210
– Steni sadəcə oğrudan deyil, bizdən himayə güdür, o adamlardan ki,
onlar oğruları cəzalandırmağı nəzərdə tuturlar.
Bu sözləri deyəndən sonra o, çıxışını qurtardı. Hortensi isə uca səslə öz
çıxışına başladı:
– Senatorlar, biz burada kifayət qədər uzun müddət oturmuşuq. Bu nəcib
binada bir nəfər opportunizm toxumu səpmək istəyir. Bizim qarşımızda qeyri-
müəyyən hərəkətlər edilir və bu, bircə adama aiddir. Bizcə, heç bir təklif verilmədi
ki, nəyisə müzakirə edək. Biz əmin ola bilmərik ki, eşitdiyimiz həqiqətdir. Qay
Verres – bu qaydanın böyük üzvü özünü müdafiə etmək imkanına malik olmadan
ittihama məruz qaldı. Mən tələb edirəm ki, elə bu dəqiqəcə iclas bağlansın.
Hortensiyə aristokratlar əl çaldılar. Tsitseron yerindən qaxdı:
– Senator, görünür, qeydi oxumamışdır. Qay Verres barəsində hansısa
bir xatırlama vardırmı? Mən Senatdan xahiş etmirəm ki, Qay Verres haqqında səs
versin. Bu, Qay Verresin özünün olmadığı vaxt heç də düzgün mühakimə olmazdı.
Qay Verres burada yoxdur ki, özünü müdafiə etsin. İndi biz bu prinsipi qoyduq,
Hortensi onu mənim müştərim üzərinə də şamil edəcəkdirmi və razılaşacaqdırmı
ki, onun özü olmadığı yerdə o, mühakimə edilsin və ya aristokratlar üçün bir
qanun, qalan adamlar üçün tam başqa qanun vardırmı?
Qapı ağzındakı kütlə sevinclə qışqırırdı. Tsitseron sakitliyi bərpa etmək
üçün tezliklə əlini qaldırdı:
– Çox yaxşı. O vaxtdan ki Hortensinin obyektləri orijinal hərəkətlərinin
qeyri-müəyyənliyinə yönəlmişdir, qoy biz heç bir şübhə etməyənləri çərçivəyə
salaq. Mən düzəliş təklif edirəm: «Haradasa özü olmadan Steni ittiham edilirsə,
razılaşırsınız ki, onun özü olmayanda bu, onun üzərində aparılan heç
bir mühakimə
deyildir və əgər hər hansı belə bir mühakimə artıq baş vermişdirsə, o da hüquqi
qüvvəsi olmayan sayılsın». Və mən deyirəm: «Gəlin indi buna səs verək və Roma
Senatının ən yüksək ənənələrində günahsız adamı çarmıxa çəkmək kimi ölümcül
cəzadan xilas edək!»
Konsul ayağa qalxıb dedi:
– Təklif edilmişdir. Başqa hansısa bir üzv danışmaq istəyirmi?
Katul ayağa qalxıb dedi:
– Mən inanıram ki, çıxış etməliyəm. Bəli, mən inanıram ki, bəzi şeyləri
deməliyəm. Mən danışacağam, – deyə o, təkrar etdi, – və mənim birinci deyəcəyim
odur ki, bu gənc adam – o, Tsitserona işarə etdi, – Roma Senatının ən yüksək
ənənələri barədə heç nə bilmir, ona görə də o, belə düşünür ki, heç bir senator,
onun sifəti istisna olmaqla, digərinə hətta hücum edə bilməz. Mən düşünürəm ki,
köhnə dövrün müdrik adamı demişdir: «İrsiyyətin bir untsiyası ləyaqətin bir
funtuna bərabərdir».
Bu sözə aristokratlar gülüşdülər. Tsitseronun gələcək düşməni Katilina
ona işarə edərək, barmaqlarını boğazının yarımdairəsinə çəkdi. Tsitseron qərənfil
kimi qızarsa da, özünə nəzarətini saxladı. Hətta azacıq gülümsədi də. Serci Katilina
dedi:
- Mən ilk dəfə bu evə girəndə Klavdi Pulxer və Mark Perperna konsul
idilər.
211
Aydın idi ki, Hortensi və onun dostları sessiyanın qalan hissəsində
danışmaq istəyəcəklər ki, Tsitseronun təklifinin səsə qoyulmasının qarşısını
alsınlar. Tsitseron ayağa durdu ki, qayda barədə öz təklifini versin, lakin konsul
Celli ona söz vermədi və tribuna hələ də Katula məxsus idi. O, dişi canavarın
Romulu əmizdirdiyi vaxtdan virtual olaraq əyalət hökumətinin tarixindən danışdı.
Onun atası da həmçinin konsul olmuşdu, ağac kömürünün tüstüsündən qeyri-adi
bir qaydada, otaqda çabalamaqla ölmüşdü. O, hansısa bir yekuna gəlib çıxdıqda,
tribuna indi də Kvint Metellin ixtiyarına verildi. Tsitseron yenidən ayağa qalxıb
söz istəsə də, çoxluğun iradəsi ilə məğlub edildi. Metell pretor rütbəsində idi, əgər
o, yol verməsə, Tsitseronun çıxış etməyə hüququ da yox idi və ona görə də belə bir
imkanı heç vermədi də. Tsitseron toqasını çıxarıb atmaqla, müəyyən bir təhlükədə
idi və nəhayət, təslim olub, yerinə oturdu.
Lampa ilə işıqlandırılmağa icazə verilmədiyindən, noyabr ayının
qaranlığında Senat kabusların parlamentinə bənzəyirdi. Metelldən sonra
Hortensiyə söz veriləndə hamı bilirdi ki, o, saatlarla danışa bilər. Artıq hər kəsə
aydın idi ki, müzakirə qurtarmışdır və Celli tezliklə binanı boşaltdıracaqdır.
Hamı Senat binasını tərk edəndə təkcə Tsitseron arxa skamyalardan
birində oturmuşdu. Sonra o, sifətini itirməmək xatirinə Hortensi və başqa bir qoca
senatorla söhbət etməyə başladı. Bu qoca adam Verresin atası idi. O, vəd etdi ki, öz
oğluna məktub yazacaq və əgər biz məsələnin yenidən Senata gətirilməməsi ilə
razılaşsaq, onu məcbur edəcəkdir ki, ittihamını dayandırsın. Yazıq Steni bunu
eşitdikdə, bir qədər yüngülləşdi. O, minnətdarlıq hissindən ölə bilərdi. Tsitseron
ona dedi ki, «Əslində mən bir şeyə nail olana qədər hələ öz minnətdarlığını saxla.
O, yalnız məktub yazmağı vəd etdi, budur, onun dediyi hər şey. Bu, heç də
qarantiya deyildir». Steni isə ona dedi ki, yaxşı, sən təklifi qəbul edəcəksənmi?
Tsitseron yavaş-yavaş başını silkələdi. Bircə o variantı seçəcəkdir ki, Verres kimi
cinayətkarla ittifaqa girməsin. Verresdən isə o, nəhəng məbləğdə pul ala bilərdi.
Onu da
bilirdi ki, Verresin müdafiəsinə təkcə Hortensi qatılmayacaqdır. Deyirdi ki,
onlar hamısı bir yerdədir. Metell qardaşları və əsl aristokratların hamısı. Əgər pul
əldə etmək olmasa, onlar özlərindən başqa kiməsə kömək göstərmək üçün
barmaqlarını da tərpətməzlər. Katul qızıla həris bir adamdır. O, Kapitoli təpəsində
on ildir ki, çox iri bir bina tikdirir, bu bina Yupiterin məbədindən iri olmaqla,
özünə həsr olunmuş bir kilsə olacaqdır.
Tsitseronun qulu Tiron Milli Arxivə gedib, orada senator Tsitseronun
adından Verresin hesablarının göstərilməsini xahiş etdi. Arxivin işçisi əvvəlcə dedi
ki, o, Tsitseron barədə heç vaxt eşitməmişdir, sonra əlavə etdi ki, bina artıq
bağlıdır. Tsitseron öz quluna əsəbiliyini gizlətməyi öyrətmişdi. Arxiv Katulun
mülkiyyəti idi, ona və onun klanına həsr olunmuş məbəd idi. Binanın üstündə də
onu Katulun tikdirdiyi yazılmışdı və portalın yanında onun fiziki ölçüsündə olan
heykəli qoyulmuşdu. Ancaq heykəldə o, Senatdakı canlı Katuldan bir qədər cavan
və qəhrəman görkəmində təsvir edilmişdi.
Mari və Sulla arasındakı Vətəndaş müharibəsində aristokratlar qələbə
çaldıqdan sonra öz düşmənlərindən qisas almağa başladılar. Katulun gənc protejesi
Serci Katilina onun düşməni olan populist pretor Qratidianı tutub, onu Katulun ailə