117
Milan təkcə
iri sənaye şəhəri deyil, həm də geniş dəmiryol qovşağıdır. 26
dəmiryolu xətti şəhərin mənzərəsinə xələl gətirməmək üçün ustalıqla
layihələşdirilmişdir. Bizi təəccübləndirən binalardan biri Sentrale (Centrale)
adlanan mərkəzi dəmiryol stansiyasının vağzal binası idi. Bu möhtəşəm binanın
ayrı-ayrı mərtəbələrində həm də mağazalar yerləşir. Perrona çıxmaq üçün xeyli
yuxarı qalxmalı olursan və burada qatarların gəlib-getməsi qarışqa yuvasını andırır.
Milandan Romaya və Venetsiyaya gedəndə qatar yolboyu tunellərdən
keçirdi. Yolun kənarında yaxşı becərilmiş üzüm plantasiyalarını və
düyü zəmilərini
görürdük. İtaliyanın şimalının ağ şərabı çox keyfiyyətlidir və əsasən fransız üzüm
sortlarından hazırlanır. Qədim romalılar şərabı yarıbayarı su qatmadan içmirdilər,
şərabı olduğu kimi içən qallara gülürdülər. İndi qalların vətəni olan Fransa və
İtaliyanın şimalı şərabçılıq mərkəzləri kimi tanınırlar.
Milandan Venetsiyaya gedərkən Şekspirin «Romeo və Cülyetta» pyesi
ilə məşhurlaşdırdığı Verona şəhərindən keçdik. Onu da qeyd edim ki, Londondan
vaxtilə qatarla Mançesterə gedərkən Eyvon üzərindəki Stratforddan da keçmişdim,
lakin Verona məndə daha incə hisslər oyatdı, Şekspirin vətəni isə elə bir təsir
gücünə malik deyildi. Beş əsr keçsə də, Cülyetta qanunçuluqda da
unudulmamışdır. İtalyan qızlarına 14 yaşında – Cülyettanın Romeoya vurulduğu
yaşda ərə getməyə icazə verilir. Qızlar burada bir qədər gec ərə getsələr də, köhnə
ənənə yaşamaqda davam edir.
Milan öz coğrafi mövqeyinə görə İtaliyanın mühüm iqtisadi mərkəzidir.
Cənuba tərəf bol suvarılan düzənliklərin inkişaf etmiş əkinçiliyi vardır, şimalda isə
aqrar sahə məhdud xarakter daşıyır. Geniş avtomobil və dəmir yolları şəbəkəsi
ətrafdakı zonalara, xüsusən şimala istiqamətlənir, şəhərin iqtisadi əhəmiyyətini və
genişlənməsinin potensialını artırır. Milanda ölkə əhalisinin 7 faizi yaşayır, onun
iqtisadi əhəmiyyəti isə iki dəfə yüksəkdir. Maşınqayırma sənayesi əhalinin xeyli
hissəsini işlə təmin edir.
İtaliyanın ən böyük topdansatış bazaları da Milandadır. Onların arasında
ən mühümü ixrac ticarətidir.
Milan həm də Avropanın moda mərkəzlərindən biridir. Burada görkəmli
dizaynerlər- kuteryelər çalışır. Şəhərdə hər il keçirilən moda həftəsi çox
məşhurdur. Burada təkcə yeni paltar modaları yox, həm də qadın fiqurasına
gözəllik verən yeni tufli nümunələri nümayiş etdirilir. Bütün dünyada tanınan
“Dolce & Gabbana” modalar evinin qərargahı da Milandadır.
Milan həm də idmanın təşkili və inkişafı sahəsində İtaliyanın aparıcı
mərkəzlərindən biridir. Şəhərin adını daşıyan «Milan» futbol komandası İtalyan
tiffoziləri ilə yanaşı, bu idmanın beynəlxalq azarkeşlərinə də yaxşı məlumdur. San
Siroda böyük cıdır arenası olan İppodromaya malikdir, bura Avropanın ən yaxşı
cıdırlarından biri hesab olunur. San Siroda həm də Mülki Arena deyilən özəl futbol
stadionu vardır. Qrand Prix dairəvi motor yarışı da beynəlxalq nüfuza malikdir.
118
Venetsiya – möcüzələr sərgisi
Venetsiyanın mahnılardan bizə tanış olan Santa Luçiya stansiyasında
qatardan düşüb, bərə-çay tramvayı ilə məşhur San Marko meydanına yola düşdük.
Bərə arxipelaqdan ötüb keçən Böyük kanalla (Canal Grande) hərəkət edirdi və
gözlərimiz qarşısında sehrli, nağılları andıran, sirlərlə dolu bir mənzərə açılırdı.
Şəhərdən dənizə deyil, sulardan şəhərin gözəlliklərinə tamaşa edirdik. Kanalın ən
dar hissəsində Venetsiyanın simvollarından biri olan Rialto körpüsü tikilmişdir və
o şəhərin ən məşhur körpüsüdür.
Qrand kanal. Rialto körpüsü
Su ilə quru torpaq, Avropa ilə Şərq, reallıqla fantaziya arasında gözəl və
müəmmalı Venetsiya uzanır. Dənizlə unikal qaydada birləşən şəhər
kimi Venetsiya
həm də Şimali İtaliyanın başlıca limanıdır.
Xüsusi rəng palitrası ilə fərqlənən və təkrar olunmayan xarakterli, su
nəqliyyatından başqa heç bir daşınma vasitəsi olmayan bu şəhər könülləri asanlıqla
fəth edir. Arxitektura üslublarının və gözəlliklərinin sərgisi rolunu oynayan
Venetsiyanın memarlığı ada landşaftından irəli gəlir, “kalle” adlanan kiçik su
küçələri özlərinin darlıqlarıı və dolambaclıqları ilə seçilir. Nyu-Yorkdan buraya
gələn bir yumorist vətəndəki dostuna belə bir teleqram göndərmişdi: «Küçələr su
ilə doludur, buyur, mənə məsləhət ver». Doğrudan da, adam qeyri-adi bir məkana
düşür və bu mənzərə təəccüb və heyranlıq doğurmaya bilməz. Bu kallelərin ağla
sığmayan şəkildə uzanması, asanlıqla aza bilinən labirinti xatırladır. Yaxşı ki,
Ariadna sapını yerli su nəqliyyatçıları təklif edirlər.
Şəhərin tarixi mərkəzi bir-biriylə çox sayda körpü və körpücüklərlə
birləşən, ancaq 118 qum adasında yerləşməklə, sıx tikilmiş köhnə evlərlə doludur.
Şəhərin binalarının arasında XV–XVIII əsrlərin çox saydakı sarayları seçilir, onlar
özünəməxsus Venetsiya üslubunda tikilmişlər, onlarda Şərqin təsiri aydın hiss
olunur. Burada əsrlər ərzində çox sayda üslublar bir-birini əvəz etmişdir: italyan,
ərəb, Bizans, qotika, Renessans, mannerist və barokko üslubları. Bu rəngarənglik
şəhərin mənzərəsinə digər amillərlə yanaşı, əlavə füsunkarlıq verir. Başqa faktorlar
da arxitektura ansamblının harmoniyasına kömək edir: küçənin, körpünün və