Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə25/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

81
Məsələn,  2009-cu  il  yanvarın  26-27-də  Macarıstanın 
paytaxtı  Budapeşt  şəhərində  NABUKKO  layihəsinə  dair 
Sammittdəki çıxışında prezident İ.Əliyev Azərbaycanın qlo-
ballaşmada fəal iştirakını vurğulayaraq bu haqda demişdir: 
“Azərbaycan regionun və Avropanın enerji təhlükəsizli-
yində öz rolunu oynayır. Son illər ərzində başladığımız 
və  uğurla həyata keçirdiyimiz layihələr regionda artıq 
yeni vəziyyət yaradıbdır. Dünyada ilk dəfə olaraq, Xəzə-
rin enerji siyasəti ölkəmiz, xalqımız, qonşularımız və 
bütöv region üçün artıq böyük fayda verir.”(71)
Qloballaşma prosesində fəal iştirak edən və bu prosesə 
öz  töhfəsini  verən  Azərbaycan  qlobal  enerji  layihələrinin 
səmərəli əməkdaşlığa xidmət etməsinin tərəfdarıdır. Dünya 
ölkələri ilə səmərəli əməkdaşlığa və bərabər tərəfdaşlığa üs-
tünlük verən Azərbaycan Respublikası bu  ikrini beynəlxalq 
toplantılarda dəfələrlə bəyan etmişdir. NABUKKO layihəsinə 
dair Sammitdə öz çıxışının sonunda prezident İlham Əliyev 
bu haqda demişdir: “NABUKKO-dakı iştirakımıza gəldik-
də, əlbəttə ki, əməkdaşlığımızın əlavə aspektlərini gör-
mək istərdik. Biz maliyyə dəstəyinə ehtiyac duymuruq 
və özümüzü təmin edən ölkəyik. Bizə  sıx inteqrasiya
Avropa İttifaqı ilə daha çox proqramlar, birgə səylər nə-
ticəsində həll olunan məsələlər və səmərəli tərəfdaşlıq 
lazımdır. Bütün bunlar üçün yaxşı əsaslar var. Əminəm 
ki, enerji layihələri bu tərəfdaşlığı gücləndirəcəkdir. Bi-
zim enerji siyasətimiz və fəlsəfəmiz ondan ibarətdir ki, 
enerji məsələləri xalqları ayırmalı deyil, birləşdirməli-
dir.”(72)
Qloballaşmanı  təkcə,  siyasi  və  sosial-iqtisadi  proseslə 
xarakterizə etmək düzgün deyil. Tədqiqatçılar Qloballaşma-
nın cəmiyyətin bütün sahələrini, o cümlədən mədəniyyətin 
sahəsini  də  əhatə  etdiyini  göstərirlər.  Məsələn,  akademik 
R.Mehdiyevin  haqlı  olaraq  qeyd  etdiyi  kimi:  “Qloballaşma 
heç də təkcə, iqtisadi fenomen, fərdin həyat şəraitini yaxşı-


82
laşdırmaq və informasiyadan istifadənin və onun ötürülmə-
sinin  yeni  yollarını  yaratmaq  demək  deyildir.  Qloballaşma 
cəmiyyət  həyatının  bütün  sahələrini,  o  cümlədən  sosial-si-
yasi aspektini əhatə edən çoxsəpkili prosesdir. O, milli sosi-
al-iqtisadi qurumları vahid dünya iqtisadi və ictimai sistemi 
ilə qarşılıqlı sürətdə bağlayan ümumdünya hadisəsidir.”(73)
Qloballaşma dövründə mədəni müxtəli liyin – multikul-
turalizmin  qorunub  saxlanılmasının  vacibliyini  göstərmək 
üçün qeyd etmək lazımdır ki, bəşəriyyətin fundamental mə-
dəni sərvəti onun müxtəli liyindədir. Fərqli mədəniyyətlərin 
mövcudluğunun  qorunması,  mədəni  müxtəli liyin  zənginli-
yini dərk etmək, qarşılıqlı inam və anlaşma şəraitində mə-
dəni əməkdaşlığa hörmətlə yanaşma, qloballaşma dövründə 
mədəniyyətlər və dinlərarası dialoqun davam etdirilməsinə 
zəmin yaradır. Mədəni müxtəli liyin tanınması ilə bağlı BMT 
Konvensiyasına qoşulan Azərbaycan Respublikası mədəniy-
yətlərarası  dialoqun  zəruriliyini  dərk  edərək  Şərq  və  Qərb 
ölkələri arasında mədəni əməkdaşlığın genişləndirilməsinə 
rəvac verməkdədir.
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
müasir  qloballaşma  dövründə  milli-mənəvi  dəyərlərin  qo-
runması  məsələsinə  də  ciddi  diqqət  yetirilməsini  irəli  sü-
rürdü. Dünyəvi dövlət olan Azərbaycanın beynəlxalq aləmə 
inteqrasiyasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən 
prezident qloballaşma prosesində milli və dini dəyərlərimi-
zin  yad  təsirlərdən  qorunmasının  da  indiki  şəraitdə  vacib 
məsələ  olduğunu  önə  çəkərək  bu  haqda  demişdir:  “Azər-
baycan müasir, müasirləşən, dünya birliyinə sürətlə qo-
vuşan ölkədir. Baxmayaraq ki, bizim dini, milli ənənələ-
rimiz çox güclüdür. Azərbaycan dünyəvi dövlətdir. Təbii 
ki, qloballaşma prosesləri bizdən də yan keçə bilməz. 
Sadəcə olaraq, mən hesab edirəm, biz elə etməliyik ki
qloballaşma adı altında öz milli dəyərlərimizi unutma-
yaq. Biz milli dəyərlərimizə sadiq olmalıyıq. Hər bir 


83
ölkə, hər bir xalq üçün onun milli dəyərləri hər şeydən 
üstün olmalıdır.”(74,s.22-23)
Buradan  göründüyü  kimi,  dünyada  gedən  qloballaşma 
prosesinin mahiyyətini dərindən dərk edən prezident İlham 
Əliyev  bu  prosesdə  qarşılaşdığımız  inkişafa  aparan  bəşəri 
dəyərlərdən faydalanmağı, lakin bununla yanaşı, milli-mənə-
vi və dini dəyərlərimizi qorumağı, milli mentalitetimizə xas 
olmayan dəyərləri qəbul etməməyi, xalqımızın milli dəyərlə-
rinə sadiq olmağı vurğulayır. Qeyd edək ki, terminaloji cəhət-
dən qloballaşmaya özünəməxsus yanaşma irəli sürən dövlət 
başçısının aşağıdakı  ikri həm nəzəri, həm də praktiki cəhət-
dən xüsusi maraq doğurur. İ.Əliyev qloballaşmaya Azərbay-
candan baxışı aşağıdakı kimi şərh etmişdir: “Biz qloballaş-
ma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş 
münasibətləri, dostluğu nəzərdə tuturuq. Qloballaşma 
adı altında xalqlara zidd olan, milli mentalitetə xas ol-
mayan dəyərlər aşılanmamalıdır. Hər halda biz buna ha-
zır olmalıyıq ki, milli mənliyimizi qoruyaq.”(75,s.22-23)
3.2.Davamlı inkişafa keçidin sosial-humanitar 
aspektləri
Dünyanın inkişafının indiki mərhələsinin başlıca 
meyli qloballaşmadır. Bu mürəkkəb və heç də birmə-
nalı olmayan prosesin perspektivləri bizim hamımı-
zı düşündürür. Qloballaşma dövlətlərin davamlı in-
kişafının, bütövlüyünün və idarəetmə sistemlərinin 
stabilliyinin təmin olunmasına, iqtisadi münasibət-
lərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqla-
rın rifah halının yüksəlməsinə kömək etməlidir.
Heydər Əliyev
1992-ci  il  13-14  iyun  tarixində  Braziliyanın  Rio-de-Ja-
neyro  (RİO)  şəhərində  keçirilən  BMT-nin  «Ətraf  mühit  və 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə