Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə27/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

87
Qeyd edək ki, prezident İ.Əliyevin digər (28 iyun 2011-
ci il tarixli) Sərəncamı ilə bu Dövlət Proqramına bəzi dəyi-
şikliklər  edilmişdir.  Bu  dəyişikliklər  ölkəmizdə  son  illərdə 
sürətli iqtisadi inkişafın və sosial-humanitar sahədə aparı-
lan islahatların nəticəsi olaraq meydana çıxıb. Məhz bu re-
allıqları nəzərə alan dövlət başçısı yoxsulluğun azaldılması 
və davamlı inkişaf Dövlət Proqrqamında hazırkı şəraitin yeni 
tələblərinin öz əksini tapmasına qərar verib. Göstərmək la-
zımdır ki, həyata keçirilən tədbirlərə uyğun olaraq: 
–  Bakı  şəhərinin  və  onun  qəsəbələrinin  sosial-iqtisadi 
inkişafına dair; 
– Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair; 
– Dəmiryolu nəqliyyat sisteminin inkişafına və turizmin 
inkişafına dair; 
– Kosmik sənayenin yaradılması və inkişafına dair dövlət 
Proqramları.
Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə funda-
mental strateji tədbirlər yuxarıda göstərilən Dövlət Proqra-
mına əlavə edilmişdir. Bundan başqa, sığorta-pensiya siste-
mində  aparılan  islahatlara  aid,  kurortların  inkişafına  dair, 
eləcə  də  elm,  təhsil  və  mədəniyyətin  inkişafına  dair  proq-
ramlar da sözügedən strateji sənədin tərkib hissəsinə daxil 
olunub.
Ümumiyyətlə, son illərdə yoxsulluğun azaldılması və da-
vamlı  inkişa la  bağlı  ölkəmizdə  mühüm  nəticələr  əldə  olu-
nub. Belə ki, respublikamızda əgər 2001-ci ildə yoxsulluğun 
səviyyəsi 49% təşkil edirdisə, hazırda bu göstərici 7%-ə bə-
rabərdir. Dövlət Proqramında həyata keçirilməsi vacib olan 
tədbirlərdən biri-qeyri neft sektorunun aparıcı sahələrinin, 
xüsusilə də, informasiya-kommunikasiya texnologiyaları, sə-
naye, kənd təsərrüfatı və turizm bölmələrinin inkişafı üçün 
davamlı  investisiya  layihələrinin  həyata  keçirilməsindən 
ibarətdir.


88
Davamlı inkişafa keçilməsində sosial-humanitar aspekt-
lərin mühüm əhəmiyyət kəsb etdiyini nəzərdə tutan respub-
likamızın rəhbərliyi daima bu sahəyə diqqəti artırmışdır. Son 
illərdə Azərbaycandakı sosial-iqtisadi inkişafın nəticələrinə 
əsaslanan Azərbaycan Respublikasının prezidenti İlham Əli-
yev bu haqda demişdir: «Sosial sahədə qarşımızdakı və-
zifələr əhalinin rifah halını yaxşılaşdırmaq, aztəminatlı 
təbəqənin sosial müda iəsini gücləndirmək, yoxsulluğu 
bütövlükdə Azərbaycanda aradan qaldırmaqdır....Azər-
baycanda yoxsullar olmamalıdır. Bu sosial bəla olmama-
lıdır. Buna nail olmaq üçün konkret proqramlarımız, dü-
şünülmüş siyasət vardır. Son 7 il ərzində (2003-2010-cu 
illər nəzərdə tutulur-H.S.) yoxsulluq səviyyəsinin 4 dəfə 
aşağı düşməsi görülən işlərin nəticələrinin təzahürü-
dür.»(77)
Məlumdur ki, davamlı inkişafın əsas prinsiplərindən biri 
–gələcək nəsillərin mənafeyinə toxunmadan indiki nəsillərin 
tələbatının təmin edilməsidir. Davamlı inkişafın bu prinsipi-
ni əsas tutan prezidentimiz İ.Əliyev xalqımızın və ölkəmizin 
gələcəyi haqda indidən  ikirləşməyi, gələcək nəsillərin mə-
nafeyi  haqda  düşünməyi  önə  çəkərək  bu  haqda  demişdir: 
«Əlbəttə ki, biz gələcək haqqında  ikirləşməliyik. Bax-
mayaraq ki, təbii resurslarımız belə demək olsa, ən azı 
yüz il bizə yaxşı  həyat təmin edəcəkdir. Ancaq ondan 
sonra nə olacaq?! Əlbəttə bunu indidən proqnozlaşdır-
maq çətindir. Amma hər halda biz çalışmalıyıq, 10 il, 20 
il, 50 il qabağa baxmalıyıq. Dünya necə inkişaf edəcək?! 
Azərbaycan nəyin bahasına inkişaf edəcək?! Bölgədə və-
ziyyət necə olacaq ?! Demoqra ik vəziyyət necə olacaq?! 
Biz bütün bu işləri bu gün hazırlamalıyıq.»(78) 
Dövlət  başçısının  respublikamızın  inkişafı  haqqındakı 
bu  ikirləri  ölkəmizin  davamlı  inkişafa  keçilməsinin  zəru-
riliyini  göstərir.  Eyni  zamanda  prezidentin  gələcək  inkişaf 


89
haqqındakı müddəaları davamlı inkişafın təmin olunmasın-
da da dövlətin rolunun artırılmasını önə çəkir. 
Davamlı  insan  inkişafının  təmin  edilməsində,  o  cümlə-
dən insan amilinə diqqət yetirilməsində dövlətin rolundan 
bəhs edən akademik R.Mehdiyev bu haqda demişdir: «Tarixi 
proseslər göstərir ki, dövlət hələ ki, fərdlərin öz potensial-
larını  inkişaf  etdirməsi  üçün  yeganə  və  ən  optimal  institut 
olaraq qalır. Dövlətin müasir dövrün tələblərinə uyğun, uni-
versal  dəyərlər  əsasında  fəaliyyəti  bəşəriyyətin  inkişafını 
səciyyələndirir. Yer kürəsi hər birimizin, hər bir vətəndaşın 
ümumbəşəri xəzinəsi və sərvətidir. Ona görə də, dövlət ilk 
növbədə,  məhz  insan  amilinin  inkişafına  xidmət  etməli  və 
onun gələcəyini düşünməlidir.»(79)
Davamlı inkişafın sosial-humanitar tərə ləri beynəlxalq 
təşkilatların, o cümlədən BMT-nin də həmişə diqqət mərkə-
zində  olmuşdur.  Müstəqil  və  demokratik  dövlət  olan  Azər-
baycan  hakimiyyəti  də  BMT-nin  sosial-humanitar  prin-
siplərini  öz  fəaliyyətində  həmişə  nəzərə  almaqdadır  və 
dövlətimizin  həyata  keçirdiyi  tədbirlərdə  bu  fəaliyyətin  tə-
zahürünü görmək olar. Belə ki, 4 noyabr 2010-cu il tarixində 
Bakı şəhərində BMT İP-nın İnsan İnkişafı hesabatının təqdi-
mat  mərasimi  keçirilmişdir.  BMT  İP-nın  Azərbaycan  Prezi-
dent Administrasiyası ilə birgə keçirdikləri bu təqdimat mə-
rasimi – «Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan 
yolllar»  –  devizi  altında  təşkil  olunmuşdur.  Təqdimat  mə-
rasimində  beynəlxalq  təşkilatların,  hökumət  qurumlarının, 
Bakıda fəaliyyət göstərən diplomat korpuslarının, vətəndaş 
cəmiyyəti  institutlarının  nümayəndələri,  elm  adamları  və 
mediya nümayəndələri iştirak etmişlər.
Təqdimat mərasimində çıxış edənlər Davamlı İnsan İn-
kişafının öyrənilməsinin əhəmiyyəti, İnsan inkişafının göstə-
ricilərinə  yeni  yanaşmalar,  90-cı  ildən  sonra  İnsan  İnkişafı 
(İİ)  indeksində  baş  verən  dəyişikliklərə  toxunmuşlar.  Mə-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə