85
olunması yeni mədəni sintezin vacib şərtidir. Vahid ekoloji
mədəniyyətin yaradılması insanı və təbiəti birləşdirməyə,
daha dərin təfəkkürə əsaslanan yeni üsullar yaradılmasına
imkan verir.
Vahid ekoloji mədəniyyətin meyarı ekoloji etikanın
dəyərləri ilə şərtlənir. Ekoloji etika insanın insana, cəmiy-
yətə olan münasibətləri ilə yanaşı insanın bütövlükdə təbiətə
olan münasibətlərinin məcmusunu da özündə ehtiva edir.
Ekoloji etikanın mühüm prinsiplərindən biri təbii sərvətlə-
ri, ətraf mühit dəyərlərini, bütövlükdə təbii şəraiti gələcək
nəsillər üçün qoruyub saxlamaqdan ibarətdir. Bu baxımdan
ekoloji etikanın prinsipləri davamlı inkişafın bəzi prinsipləri
ilə üst-üstə düşür. Məsələn, davamlı inkişafın prinsiplərinə
uyğun gələn ekoloji etikanın aşağıdakı tələblərini buna misal
göstərmək olar:
– Gələcək nəsillərin mövcudluq imkanlarının məhv edil-
məsinə yönəlmiş
hərəkətlərdən imtina edilməsi;
– Ətraf mühit haqqında qərar qəbulunda gələcək nəsillər
qarşısındakı məsuliyyət hissinin
prioritet təşkil etməsi;
– İndiki nəsillərin mənafeyi naminə gələcək nəsillərin
mənafeyinin qurban verilməsinin yolverilməz olması və s.
Buradan göründüyü kimi, davamlı inkişaf konsepsiya-
sının mahiyyətinin əks olunduğu RİO bəyənnaməsinin –
«İnkişaf hüququ elə həyata keçirilməlidir ki, ətraf mühitin
saxlanılması və inkişafı indiki və gələcək nəslin tələbatının
ödənilməsini də nəzərdə tutmalıdır» – adlanan 3-cü prinsipi
ekoloji etikanın əsas tələbləri ilə üst-üstə düşür.
Qeyd etmək lazımdır ki, hər hansı bir cəmiyyətdə da-
vamlı inkişafa keçilməsində yeni şüurun formalaşması zəru-
ri şərtlərdən biridir. Ətraf mühitə münasibətdə yeni şüurun
formalaşması məqsədyönlü mədəni transformasiyanın əsa-
sını təşkil edə bilər. İnsanın hər hansı bir fəaliyyəti müəy-
yən əqidə, bilik və təcrübə əsasında şüurlu olaraq formalaş-
86
dırılır. Fərdi şüurun və ekoloji mədəniyyətin formalaşması
həmin fərdin davranışında, tələbatında dəyişiklik edir. Eyni
zamanda cəmiyyətin ekoloji şüurunun və mədəniyyətinin
formalaşması ictimai tələbatların, davranışların, onun forma
və səviyyələrinin ictimai şüurda dərk edilməsindən asılıdır.
Qlobal ekoloji problemlərin təsiri daha çox hiss olunduq-
ca (hazırda dünyanın müxtəlif bölgələrində baş verən təbii
fəlakətlər ,
istiləşmə, sel və daşqınların çoxalması və s.) eko-
loji şüurda cəmiyyətin və təbiətin davamlı inkişafına cəhd-
lərlə əlaqədar yeni prinsipial komponentlər meydana gəlir.
Daha doğrusu, ekoloji mədəniyyətə söykənən şüur təbii ob-
yektləri dünyanın dərk edilməsi kimi görür və onlara təbiət
sisteminin tərkib hissəsi kimi qorunub saxlanmaq mənasını
verir. İnsanların şüurunda davamlı inkişafa keçilməsinin zə-
ruriliyi də bununla şərtlənir.
Davamlı inkişafa keçilməsində sosial-humanitar aspekt-
lər mühüm rol oynayır. Sosial-humanitar aspektlərin əsas
mahiyyəti insana qayğının gücləndirilməsi və insanların fəa-
liyyət imkanlarının və başarıq potensiallarının artırılmasını
təmin etməkdən ibarətdir.
Son illərdə Respublikamızda insan inkişafına xidmət
edən sosial-humanitar aspektlərin yaxşılaşdırılması üçün
xeyli işlər görülmüş və müəyyən tədbirlər həyata keçirilmiş-
dir. Bu tədbirlərdən biri prezident İ.Əliyevin “2008-2015-ci
illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılma-
sı və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi
üzrə Tədbirlər Planı (2011-2015-ci illər) haqqında Sərən-
camın imzalanmasıdır. İctimai həyatın bütün sahələrində
irəliyə doğru ciddi dəyişikliyi nəzərdə tutan bu Tədbirlər
Planı özündə siyasi-iqtisadi, sosial-humanitar, mədəniyyət,
turizm, idman və digər bölmələrə aid sistemli və əhatəli la-
yihələrin həyata keçirilməsini əks etdirən strateji sənəd sa-
yıla bilər.