Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə30/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

96
inteqrasiya  edilməsində  böyük  işlər  görülmüş,  bu  sahədə 
respublikamızda bir çox dövlət proqramları hazırlanmış və 
çoxsaylı tədbirlər həyata keçirilmişdir. Son illər hazırlanmış 
bir çox proqramlarda mədəniyyət sahəsində dövlət siyasəti-
nin strateji istiqamətləri öz ifadəsini tapmışdır. 
Bu proqramlarda mədəniyyət sahəsində dövlət siyasəti-
nin strateji məqsədlərinin həyata keçirilməsi əsas prioritet 
təşkil edir. Bu məqsədlər ölkənin mədəni potensialının, mə-
dəni irs, mədəniyyət sərvətləri və milli adət-ənənələrimizin 
qorunub  saxlanılması  və  inkişaf  etdirilməsindən  ibarətdir. 
Bu  baxımdan  2009-2013-cü  illəri  əhatə  edən  regionların 
sosial-iqtisadi inkişafı ilə əlaqədar olan Dövlət Proqramında 
aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş-
dur:
1.  Regionlararası mədəni əlaqələrin möhkəmləndirilmə-
si, milli mədəniyyətin ümumdünya mədəni proseslərinə in-
teqrasiyası;
2.  Azərbaycan Respublikasının mədəni irsinin qorunma-
sı nın  təmin  edilməsi,  o  cümlədən  daşınar  mədəniyyət  sər-
vətlərinin, muzey fondlarının sayının artırılması;
3.  Ölkənin  tarixi-mədəni  irsinin  və  mədəni  potensialı-
nın qorunması və bu məqsədlə muzey işi sahəsində sistemli 
islahatların aparılması;
4.  Kitabxana fondlarında müasir komplektləşdirmə me-
xa nizminin yaradılması, kitabxanaların informasiya təminatı 
və ölkə üzrə kitabxana-informasiya kompyuter şəbəkəsinin 
yaradılması və inkişafı;
5.  Mədəniyyət obyektləri və digər sahə təşkilatları ara-
sında əməkdaşlıq və kooperasiya sisteminin yaradılması;
Yuxarıda göstərilən bütün bu tədbirlərin həyata keçiril-
məsi regionların sosial-iqtisadi inkişafı kontekstində mədə-
niyyətin inkişafına təkan verəcəkdir.
Qeyd edək ki, 2009-cu il Azərbaycan mədəniyyəti üçün 


97
çox  uğurlu  olmuşdur.  Bu  baxımdan  2009-cu  ildə  Bakının 
İs lam  mədəniyyətinin  paytaxtı  elan  edilməsi  və  İslam  mə-
dəniyyəti  ilə  bağlı  100-ə  yaxın  tədbirin  həyata  keçirilməsi 
Azərbaycan mədəniyyətinin İslam dünyasına inteqrasiyasın-
da müəyyən rol oynamış və xalqımızın mədəniyyətinin daha 
da zənginləşməsinə xidmət etmişdir.
Şərq və Qərb mədəniyyətinin qovşağında yerləşən Azər-
baycan Respublikası eyni zamanda, Qərb ölkələri ilə də mə-
dəni  əlqalərin  genişləndirilməsi  sahəsində  xeyli  mühüm 
tədbirlər həyata keçirmişdir. Bu baxımdan 2009-cu ildə Av-
ropanın bir neçə ölkəsində Azərbaycan mədəniyyəti günləri 
keçirilmiş,  xüsusən,  İsveçrədə  Azərbaycan  mədəniyyətinə 
həsr edilmiş 100 günlük mədəni tədbirlər silsiləsi həyata ke-
çirilmişdir. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  2009-cu  ilin  Azərbaycan 
mədəniyyəti üçün uğurlu olması Bakının İslam Mədəniyyə-
tinin Paytaxtı elan edilməsi ilə əlaqədar olmuşdur. Bu bey-
nəlxalq proqram çərçivəsində il boyu həyata keçirilən çox-
saylı tədbirlər Azərbaycanın islami dəyərlərə bağlı olduğunu, 
tarix boyu bu dəyərləri qoruyub saxladığını və ona ehtiramla 
yanaşdığını bir daha təsdiq etdi. Bütün bunlar respublikamı-
zın tarixində ən böyük mədəniyyət hadisəsi olmaqla, ölkə-
mizin İslam dünyasına inteqrasiyası sahəsində yeni dövrün 
başlanğıcını qoydu.
İndi isə «İslam Mədəniyyətinin Paytaxtları» Beynəlxalq 
Proqramının yaranması və mahiyyətini oxucuların nəzərinə 
çatdırmaq istərdik. 
İslam  Konfransı  Təşkilatı  tərə indən  həyata  keçirilən 
və  2005-2014-ci  illəri  əhatə  edən  «İslam  Mədəniyyətinin 
Paytaxtları»  Proqramı  ilk  dəfə  İslam  ölkələri  mədəniyyət 
nazirlərinin 2004-cü ildə Əlcəzairdə keçirilən IV İslam Kon-
fransında təsdiq edilmişdir. Bu Proqram çərçivəsində həya-
ta keçirilən layihədə Şərq regionundan hər il bir müsəlman 


98
ölkəsinin  şəhəri  İslam  Mədəniyyətinin  Paytaxtı  elan  olu-
nur  və  həmin  şəhərin  İslam  sivilizasiyasındakı  rolu  geniş 
və hərtərə li təbliğ edilir. Proqramdakı prinsipə görə, İslam 
mədəniyyətinin Paytaxtı statusunu alan şəhərin həm İslam, 
həm də dünya mədəniyyətində, elm, ədəbiyyat və incəsənət 
sahəsindəki  töhfələrinə  görə  xüsusi  yeri  olmalı,  zəngin  və 
qədim  əlyazmaları  qorunan  kitabxanalara,eyni  zamanda 
beynəlxalq  mədəni  tədbirlərin  keçirilməsi  üçün  müva iq 
mədəniyyət potensialına və zəngin tarixi keçmişə malik ol-
malıdır. 
Beləliklə,  yuxarıda  deyilən  şərtlər  nəzərə  alınmaqla 
İslam  Mədəniyyətinin  Paytaxtı  statusu  2005-ci  ildə  təyin 
edilmiş və bu statusa ilk dəfə (2005) Məkkə şəhəri layiq gö-
rülmüşdür. Qeyd etmək lazımdır ki, son illərdə hər il Asiya, 
Afrika  qitəsində  yerləşən  müsəlman  ölkələrindən  və  Ərəb 
dünyasından seçilmiş bir neçə (3-4) şəhərlər bu statusa la-
yiq görülür. Məsələn, 2005-ci ildən sonra İslam Mədəniyyə-
tinin Paytaxtı adına layiq görülən şəhərlər aşağıdakılardır:
1. 
2006-ci ildə: İsfahan (İran), Hələb (Suriya), Timbukti 
(Mali);
2. 
2007-ci  ildə:  Daşkənd  (Özbəkistan),  Fes  (Mərakeş), 
Tripoli (Liviya), Dəkkə (Seneqal);
3. 
2008-ci  ildə:  Dəməşq  (Suriya),  Lahor  (Pakistan),  İs-
gəndəriyyə (Misir), Çibuti (Çibuti);
4. 
2009-cu ildə: Bakı (Azərbaycan), Kuala-Lumpur (Ma-
laziya), Nçamena (Çad), Kayruan (Tunis).
 
(84,s.10-12)
Göstərmək  lazımdır  ki,  İslam  Mədəniyyətinin  Paytaxtı 
adına layiq görülən şəhərlərdə «İslam Mədəniyyətinin Pay-
taxtları» Proqramı çərçivəsində bir il ərzində keçirilən təd-
birlər islam ölkələrinin siyasi-iqtisadi cəhətdən yaxınlaşma-
sına təsir etməklə yanaşı, tədbirlərdə iştirak edən ölkələrin 
mədəniyyətlərinin zənginləşməsinə də müsbət təsir göstə-
rir. Bundan başqa bu cür tədbirlər qeyri-müsəlman ölkələri-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə