya göndərdi. Kraliça Viktoriyanın əri Prints
Albert bütün gecəni bu sənəd üzərində keçirdi və onun tonunun kəskinliyini xeyli
dəyişdi. Bu Prints Albert tərəfindən yazılan sonuncu sənəd idi. Tezliklə o, oğlunun
oxuduğu məktəbdəki tədbirdə tutulduğu tif xəstəliyindən öldü.
Linkoln güzəştə getməklə, həm də Cənubu çaşdırdı. O demişdi ki, eyni
vaxtda iki müharibə aparmaq olmaz. Bu qərar, güman ki, millətin həyatını xilas
etdi. Bu, həmin nəslin ən böyük dühası olan Linkolnun əməli idi.
Prints Albert öləndə Linkoln kraliçaya baş sağlığı məktubu göndərmək
istədi. Məktubda «Trent» gəmisinin işi ilə əlaqədar hər iki hökumətin məsuliyyəti
yada salınırdı. Prints Albert Şimal radikallarını məyus edən barışdırıcı cavab
163
hazırlamışdı. Albertin öz ölümündən qabaq yazdığı bu son məktub iki dövlət
arasında münaqişənin yaranmasına yol verməmişdi.
Müharibədə vuruşlar Federal qüvvələrin xeyrinə proqressləşdikcə
Linkon hökuməti belə nəticəyə gəldi ki, qulların azad olunması hərbi qələbənin
əldə edilməsi üçün vacibdir. Bu vaxt azadlıq Respublika partiyası üzvlərinin ikinci
müharibə məqsədinə çevrildi. Bu da Linkolnun müdrikliyinin daha bir nümayişi
idi.
Linkolna qarşı hücumlar da az deyildi. Prezidentə qarşı loyalığa mane
olan səbəblərə gəldikdə, Şərq şəhərlərində olan irland immiqrantlar və Şimal
ştatlarında yaşayan, ancaq Cənubda doğulmuş sakinlər zəncilərə xüsusən düşmən
idilər. Sabitliyin pozulması halları da az deyildi. Nyu Yorkda baş verən dəhşətli
iğtişaşı hərbi gəmilərdən atılan top atəşləri ilə yatırtmaq mümkün olmuşdu. İğtişaş
çox sayda adamın həyatını itirməsinə səbəb olmuşdu. İnzibati sahədə də xoşa
gəlməyən hadislər baş verirdi. Federal adminstasiyaya ştat qubernatorları cəsarətlə
hücum edirdilər, onlar güclü yerli muxtariyyətə malik olmaq istəyirdilər.
1864-cü ilin avqustunda Linkoln özünün prezident seçilməsinə ümid
bəsləmirdi və Demokrat namizəd, general Corc Makklellanın onu məğlub
edəcəyini gözləyirdi. Lakin Federalın hərbi qələbələri, xüsusən Şermanın Atlantanı
işğal etməsi, Linkolnu xeyli dərəcədə gücləndirdi və müharibə Şimal üçün zəfər
qaydasında başa çatdı. Bu Linkolnun populyarlığını xeyli yüksəklərə qaldırdı.
Müharibədən sonra Cənubun yenidən qurulması perspektivi
Linkolnun hazırladığı «Cənubun yenidən qurulması» layihəsi
Konqressin müzakirəsinə verilən böyük məsələ idi. Ayrılmış ştatlar olan Luiziana,
Arkanzas və Tennessi əsasən Federal ordular tərəfindən sağlamlaşdırılmışdı.
Linkoln 1863-cü ildə özünün «on faizlik plan»ını təklif etdi, buna müvafiq olaraq
seçicilərin on faizi Birləşmiş Ştatlara gələcəkdə loyal olacağına
and içdiyi təqdirdə,
yeni ştat öz hökumətini formalaşdıra bilərdi. Radikallar
Linkolnun təklifini, həddən
ziyadə güzəştli olduğuna görə rədd etdilər və Konqressə Ueyd-Devis Billini
gətirdilər. Bu layihəyə görə, yalnız hər bir Cənub ştatının ağ kişi cinsindən olan
vətəndaşlarının çoxlugu loyallıq andı içdikdən sonra həmin ştatın Birliyə qəbul
edilməsinə icazə veriləcəkdi. Onlar təkcə gələcək üçün deyil, həm də keçmişdəki
loyallıqları barədə and içməli idlər. Linkoln qanun layihəsinə veto qoyduqda, onun
müəllifləri prezidenti acı tənqid edən «manifest» çap etdirdilər. Radikallar onu ən
kəskin qaydada məhkum edirdilər.
Artıq o, «Birlik» (Respublikaçılar) partiyasından prezidentliyə yenidən
seçilmək üçün namizəd idi və Ueyd-Devis Billi ilə əlaqədar manifest əslində