Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə28/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

90
lumdur ki, BMT İnkişaf Proqramının insan inkişafı haqqın-
dakı hesabatı ilk dəfə olaraq 1990-cı ildə hazırlanaraq dünya 
ictimaiyyətinə açıqlanmışdır. BMT-nin ilk hesabatı mərhum 
iqtisadçı alim Məhbud-ul-Haqqın rəhbərliyi ilə hazırlanmış-
dır və Məhbud-ul-Haqq hesabatın əsas devizi kimi – «Hər bir 
dövlətin həqiqi sərvəti – onun insanlarıdır» – prinsipini irəli 
sürmüşdür. Məhz Bakıda keçirilən bu tədbir BMT-nin ilk in-
san inkişafı hesabatının 20 illiyinə həsr olunmuşdur.
Qeyd  edək  90-cı  illərin  ortalarından  sonra  ölkəmizdə 
aparılan uğurlu sosial-iqtisadi islahatlar, 2003-cü ildən son-
ra  respublikamızda  ictimai  həyatın  bütün  sahələrində  baş 
verən irəliləyişlər ölkəmizdə insan inkişafı indeksinə müs-
bət təsir etmişdir. Bunu nəzərə alan BMT-nin Bakıdakı sabiq 
reüzident  nümayəndəsi  F.Akçura  təqdimat  mərasimindəki 
çıxışında demişdir: «İnsan İnkişafının orta illik tempinə görə 
Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il 
ərzində aparıcı dövlət olmuşdur. Azərbaycan bu istiqamətdə 
hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti – Çin və Hindis-
tanı da arxada qoymağa müvəffəq olmuşdur.»(80)
Qeyd  edək  ki,  davamlı  inkişafa  keçilməsinin  sosial-hu-
manitar  aspektləri  çoxcəhətli  olub  ictimai  həyatın  bir  çox 
sahələrini əhatə edir. Bu aspektlərdən biri cəmiyyətdə əha-
linin maddi rifah halının yaxşılaşdırılması, yoxsulluğun azal-
dılması,  yaşayış  üçün  insanların  həyat  key iyyətinin  yaxşı-
laşdırılmasıdır.  Əlbəttə,  bütün  dünya  ölkələrində  müxtəlif 
səviyyədə yoxsulluq mövcuddur. Davamlı inkişaf konsepsiya-
sında irəli sürülən yoxsulluq anlayışı təkcə maddi aspektləri 
əhatə etmir. Burada yoxsulluq anlayışı, həm də insanların sa-
vadlılıq və sağlamlıq dərəcəsi ilə əlaqədardır. Bu baxımdan 
insan  yoxsulluğu  anlayışı  maddi  tərə lərlə  yanaşı,  mənəvi 
yoxsulluğu, insanın şüur dərəcəsini, mədəni səviyyəsini də 
özündə  ehtiva  edir.  Yoxsulluq  dərəcəsi  müxtəlif  ölkələrdə 
BMT  tərə indən  irəli  sürülən  müəyyən  indikatorlar  vasitə-


91
silə qiymətləndirilir. Zaman keçdikcə ayrı-ayrı ölkələrin in-
kişaf səviyyəsinə uyğun olaraq yoxsulluq dərəcəsini qiymət-
ləndirən indikatorlar dəyişir.
Son illərdə respublikamızın sürətli sosial-iqtisadi inkişa-
fı nəticəsində ölkəmizdə yoxsulluğun səviyyəsi 7%-ə enmiş 
və  sosial-humanitar  sahədə  xeyli  irəliləyiş  baş  vermişdir. 
Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər dediklərimi-
zi bir daha sübut edir.
Azərbaycan  Respublikası  Prezidentinin  2008-ci  il  15 
sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 
«2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsul-
luğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»-nın 
həyata  keçirilməsi  üzrə  Tədbirlər  Planının  (2011-2015-ci 
illər) təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 
Prezidenti İ.Əliyev 28 iyun 2011-ci il tarixli sərəncam imza-
lanmışdır.
Bu  sərəncamdan  sonra  yoxsulluğun  azaldılması  və  da-
vamlı inkişaf Dövlət Proqramında yeni dəyişikliklərin edil-
məsi ilə bağlı zərurət yaranmışdır. Dövlət Proqramında yeni 
dəyişikliklərin edilməsi ölkəmizdə sosial-iqtisadi və mədəni 
sahədə baş verən sürətli inkişa la əlaqədar olmuşdur.
Prezidentin bu sərəncamı 2008-2015-ci illərdə Respub-
likamızda  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Döv-
lət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 
ikinci  mərhələsinin  (2011-2015-ci  illər)  işə  başlamasında 
start rolu oynayır. Birinci mərhələdə (2008-2011-ci illərdə) 
respublikamızın davamlı inkişafa keçməsi prosesində sosi-
al-iqtisadi amillər əsas yer tuturdusa, 2-ci mərhələdə (2011-
2015-ci illərdə) sosial-humanitar və sosiomədəni aspektlər 
mühüm əhəmiyyət kəsb edir. Bunu yoxsulluğun azaldılması 
və  davamlı  inkişaf  Dövlət  Proqramınının  həyata  keçirilmə-
si üzrə 2011-2015-ci illər üçün nəzərdə tutulmuş Tədbirlər 
Planında irəli sürülən kompleks tədbirlərin siyahısından da 


92
aydın görmək olar. (81)
Tədbirlər Planında sosial-humanitar aspektlər çoxşahəli 
olmaqla yanaşı, həm də onların həyata keçirilməsində mə-
sul  olan  icraçı  təşkilatların  adları  və  icra  müddəti  konkret 
göstərilmişdir. Tədbirlər Planında sosial-humanitar aspekt-
lər, əsasən, «İnsan kapitalının inkişafı və sosial tərəqqi», ad-
lanan 3-cü bölmədə öz ifadəsini tapmışdır. 
Bu bölməyə:
-3.1. Təhsil;
-3.2. Səhiyyə;
-3.3. Ətraf mühitin davamlı idarə olunması;
-3.4. Mədəniyyət 
-3.5. Gender siyasəti
-3.6. Uşaq və gənclər siyasəti və s. sosiomədəni məsələlər 
daxil edilmişdir.
Bu bölmədə mədəniyyət, gender, uşaq və gənclər siyasə-
ti ilə bağlı həyata keçiriləcək tədbirlər daha çox diqqəti cəlb 
edir ki, bunlar da davamlı insan inkişafının təmin edilməsinə 
xidmət edir. 2011-2015-ci illərdə mədəniyyətlə bağlı həya-
ta  keçirilməsi  nəzərdə  tutulan  tədbirlər  planına  aşağıdakı 
məsələlər daxil edilmişdir:
– Xalq tətbiqi sənətinin qorunması məqsədilə Bakı şəhə-
rində və regionlarda mövcud olan mədəniyyət evlərinin nəz-
dində  xalq  tətbiqi  sənəti  emalatxanalarının  yaradılmasının 
dəstəklənməsi; 
– Mədəni turizm obyektləri kimi istifadəsi nəzərdə tutu-
lan mədəniyyət obyektlərinin siyahısının və mədəni turizm 
marşrutlarının tərtib edilməsi;
– Tarix və mədəniyyət abidələri ətrafında yaşayan icma-
ların  bu  abidələrin  qorunması  işinə  cəlb  edilməsi  və  onlar 
üçün gəlir əldə etmək imkanlarının yaradılması;
– Ölkə üzrə şəhər (rayon), mərkəzi və digər kütləvi ki-
tabxanaların  internetə  çıxışının  təmin  edilməsi,  kitabxana-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə