Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
  1   2   3   4   5   6   7   8   9   ...   13
Heyder Eliyev




AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 
NAZİRLİYİ 
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 
ELMİ-METODİKA ŞÖBƏSİ 
 
 
Ümummilli lider Heydər Əliyevin 90 illik 
yubileyi münasibəti ilə

 

 
 
 
 
 
 
 
Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti 
metodik vəsait 
Bakı – 2013 



Tərtib edən: 
Ruhiyyə Məmmədli 
– F.Köçərli adına Respublika Uşaq 
Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı 
Redaktor: 
Fizurə Quliyeva
– F.Köçərli adına Respublika Uşaq 
Kitabxanasının direktoru 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Tərtibçidən 
Bu vəsaiti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə imzaladığı 
sərəncama əsasən sizə təqdim edirik. Vəsaiti sizə təqdim etməkdə əsas məqsədimiz
oxucuların Ulu öndər Heydər Əliyev haqqında olan məlumatlarını daha da 
artırmaqdır. 
“Azərbaycanın özü qədər əbədi şəxsiyyəti” adlanan metodik vəsait “Giriş” 
və “Keçiriləcək tədbirlər” hissəsindən ibarətdir. Vəsaitin “Giriş” hissəsində bu 
böyük şəxsiyyətin fəaliyyətindən, həyat və yaradıcılığından söhbət açılır. Vəsaitin 
ikinci hissəsində yubileylə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs 
olunur. 
Dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdir, onların əməllərinin 
sayəsində dünyanın nuru artır. Tariximizin ən çətin dönəmlərində Azərbaycanın və 
xalqımızın nicatı, quruluşu və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu 
öndər Heydər Əliyev məhz belə bənzərsiz dahi tarixi şəxsiyyətdir. Ana dilimizin 
dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan 
xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin 
rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya 
ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Heydər 
Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və 
xalqımızın taleyində silinməz izlər qoymuşdur. 
Ümummilli liderin siyasi fəaliyyəti onun davamçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir və Azərbaycan xalqını daha da xoşbəxt gələcəyə doğru 
aparır. Bu vəsaiti hazırlamaqda əsas məqsəd uşaqları, gənc nəsli Heydər Əliyev irsi 
ruhunda tərbiyə etmək, onları vətənpərvərlik ruhunda yetişdirməkdir.

Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə