113
varisi II Filipp ərazinin hersoqu oldu. XVIII əsrin əvvəlində isə şəhər ispanların
ağalığından Avstriya ağalığına keçdi.
Bu dövrdə görkəmli italyan filosofu, hüquqşünaslığa böyük töhfə verən
Çezare Bekkaria fəallıq göstərirdi. Puqni cəmiyyəti adlanan Milan qrupunun
üzvləri Avstriya senzurasının əleyhinə Fransa inqilabı nəzəriyyəçilərinin
ideyalarını qəbul edirdilər. 1796-cı ildə Napoleon Bonapartın başçılıq etdiyi
Fransız respublika ordusu Milana girdi, əhali, xüsusən orta sinfin nümayəndələri
ordunu sevinclə qarşıladı. Bir il sonra burada Sizalpin Respublikasının
konstitusiyası elan edildi.1805-ci ildə isə Milan Napoleonun hakimiyyəti altında
olan İtaliya krallığının paytaxtı oldu. Napoleonun özü bu şəhərdə taclandı.
Napoleon imperiyası süqut etdikdən sonra, 1815-ci ildə Vyana
konqressinin qərarı ilə, Avstriyanın müdaxiləsi nəticəsində
şəhər Avstriya əsarətinə
keçdi. Bu əcnəbi nəzarət 40 ilə qədər davam etdi. 1854-cü ildə Milan I Viktor
Emmanuel və III Napoleon kimi iki müttəfiqin şəhərə zəfərlə daxil olmasının
şahidi oldu və o vaxtdan etibarən özünü milli iqtisadiyyatda birinci əhəmiyyətə
malik olan kimi göstərdi. Faşizmin dan yerini təmsil edən bu şəhərdə 1919-cu ildə
hərbi sağ qrupların formalaşması meydana gəldi. Sadə milanlılar bu gün də
Mussolininin zəhmət adamlarının tərəfində olduğunu vurğulamaqla, onun müsbət
tərəfini qeyd etməyə çalışırlar.
Milan Şimali İtaliyada Po çayı vadisinin özəyində yerləşir. Onun
ətrafında iri düzənlik vardır. Şimal tərəfdə isə Alp dağlarının cənubu yerləşir. Po
çayının yanındakı bataqlıqlarda kiçik meşələr və düyü tarlaları vardır.
Ticarət mərkəzi
Milanın üzləşdiyi tarixi böhranın istənilən dövründə, qəribə də olsa,
şəhərin üzvi quruluşunda irəliləmə və konsolidasiya ifadə olunurdu. Min il ərzində
şəhərin göbəyi indiki kafedral kilsə olan Duomodan cənubi-qərb tərəfdə yerləşirdi.
Karolinqlər dövründə şəhər müdafiə məqsədləri üçün öz ətrafını
möhkəmləndirmişdi və bu özək indiyədək şəhərin planlaşdırılmasına öz təsirini
115
Duomonun zahiri və daxili bəzək zənginliyi bir qədər ondan daha məşhur olan
Notr Dam de Parini xatırladır.
İntibah dövrü də Milanda xeyli öz izini qoymuşdur. Bu dövrdə Leonardo
da Vinçinin məşhur «Axırıncı şam yeməyi» freskasının olduğu Santa
Mariya-delle-
Qratsiya kilsəsi, həmçinin Sfortsa qəsri qalır. Qəsrin tikintisində və bəzədilməsində
İntibahın çox sayda görkəmli arxitektorları, heykəltəraşları və rəssamları, o
cümlədən Bramante və Leonardo da Vinçi iştirak etmişlər.
Leonardo da Vinçi “Axırıncı şam yeməyi”
Leonardo da Vinçinin «Mona Liza»sından – «Cokonda»sından sonra
«Axırıncı şam yeməyi» ən məşhur əsəridir. Yazıçı Den Braun özünün «Da Vinçi
kodu» əsərində (roman orijinalda olduqca güclü təsir bağışlayır və kitabı mənə
digər nümunələrlə yanaşı, Londonda yaşayan həkim dostum göndərmişdi) İisusun
sağ tərəfində oturanın apostol deyil, onun sevgilisi Mariya Maqdalinanın təsvir
olunduğu iddia edilir və rəy heç də əsassız deyildir. Doğrudan da, tabloya diqqətlə
baxdıqda, bu adamın qadın olduğu açıqca nəzərə çarpır. Rəssam İisusla Mariya
Maqdalinanın başlarını aralı göstərir, bədənləri isə yaxın olduğundan aralarında
latın hərfi “V”-yə bənzəyən alluziya yaranır. Belə bir fikir də vardır ki, hətta
Mariya İisusa ərə getmiş, ondan uşaq da doğmuşdur. İisus ravvin idisə, İncildə o,
məhz belə adlanır, dövrün qaydalarına müvafiq olaraq evlənməli idi. Vatikanın bu
məsələ barədəki narazılığına baxmayaraq, bəzi din xadimləri İisusun qadına
yaxınlığını müsbət hal, onun kişi kimi şəxsiyyətini tamamlayan bir cəhət kimi
qiymətləndirir və qeyd edirlər ki, əgər onun qadınla yaxınlığı olmasaydı, bu, onun
natamamlığını təsdiq edərdi. Bir kişi olaraq öz cinsindən olan digərləri kimi, o,
qadını sevməkdən, bunun fiziki təzahüründən də kənarda qalmamış, insana verilən
bu mükafatın ləzzətini dadmağa nəsib olmuşdu. Belə düşünən din xadimləri həm
də İisusun həqiqi Allah olduğunu inkar etmirlər. (İudaizmdən və İslamdan fərqli
olaraq Xristian dinində “Trinity”-“Üçlük” Allahı təmsil edir. Xristian doktrinasına
görə Allah üç mahiyyətdə - Atada, Oğulda və Müqəddəs ruhda mövcuddur.) İisus
Allahın oğlu, Allah olsa da, atasının dərgahına yollanana qədər insan həyatı