150
– Sənin şirin və qartalın millətin hansısa əcdadının izi ilə getməyə dözə
bilməz. Sənin böyük adamın «fərqlənmək üçün susuzluqdan yanır, alovlanır». Və
güman ki, o, buna nail olacaqdır. Lakin qulların azad olunması hesabına
və ya azad
adamları qula çevirmək hesabına. Mən çıxışımı da belə bir ümidlə bitirdim ki, biz
Corc Vaşinqtona qayıdacağıq və heç vaxt onun prinsiplərini pozmayacağıq. Mən
görəcəyəm ki, biz Respublikaçılarıq, sizin hamınız isə Demokratsınız. Mən
baniləri təqlid etməyə əks ola bilmərəm.
Sonra o, narazılıqla Duqlasa dedi:
– Eh, hakim! Belə də davam elə və sən, həqiqətən də, şirin nərə
çəkməsini eşidəcəksən.
Cənubun liderləri də başlanğıcda müharibə variantını gözləmirdilər.
Onlar fikirləşirdilər ki, ölkəni vətəndaş müharibəsinə deyil, Konstitusiya böhranına
gətirib çıxaracaqlar. Lakin Samterdə top atəşlərinin səsi eşidildikdə, bu atəşi
cənublular atmışdılar, yeni niyyətlər meydana çıxdı və coşan ehtiraslar bütün
ölkəni bürüdü.
11 ştat ayrıldıqda parçalanma prosesi dayandı. Konfederasiyanın qalan 4
qul ştatını – Delaveri, Merilendi, Kentukki və Missurini öz tərəfinə çəkmək
cəhdləri isə fayda vermədi.
Beləliklə, Şimal 23 ştatdan, Cənub isə 11 ştatdan ibarət olmaqla,
özlərinin yeni mövcudluğuna başladılar. Şimalın əhalisi 22 milyondan çox idi,
ayrılan ştatların əhalisi isə 9 milyon nəfərə qədər idi. Bir sıra amillər nəzərə
alındıqda Şimalın qalib gəlməsi ehtimalı daha böyük idi.
Fort Samterdəki atəş əvvəldən gözlənildiyi kimi, azad ştatların
ərazilərində vətənpərvərlik canlanması yaratdı. Şimalın bir müsbət cəhəti də onun
xarici əlaqələrinə əsaslanırdı. Böyük Avropa dövlətlərindən təkcə biri Cənubu
tanısaydı, Linkolnun elan etdiyi Cənub limanlarının blokadası bir andaca dağılardı.
Linkoln administrasiyası diplomatik işi məharətlə aparırdı.
Linkolnun ilkin niyyəti nə müharibə başlanmasına provokasiya etmək,
nə də sülhü dəstəkləmək idi. Birliyi qoruyub saxlamaq üçün o, hər şeyə hazır idi,
hətta sülhü qorumağa da şad olacaqdı. Lakin həm də yalnız qısa müddətdə davam
edəcəyini güman etdiyi müharibəni başlamağa da risk etməyə hazır idi. Cənub
limanlarının blokada olunmasını bəyan etməsi onun mühüm qətiyyətli
addımlarından biri idi. Bundan əvvəl isə qoşun toplamaq barədə ştat
qubernatorlarına çağırış etmişdi. O, strateji plana və orduya başçılıq etmək üçün
komanda sisteminə malik olmağa hələ də ehtiyac duyurdu.
General Skott ona bir neçə yaxşı məsləhət vermişdi. O, təklif etmişdi ki,
Virciniyadakı Konfederat qoşunları ilə döyüşə girilməsin, Missuri çayı üzərində
nəzarət ələ keçirilsin və Cənubu sıxışdırmaq üçün blokada daha da
möhkəmləndirilsin. Lakin Linkoln Skottun müqayisəli qaydada passiv və qan
tökülməməsini nəzərdə tutan «Anakonda» planına az etibar edirdi. O, başa düşürdü
ki, müharibə əgər qalib gəlmək üçün aparılırsa, aktiv vuruşmalardan keçməlidir.
Ona görə də Skottun ideyasına düzəliş edib, Virciniya cəbhəsində birbaşa
irəliləməyə göstəriş verdi, lakin onun niyyəti baş tutmadı, döyüş məğlubiyyətlə
151
nəticələndi, Federal qüvvələrin 21 iyul 1861-ci ildə Bull Randa (Öküz qaçışı)
darmadağın edilməsi ilə başa çatdı.
Ordunun müxtəlif yerlərdə irəliləməsi, yunionistləri dəstəkləmək və
onların köməyindən istifadə etmək barəsindəki planı ona əsaslanırdı ki, Şimal
sayca böyük qüvvəyə malikdir, düşmənin isə üstünlüyü qüvvələrini
mərkəzləşdirməkdə böyük bacarığa malik olması idi və bundan ilkin dövrlərdə
səmərəli istifadə edirdi. Şimal düşmənə artıq qüvvə ilə müxtəlif cəhətlərdən eyni
bir vaxtda təhlükə törətməli idi. Dəniz donanmasının blokadası ilə birlikdə bu,
Linkoln strategiyasının mahiyyətini təşkil edirdi.
Müharibə Prezidenti hərb elmini öyrənməyə məcbur etmişdi. O, demək
olar ki, hər gün Konqressin kitabxanasına
adam göndərir, oradan ona oxumaq üçün
lazım olan kitablar gətirilirdi. O, belə qərara gəlmişdi ki, müharibə heç də
siyasətdən fərqli deyildir. Bunu məhz məşhur alman hərb nəzəriyyəçisi Karl fon
Klauzevits demişdi: «Müharibə başqa vasitələrlə aparılan siyasətdir».
Ağ evin Kabinet otağında müşavirə gedirdi. Müdafiə naziri Kemeron
prezidentin sualına cavab verdi:
– Biz bütövlükdə orduda, müxtəlif məşq səviyyələrində 310 min adama
malikik, bu, dünyanın ən böyük ordusu deməkdir.
Əsgərlərin çoxu könüllülər idi və azacıq ixtisasa sahib olan zabitlər
onları dövrün həqiqi ordusuna çevirirdi.
Aprelin 19-u bədbəxtlikdən xəbər verən bir hadisə ilə əlamətdar oldu.
Fort Samterə açılan atəşdən sonra Vətəndaş müharibəsində ilk qan tökülməsi
müşahidə edildi. Prezident buna cavab olaraq, ayrılan ştatların blokadasını elan
etdi. Birləşmiş Ştatlar donanması taxta materialından düzəldilmiş 42 gəmi ilə 3
min mil uzunluğunda dəniz sahilini blokadaya aldı. Yeni prezident ya xəyalpərəst,
ya da ki, dahi idi. Axı müharibə başlamamışdan çox-çox əvvəl Cənub dünyanın
qalan hissəsindən təcrid edilmişdi. Belə bir əlaqəni yaratmaq cəhdinə isə Linkoln
indi keçilməz bir Çin səddi çəkmişdi.
Prezident həm də doğma ştatı olan Kentukkini Birlikdə saxlamaqdan
ötəri çox qayğılı idi və bu məsələyə o, xüsusi diqqət verirdi. Ştatın qubernatoru
ayrılmanın qatı tərəfdarı olsa da, əhali qəti şəkildə ayrılmanın əleyhinə idi.
Müharibənin başlanğıc dövrü Şimal üçün o qədər də uğurlu deyildi.
Müharibə isə öz işini görürdü. 1861-ci ilin qızğın döyüşləri meydana gəlirdi.
Riçmonda zərbə vurmaq cəhdi uğursuzluğa uğradığından, Şimal ordusu geri
çəkilməyə məcbur oldu.
Lakin orduya baş komandan seçkisi o qədər də uğurlu olmurdu. 1861-ci
ildən 1864-cü ilə kimi öz ideyalarını generallara ötürməkdə tərəddüd edən Linkoln
komandanın personalı və təşkilatlanması ilə eksperiment aparırdı. Bu müddətdə bir
neçə baş general dəyişdirilmişdi. O, ordu komandanlarından narazı qalırdı. 1861-ci
ilin noyabrında Skottun istefasını qəbul etdi. Bütün ordu üçün məsuliyyət Con
Makklellanın üzərinə qoyuldu. Bir neçə aydan sonra ləng tərpənməsinə
qəzəbləndiyindən, prezident onu yalnız Potomak ordusunun komandanlığına
endirdi. Prezident Linkoln, general Hellek və müdafiə naziri Edvin Stenton qeyri-
rəsmi müdafiə şurası kimi fəaliyyət göstərirdi. Hellek güman edirdi ki, Riçmondu