Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Heyder Eliyev

Səhnə ümumilli lider Heydər Əliyevin portreti, fəaliyyətini əks etdirən 
şəkillərlə, bir çox şair və yazıçıların onun haqqında yazdığı əsərlərlə, Heydər 
Əliyevin hikmətli kəlamları ilə bəzədilir. Gecəyə Heydər Əliyevin yaradıcılığına 
yaxından bələd olan tanınmış millət vəkilləri, yazıçılar, şairlər, siyasətçilər, 
jurnalistlər, tarixçilər, müəllimlər dəvət olunur

Tədbir Azərbaycan himninin 
səslənməsi ilə başlayır. Sonra isə tədbir iştirakçılarına Heydər Əliyevdən bəhs 
edən slayd təqdim olunur. Daha sonra kitabxanaçı Azərbaycanın Prezidenti 
İlham Əliyevin Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar imzaladığı 
sərəncamla tədbir iştirakçılarını tanış edib, tədbiri açıq elan edir.
İki nəfər 
Aparıcı səhnəyə çıxıb tədbir iştirakçılarını salamlayırlar.
I Aparıcı:
Azərbaycan! Sən əsrlər boyu tarixdə ad-san qazanmış 
şəxsiyyətləri – Tomrisi, Cavanşiri, Babəki, Şah İsmayıl Xətaini 
və başqalarını yetişdirmisən. Sən belə tarixi simalardan yenə də 
yetirməliydin. Və yetirdin də! Bu sima XX əsrin adamı, Heydər 
Əlirza oğlu Əliyev oldu. Heydər Əliyevin 70-80-cı illərdəki 
nəhəng quruculuq və ictimai-siyasi fəaliyyəti olmasaydı, 
Azərbaycan indiki müstəqilliyinə nail ola bilməzdi. O, yenidən 
hakimiyyətə qayıtmasaydı Azərbaycan və Azərbaycan xalqı çox 
müsibətlərlə qarşılaşardı, dünya ictimaiyyəti Azərbaycan 
həqiqətlərindən indiki şəkildə xəbər tutmazdı. Tarix məqam 
gözləyirdi. Azərbaycanın xilaskarı Heydər Əliyev gəlib 
çatmasaydı az qala Azərbaycan, Vətən, torpaq, milli şərəf, milli 


19 
dil, din və ibrətamiz keçmişimiz unudulacaqdı. Unudurduq ki, 
biz zülmün, təqibin, sürgünün, qəsdin acısını duymuş 
Bakıxanovun və Qutqaşınlının, Mirzə Cəlilin və Sabirin, Hadi 
və Səhhətin, Cavid və Cavadın, Müşfiq və Çəmənzəminlinin 
repressiyaya qurban gedən 29 min Azərbaycan ziyalısının 
həqiqi varisləriyik.O zaman hələ qol-qanadı tam bərkiməmiş, 
körpə uşaq kimi yenicə ayağa qalxmış Azərbaycanın başının 
üstünü fəlakət təhlükəsi aldı. Bunu görən sinəsi dağlı xalq 
Babək qeyrətli, Nəbi hünərli, Cavanşir siyasətli oğlunu Heydər
Əliyevi harayladı: 
Heydər! Oğul, Tanrı sənə yar olsun
Üzün gülsün, düşmənlərin xar olsun, 
Bir əncam qıl ana yurdun halına 
Bəlkə, bir gün zəfər himni çalına! 
II Aparıcı:
Xalqın imdad səsini eşidib, ulu öndər özünü xalqın köməyinə 
yetirdi. Vətən göylərində Günəş kimi parladı, şimşək kimi 
çaxdı, müdrik Qorqud kimi didərgin xalqının önündə dayandı. 
Öz müdrik kəlamı, dərin ağlı, işıqlı zəkası, güclü siyasəti ilə 
prezident seçildi, dünya şöhrəti qazandı. Onun uzaqgörənliyi və 
siyasəti sayəsində Azərbaycanın haqq səsinə hay verməyən 
dünya indi Azərbaycan həqiqətlərini qəbul edir, ona dayaq 
durur. Bu gün torpaqlarımızda qan tökülmür, analar, bacılar 
yeni şəhid qəbirləri üstündə göz yaşı axıtmırlar. 
“Kəssə hər kim tökülən qan izini, 
Qurtaran dahi odur yer üzünü.” 
Böyük ədibimiz H.Cavid sanki bu misraları ümummilli 
liderimiz Heydər Əliyevin haqqında demişdir.
Sözləri və musiqisi Leyla Əliyevaya aid olan “Elegiya” mahnısı Ağadadaş 
Ağayevin ifasında səslənir. Ekranda həmin musiqiyə çəkilmiş klip nümayiş 
etdirilir.
I Aparıcı: XX əsr bəşəriyyətə müdrik rəhbərlər, bacarıqlı dövlət xadimləri 
bəxş etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, belə xoşbəxt
xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycanın tarixi dahi 
şəxsiyyətlərin tarixidir. Azərbaycanın müasir tarixi isə 
xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 
Bəli, Azərbaycan dünyanın cənnət misalıdır. Heydər Əliyev də 
bu cənnət diyarın rəşadət, fədakarlıq, mərdlik, məğrurluq 
timsalıdır. O, Günəş kimi təmənnasız bir şəxsiyyət idi. Onun 
həyatının mənası Azərbaycan üçün daim yanmaq idi. 
Respublikamızın mütərəqqi fikirli, təmiz vicdanlı vətəndaşları 
çox gözəl bilir ki, Azərbaycan elminin, maarifinin, 
mədəniyyətinin inkişafı, tərəqqisi Heydər Əliyevin adı ilə 
bağlıdır. Heydər Əliyev qəlbləri ehtizaza gətirən, heç bir dəlilə, 
sübuta ehtiyacı olmayan, inandırıcı, məntiqi çıxışları ilə nəhəng 


20 
siyasətçiləri heyran edən əvəzolunmaz diplomat idi. Bunun 
nəticəsi olaraq bu gün müstəqil Azərbaycanın səsi ən mötəbər 
kürsülərdən gəlir.
II aparıcı: 
Hörmətli tədbir iştirakçıları, gəlin məktəbli oxucularımızın 
ifasında sözləri Məstan Günərə aid olan” Heydər elə, el Heydərə 
söykənib” şeirindən bir parçaya qulaq asaq. 

Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə