Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə24/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

78
allaşmasının sürətlənməsi vacib sosial amil kimi çıxış edir. 
İnformasiya texnologiyalarının inkişafı hər hansı bir ölkədə 
mənəviyyata xüsusi təsir edir. 
Müşahidələr göstərir ki, qloballaşma prosesinin güclən-
məsi əvvəllər dünyanın ayrı-ayrı ölkələrində əsas aparıcı rol 
oynayan milli və dini dəyərlərin əhəmiyyətinin qismən itiril-
məsinə səbəb olur. Qloballaşma prosesində hər hansı cəmiy-
yətdə  milli  dil  və  etnik  sosial  əlaqələrin  dağılması  onların 
əvəzinə beynəlxalq ünsiyyət vasitəsi olan ingilis dilinin əhə-
miyyətinin artması müşahidə edilir. Eyni zamanda, bu pro-
ses  milli  və  dini  dəyərlərin  tədricən  azalmasına  və  kütləvi 
mədəniyyətin formalaşmasına müəyyən dərəcədə öz təsirini 
göstərməkdədir.
Rus alimi A.N.Buyevanın  ikrinə görə, qloballaşma pro-
sesində  informasiya  texnologiyaları  ictimai-siyasi  sistemin 
inkişafında  katalizator  rolunu  oynayaraq  müxtəlif  sosial 
proseslərə təkan verir.
 
(69,s.15) Belə ki, qlobal kompüter şə-
bəkələri müxtəlif bölgələrdə yaşayan insanlara lazımi məlu-
matları qısa müddətdə əldə etmək imkanı yaradır. 
İnkişaf  etmiş  ölkələrdə  informasiya  texnologiyaları 
əhaliyə dövlət orqanları tərə indən bəzi xidmətlərin göstə-
rilməsinə (əmək haqqı və təqaüdlərin bankomatlardan gö-
türülməsi və s.) şərait yaradır. İnformasiya texnologiyaları-
nın inkişafı vətəndaşlarla dövlət orqanları arasında effektiv 
münasibətlərin yaranmasına şərait yaradır və bu da öz növ-
bəsində  inzibati  idarəetmə  mexanizminin  şəffa lığını  və 
səmərəliliyini artırır.
Qloballaşma  çoxsaylı  informasiya  resursları  yaradır  ki, 
bu da kütləvi informasiya vasitələrinin (KİV) genişlənməsinə 
təsir edir. KİV-in genişlənməsi öz növbəsində dünyanın hər 
hansı bir güşəsində baş verən hadisələr haqqında insanları 
məlumatlandırır,  onların  dünyagörüşü  səviyyəsinin  artma-
sına təsir edir. KİV-in genişlənməsi nəticəsində insanlar öz 
həyatının bütün cəhətlərini əhatə edə bilən güclü informa-


79
siya məkanında yaşamaq imkanı əldə edirlər. Beləliklə, KİV 
insanın  informasiya  ehtiyaclarının  həyata  keçirilməsi  üçün 
xüsusi əhəmiyyət kəsb edir və qloballaşma prosesinin geniş-
lənməsinə xidmət edir.
İnformasiya  texnologiyaları  cəmiyyətin  sosial-iqtisadi 
münasibətlərinə də müəyyən təsir göstərir. Məsələn, istehsal 
prosesində məhsuldarlığın artırılması, istehsal olunan məh-
sulların  reklam  olunması,  işçilərin  bacarıqlarının  artması, 
yeni ixtisasların meydana gəlməsi, ətraf mühitin müha izəsi 
və digər bu kimi sosial-iqtisadi məsələlərin həll edilməsi in-
formasiya texnologiyalarının qloballaşma prosesinə təsirini 
göstərən amillərdəndir.
Sosial-iqtisadi cəhətdən getdikcə inkişaf edən müstəqil 
respublikamız da dünyada gedən qloballaşma prosesindən 
kənarda qalmamışdır.
Dünyəvi dövlət quruculuğunu həyata keçirən Azərbayca-
nın beynəlxalq nüfuzu getdikcə artır və geostrateji əhəmiy-
yəti yüksəlir. Hazırda dünyada gedən qloballaşma prosesin-
də fəal iştirak edən respublikamızın Şərq və Qərb arasındakı 
münasibətlərin inkişafında da rolu yüksəlir. Son illərdə res-
publikamızın  beynəlxalq  enerji  layihələrinin  reallaşmasın-
dakı iştirakı buna sübutdur. Bu baxımdan ümummilli lideri-
miz H.Əliyev Minilliyin Zirvə görüşündəki (Nyu-York, 2000) 
öz  çıxışında  qloballaşma  prosesində  Azərbaycanın  geost-
rateji əhəmiyyətindən bəhs edərək demişdir: “Azərbaycan 
qloballaşmanın inkişafına müsbət mənada öz töhfəsini 
verir. Mənim ölkəm dünya miqyasında geostrateji əhə-
miyyətə malik öz coğra i mövqeyindən, ehtiyatlarından 
və potensialından istifadə edərək Şərq ilə Qərb arasında 
zəngin tarixi keçmişdən başlanan və gələcəyə istiqamət-
lənən körpü rolunu səmərəli surətdə həyata keçirir. Biz 
Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəq-
liyyat dəhlizinin yaradılması  və  Xəzər hövzəsinin kar-
bohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına 


80
nəqli üçün çox böyük səylər göstəririk.”(70,s.4)
Qeyd etmək lazımdır ki, XX əsrin sonlarından başlayaraq 
ictimai şüurda ən geniş yayılmış anlayışlardan biri qloballaş-
madır. İnformasiya texnologiyalarına əsaslanan qloballaşma 
prosesi artıq dünyada sosial, iqtisadi, siyasi, ekoloji, mədəni 
və s. sahələri əhatə etməklə reallığa çevrilmişdir.
Qloballaşma  –  hər  şeydən  əvvəl  yer  kürəsində  bütün 
ictimai  fəaliyyətin  beynəlmiləlləşməsi  ilə  əlaqədardır.  Qlo-
ballaşma  prosesini  reallaşdıran  beynəlmiləlləşmə  onu  ifa-
də  edir  ki,  müasir  dövrdə  bütün  bəşəriyyət  siyasi-iqtisadi, 
sosial-mədəni,  ekoloji  və  s.  əlaqə  və  münasibətlərin  vahid 
sisteminə daxil olur. Hazırki şəraitdə bu münasibətlərin ge-
nişlənməsi  informasiya  texnologiyalarının  sürətli  inkişafı 
nəticəsində qloballaşma meylini gücləndirmiş və insanlarda 
qlobal təfəkkürün formalaşmasına zəmin yaratmışdır. 
Müasir  qloballaşma  prosesi  elmi  biliklər  sistemində 
insan  probleminin,  o  cümlədən  davamlı  insan  inkişafının 
öyrənilməsinə  yeni  yanaşmanın  üzə  çıxarılmasına  səbəb 
olmuşdur.  Qloballaşma  prosesində  sosial-iqtisadi,  siyasi  və 
hüquqi-mənəvi  dəyişikliklərin  araşdırılması  və  bütövlükdə 
sivilizasiyanın davamlı inkişafa keçməsinin tədqiq edilməsi 
xüsusi aktuallıq kəsb edir. 
Öz geosiyasi əhəmiyyətinə görə, Şərq və Qərb arasında-
kı münasibətlərin inkişafında mühüm rol oynayan Azərbay-
can Respublikası qloballaşma prosesindədə fəal iştirak edir. 
Respublikamızda uğurla həyata keçirilən neft strategiyası və 
ölkəmizin  beynəlxalq  enerji  layihələrinin  reallaşmasındakı 
fəal iştirakı yuxarıda dediklərimizə sübutdur. 
Dövlət idarəçiliyində varislik prinsipinə əməl edən pre-
zident  İ.Əliyev  ulu  öndər  H.Əliyevin  daxili  və  xarici  siyasət 
kursunu ləyaqətlə davam etdirməkdədir. Belə ki, Azərbayca-
nın beynəlxalq layihələrdə iştirak etməsi, irimiqyaslı enerji 
layihələrində  aparıcı  rol  oynaması  respublikamızın  qlobal-
laşma prosesində fəal iştirakını göstərən faktdır. 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə