88
Davamlı inkişafa keçilməsində sosial-humanitar aspekt-
lərin mühüm əhəmiyyət kəsb etdiyini nəzərdə tutan respub-
likamızın rəhbərliyi daima bu sahəyə diqqəti artırmışdır. Son
illərdə Azərbaycandakı sosial-iqtisadi inkişafın nəticələrinə
əsaslanan Azərbaycan Respublikasının prezidenti İlham Əli-
yev bu haqda demişdir:
«Sosial sahədə qarşımızdakı və-
zifələr əhalinin rifah halını yaxşılaşdırmaq, aztəminatlı
təbəqənin sosial müda iəsini gücləndirmək, yoxsulluğu
bütövlükdə Azərbaycanda aradan qaldırmaqdır....Azər-
baycanda yoxsullar olmamalıdır. Bu sosial bəla olmama-
lıdır. Buna nail olmaq üçün konkret proqramlarımız, dü-
şünülmüş siyasət vardır. Son 7 il ərzində (2003-2010-cu
illər nəzərdə tutulur-H.S.) yoxsulluq səviyyəsinin 4 dəfə
aşağı düşməsi görülən işlərin nəticələrinin təzahürü-
dür.»(77)
Məlumdur ki, davamlı inkişafın əsas prinsiplərindən biri
–gələcək nəsillərin mənafeyinə toxunmadan indiki nəsillərin
tələbatının təmin edilməsidir. Davamlı inkişafın bu prinsipi-
ni əsas tutan prezidentimiz İ.Əliyev xalqımızın və ölkəmizin
gələcəyi haqda indidən ikirləşməyi, gələcək nəsillərin mə-
nafeyi haqda düşünməyi önə çəkərək bu haqda demişdir:
«Əlbəttə ki, biz gələcək haqqında ikirləşməliyik. Bax-
mayaraq ki, təbii resurslarımız belə demək olsa, ən azı
yüz il bizə yaxşı həyat təmin edəcəkdir. Ancaq ondan
sonra nə olacaq?! Əlbəttə bunu indidən proqnozlaşdır-
maq çətindir. Amma hər halda biz çalışmalıyıq, 10 il, 20
il, 50 il qabağa baxmalıyıq. Dünya necə inkişaf edəcək?!
Azərbaycan nəyin bahasına inkişaf edəcək?! Bölgədə və-
ziyyət necə olacaq ?! Demoqra ik vəziyyət necə olacaq?!
Biz bütün bu işləri bu gün hazırlamalıyıq.»(78)
Dövlət başçısının respublikamızın inkişafı haqqındakı
bu ikirləri ölkəmizin davamlı inkişafa keçilməsinin zəru-
riliyini göstərir. Eyni zamanda prezidentin gələcək inkişaf