Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə31/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

99
nin islam mədəniyyətinə marağını artırır, dinlərarası və mə-
dəniyyətlərarası dialoqun inkişafına müsbət təsir göstərir.
2009-cu il noyabrın 11-də Bakı şəhərində İKT-nin 40 il-
liyinə həsr edilmiş «Sivilizasiyalararası dialoq: Azərbaycan-
dan  baxış»  mövzusunda  beynəlxalq  konfrans  keçirilmişdir.
(85) Azərbaycan Diplomatik Akademiyası (ADA) və İKT-nin 
Baş katibliyi ilə birgə təşkil edilmiş bu konfransda 41 ölkədən 
və 3 beynəlxalq təşkilatdan 200-dək elm xadimi, respublika-
mızda  akkreditə  olunmuş  diplomatik  korpusun  nümayən-
dələri və s. qonaqlar iştirak etmişlər. Beynəlxalq Konfransda 
ADA-nın rektoru professor H.Paşayev, İKT-nin Baş katibi Ek-
məlləddin İhsanoğlu, Qafqaz Müsəlmanları İdarəsinin sədri, 
şeyxülislam  Allahşükür  Paşazadə,  Respublikamızın  Xarici 
İşlər Naziri Elmar Məmmədyarov və başqaları çıxış edərək 
sivilizasiyalararası və dinlərarası dialoqun qlobal əhəmiyyət 
daşımasından, İKT-nin bu sahədəki fəaliyyətindən, Azərbay-
canın  dinlərarası  dialoqa  töhfəsindən  bəhs  etmişlər.  Çıxış 
edənlər  1  milyarddan  çox  müsəlmanı  və  54  ölkəni  əhatə 
edən  İKT-nin  insan  hüquqlarının  qorunması  uğrunda  mü-
barizə  apardığını,  dünyada  sosial-siyasi  ədalətsizliyə  son 
qoymaq istiqamətində böyük işlər gördüyünü, sivilizasiyalar 
arasında dialoqun inkişaf etdirilməsi sahəsində geniş fəaliy-
yət  göstərdiyini  qeyd  etmişlər.  Beynəlxalq  konfransda  mə-
dəniyyətlərarası  və  dinlərarası  dialoqun  qarşılaşdığı  prob-
lemlər, dini və mədəni müxtəli lik, bu sahədə Azərbaycanın 
təcrübəsi və s. sahələrdə elmi müzakirələr aparılmışdır.
Konfransda çıxış edənlərin əksəriyyəti belə qənaətə gəl-
mişlər ki, Avrasiyada xüsusi geosiyasi mövqe tutan, bir neçə 
mədəniyyətlərin qovuşuğunda yerləşən və öz tolerantlığı ilə 
seçilən Azərbaycan Respublikası sivilizasiyalararası dialoq-
da  nümunə  ola  bilər.  Məsələn,  QMİ-nin  sədri,  şeyxülislam 
Allahşükür Paşazadə öz çıxışında bildirmişdir ki, humanist 
islam  dəyərləri  və  zəngin  ənənələrimizdən  formalaşan  na-


100
dir  Azərbaycan  modeli  müasir  dünya  üçün  qiymətli  örnək 
ola  bilər.  Konfransda  A.Paşazadənin  bu  ikrini  dəstəkləyən 
İKT-nin Baş Katibi E.İhsanoğlu Azərbaycanın böyük Siviliza-
siyalar  arasında  əməkdaşlıq  sahəsində  simvola  çevrildiyini 
vurğulayaraq  bildirmişdir  ki,  bu  amil  ölkəmizin  yerləşdiyi 
coğra i məkan, həm də burada müxtəlif mədəniyyətlərin qo-
vuşması ilə əlaqədardır.(86)
Azərbaycanın  mədəni  həyatında  mühüm  rol  oynayan 
tədbirlərdən  biri  də  20-25  mart  (2009)  tarixində  Bakıda 
Beynəlxalq  Muğam  Mərkəzində  keçirilən  «Muğam  aləmi» 
Beynəlxalq festivalı olmuşdur. YUNESKO-nun və İSESKO-nun 
xoşməramlı sə iri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 
keçirilən  Muğam  festivalında  Azərbaycan  ilə  yanaşı,  ABŞ, 
Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, 
İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunmuşdur. 
Beynəlxalq  Muğam  festivalının  rəsmi  açılış  mərasimində 
Azərbaycan  Respublikasının  prezidenti  İ.Əliyevin,  YUNES-
KO-nun  xoşməramlı  sə iri  M.Əliyevanın,  YUNESKO-nun  sa-
biq baş direktoru Koişiro Matsuura və digər yüksək səviyyəli 
xarici  qonaqların  iştirak  etməsini  Azərbaycan  mədəniyyə-
tinə göstərilən yüksək diqqətin bariz nümunəsi kimi qiymət-
ləndirmək olar.
Beynəlxalq  festivalın  rəsmi  açılış  mərasimində  çıxış 
edən prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyə-
tində  muğam  sənətinin  rolundan,  xalqımızın  muğam  sənə-
tinə sevgisindən bəhs edərək demişdir: «Muğam Azərbay-
canın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu 
gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində 
saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün 
də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim 
görkəmli muğam ustalarımız öz məharətini, öz biliklə-
rini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq 
keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm 


101
rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbay-
cansız təsəvvür etmək mümkün deyildir. Təsadü i deyil 
ki, birinci Beynəlxalq Muğam festivalı  məhz Azərbay-
canda, bu gözəl Muğam Mərkəzində keçirilir.» (87) 
Rəsmi mərasimdə iştirak edən YUNESKO-nun sabiq baş 
direktoru K.Matsuura Azərbaycan xalqının zəngin mədəniy-
yətə malik olduğunu vurğulayaraq, ölkəmizdə mədəni irsin 
qorunmasında prezident İlham Əliyevin və Mehriban xanım 
Əliyevanın xüsusi rol oynadığını diqqətə çəkərək demişdir: 
«Azərbaycana səfərlərim zamanı mən bir daha şahid oldum 
ki, prezident Əliyev, xanım Əliyeva Qeyri-Maddi İrsin qorun-
masına xüsusi diqqət yetirirlər. Azərbaycan xalqının mənəvi 
dəyərlərinin yaşanmasına böyük qayğı göstərirlər. Mən buna 
görə, prezident Əliyevə və birinci xanım Əliyevaya öz dərin 
minnətdarlığımı bildirirəm. Mən dəfələrlə ölkənizə səfər et-
dikdə sizin zəngin mədəniyyətinizin şahidi olmuşam, burada 
musiqinizi dinləmişəm, rəqslərinizi görmüşəm. Bütün bun-
lar qeyri-mədəni irsin tərkib hissələridir.»(88)
Buradan  göründüyü  kimi,  YUNESKO-nun  sabiq  baş  di-
rektoru  K.Matsuura  Azərbaycan  xalqının  zəngin  mədəniy-
yətə malik olduğunu bildirməklə, həm də xalqımızın mədəni 
irsinin qorunmasında prezident İlham Əliyevin və Mehriban 
xanım Əliyevanın fəaliyyətini yüksək dəyərləndirmişdir. Bu 
baxımdan  istər  Azərbaycan  muğam  sənətinin,  istərsə  də 
xalqımızın aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədə-
ni irsin qorunduğu şah əsərlərin siyahısına daxil edilməsin-
də Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın 
bu sahədə göstərdikləri təşəbbüs və səyləri xüsusi qeyd et-
mək lazımdır.
Məlumdur ki H.Əliyev fondu muğam sənətinin qorunub 
saxlanılması və inkişaf etdirilərək dünyaya tanıdılması sahə-
sində çox böyük işlər görmüşdür. Hələ 2005-ci ildə H.Əliyev 
Fondu tərə indən həyata keçirilən «Azərbaycan muğamları» 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə