Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

93
larda avtomatlaşdırılmış informasiya – axtarış sistemlərinin 
yaradılması,  eləcə  də  kitab  fondlarının  konservasiyası  və 
bərpa edilməsi;
– Yaşlı və gənc nəsil yazıçılarının, rəssamlarının və bəstə-
karlarının  xüsusi  təqaüd  fondunun  maliyyələşdirilməsinin 
davam etdirilməsi.
Qeyd  edək  ki,  Azərbaycan  Respublikasının  prezidenti 
İ.Əliyevin 28 iyun 2011-ci il sərəncamına görə «2008-2015-
ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldıl-
ması və davamlı inkişaf Dövlət Proqramı»nda sosial-huma-
nitar sahədə edilən dəyişikliklər aşağıdakılardan ibarətdir:

Azərbaycan Respublikasında kurortların inkişafı üzrə 
Dövlət Proqramı (2009-2018); 

Azərbaycan Respublikasının ali təhsil sistemində is-
lahatlar üzrə Dövlət Proqramı (2009-2013). 

Dövlət Proqramında “Təhsil”hissəsindən sonra aşağı-
dakı məzmunda «Elm və mədəniyyət» hissəsi əlavə edilmiş-
dir. Bunlar aşağıdakılardır:

Azərbaycan Respublikasında elmin inkişafı üzrə Mil-
li  strategiya  və  Azərbaycan  Respublikasında  elmin  inkişafı 
üzrə  Milli  Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı  Dövlət 
Proqramı (2009-2015);

Azərbaycan teatrı Dövlət Proqramı (2009-2019);

Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqra-
mı (2008-2018);

Azərbaycan  Respublikasında  rabitə  və  informasiya 
texnologiyalarının  inkişafı  üzrə  Dövlət  Proqramı  (Elektron 
Azərbaycan) (2010-2012);

 Azərbaycan Respublikasında kitabxana-informasiya 
sahəsinin inkişafı üzrə Dövlət Proqramı (2008-2013); (82).
Prezidentin bu sərəncamı bir daha göstərirdi ki, respub-
likamızın davamlı inkişafa keçilməsində mədəniyyətin insan 
həyatındakı  rolu  günü-gündən  artmaqdadır  və  insanların 


94
maddi rifahının artması onların mədəniyyətlə bağlı tələbat-
larının genişlənməsinə də təsir göstərir.
Azərbaycanda  davamlı  inkişafa  keçidin  sosial-humani-
tar  istiqamətlərindən  biri  də  ölkəmizdə  gender  bərabərli-
yinin təmin edilməsidir. Son illərdə gender tədqiqatları bir 
çox  elmlərin  diqqət  mərkəzinə  çevrilmişdir.  Artıq  gender 
bərabərliyi  məsələsi  beynəlxalq  hüququn  inkişafının  əsas 
atributlarından olub, beynəlxalq təşkilatların sənədlərində, 
ümumdünya konfrans və simpoziumlarının materiallarında 
öz əksini tapmışdır. 
Dünyanın sivil ölkələrində olduğu kimi respublikamızda 
da gender tədqiqatları XX əsrin 90-cı illərinin ortalarından 
genişlənməyə başlanmışdır.
Ümummilli  lider  H.Əliyevin  6  mart  2000-ci  il  tarixli 
«Azərbaycan Resapublikasında Dövlət Qadın siyasətinin hə-
yata keçirilməsi haqqında» fərmanı ölkəmizdə gender təd-
qiqatlarının genişlənməsinə ciddi təkan vermişdir. Fərman-
da davamlı inkişaf və gender bərabərliyi ilə bağlı beynəlxalq 
sənədlərdə irəli sürülən əsas prinsipləri rəhbər tutaraq qa-
dınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qadınla-
rın  hüquqlarının  müda iəsinin  gücləndirilməsi  məqsədi  ilə 
Azərbaycan  Respublikasının  qanunlarında  dəyişikliklər  və 
əlavələr edilməsi üçün təkli lər verilməsi haqqında tapşırıq-
lar verilmişdir.
Ölkəmizdə  gender  problemlərinin  araşdırılmasında 
institusional  sahədə  də  bəzi  tədbirlər  həyata  keçirilmişdir. 
Belə  ki,  1998-ci  il  yanvarın  14-də  «Azərbaycanda  qadınla-
rın rolunun artırılması haqqında» respublika prezidentinin 
sərəncamına əsasən, Qadın Problemləri üzrə Dövlət Komitə-
si yaradılmışdır. Sərəncama əsasən, Nazirlər Kabinetinə tap-
şırılmışdır  ki,  ölkənin  siyasi,  iqtisadi  və  mədəni  həyatında 
qadınların  rolunun  artırılması  məqsədilə  müva iq  təkli lər 
işləyib hazırlansın. Bundan sonra 1998-ci ilin sentyabr ayın-


95
da müstəqil Azərbaycan Respublikasında ilk dəfə Respublika 
qadınlarının birinci qurultayı keçirilmişdir (83,s.55). 
Ümumiyyətlə, araşdırmalar göstərir ki, son illərdə ölkə-
mizin  sosial-iqtisadi  inkişafı  yüksəldikcə  cəmiyyətdə  sosi-
al-humanitar sahələrə dövlətin qayğısı da artmaqdadır.
3.3.Davamlı inkişaf və mədəniyyət
Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan na-
dir ölkələrdən biridir. Burada həyat çox erkən ya-
ranmışdır və Azıx mağarasında tapılmış Azıxantrop 
Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən 
biri olmasını sübut edir. Qobustandakı və Gəlinqaya-
dakı qayaüstü təsvirlər, petroqli lər Kür-Araz, Xoca-
lı  mədəniyyət nümunələri, kurqan tapıntıları sübut 
edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azər-
baycanda inkişaf etmiş  mədəniyyət mövcud olmuş-
dur.
Heydər Əliyev
Buradan  göründüyü  kimi,  ulu  öndər  Heydər  Əliyev  ar-
xeo loji  və  etnoqra ik  faktlar  əsasında  Azərbaycanın  qədim 
tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd etmək-
lə, Azərbaycanın «bəşəriyyətin beşiyi olan nadir ölkələrdən 
biri» olduğunu vurğulamışdır.
Bu  ikri ölkəmizə gələn əcnəbilər də zaman-zaman etiraf 
etmiş və xalqımızın yaratdığı maddi-mənəvi mədəniyyət nü-
munələrinə heyran olmuşlar. Azərbaycanın bir çox mədəniy-
yət nümunələri hazırda dünya muzeylərini bəzəməkdədir. 
Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyə-
tinin inkişaf istiqamətləri zənginləşmiş və çoxşaxəli olmuş-
dur.  Belə  ki,  son  illərdə  mədəniyyətimizdə  həm  milli  irsin 
qorunub  saxlanılması,  həm  də  onun  dünya  mədəniyyətinə 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə