Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ


Əziz uşaqlar, sizin fikrinizcə Heydər Əliyev kimdir?



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
1   2   3   4   5   6   7   8   9   ...   13
Heyder Eliyev

Əziz uşaqlar, sizin fikrinizcə Heydər Əliyev kimdir? 
Cavablar: 
Heydər Əliyev böyük azərbaycanlı idi. Bu kəlmələr bunun sübutudur. “Mən 
fəxr edirəm ki, azərbaycanlıyam”.
Heydər Əliyev böyük dövlət xadimi idi. “Azərbaycanın dövlət müstəqilliyi 
bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir”. 
Heydər Əliyev əsl vətənpərvər idi. “Bizim hamımızın bir Vətəni var – bu 
Azərbaycan dövlətidir”. 
Heydər Əliyev ana dilimizlə fəxr edirdi. “Biz indi müstəqil dövlət kimi, azad 
xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik”. 
Heydər Əliyev qüdrətli sərkərdə idi. “Azərbaycanın ərazi bütövlüyünü təmin 
etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”. 
Heydər Əliyev təhsilimizin himayədarı idi. “Təhsil hər bir dövlətin, ölkənin, 
cəmiyyət həyatının, fəaliyyətinin mühüm bir sahəsidir”. 
Heydər Əliyev tariximizin yaradıcısı idi. “Gərək biz tariximizi heç vaxt 
unutmayaq, onun hə bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq”. 
Heydər Əliyev böyük müəllim idi. “Azərbaycanın müəllimləri ən yüksək 
mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”. 
Heydər Əliyev uşaqları çox sevirdi. “Uşaqlar bizim gələcəyimizdir”. 
Heydər Əliyev gənclərlə qürur duyurdu. “Azərbaycan gəncləri Azərbaycanın 
gələcəyidir. 
Viktorina yekunlaşdıqda ən fəal oxucu kitabxananın müdiriyyəti tərəfindən 
qiymətləndirilir. 
Həmçinin ümummilli lider Heydər Əliyevdən bəhs edən ədəbiyyatların 
icmalını keçirmək, bu tarixi şəxsiyyətin yaradıcılığından bəhs edən diskussiyalar 
da təşkil etmək olar. İcmal və diskussiyaların məktəblərdə yuxarı sinif şagirdləri 
arasında keçirilməsi məsləhətdir. Diskussiyalar keçirilərkən, Heydər Əliyev 
haqqında yazılmış şeirlərdən, poemalardan, pyeslərdən söhbət açılır və bu haqda 
oxucuların fikirləri öyrənilir. 
Kitabxanalarda oxucular tərəfindən sevilən tədbirlərdən biri də müsabiqələrdir. 
Tədbirlər içərisində rəsm, şeir müsabiqələri xüsusi yer tutur. Bildiyimiz kimi ulu 
öndər Heydər Əliyevə şairlərimiz tərəfindən çox gözəl şeirlər yazılıb. Bu şeirləri
ən gözəl söyləyən oxucu müdriyyət tərəfindən mükafatlandırılır. Həmçinin 
məktəbli oxucularımız arasında kitabxanada ulu öndərdən bəhs edən rəsm 
müsabiqələri də təşkil etmək olar. Müsabiqə zamanı şəkilərin hazırlanması üçün 
uşaqlara iki həftə vaxt verilir. Bu vaxt ərzində oxucular ulu öndər Heydər 
Əliyevdən bəhs edən kitablarla, qəzetlərlə, jurnallarla tanış olurlar. Bu zaman 
ərzində kitabxanaçılar uşaqlara yaxından kömək edirlər. Ən gözəl məna kəsb edən 
rəsm işləri mükafatlandırılır. Həmçinin rəsm müsabiqələri üçün məktəblərarası 
yarışmalar da təşkil etmək olar. 
Rəsm müsabiqələri ilə yanaşı başqa müsabiqələrin də təşkili mümkündür. 
Məsələn, uşaqların ifasında Heydər Əliyevdən bəhs edən mahnılar məktəbli 


18 
oxucular tərəfindən ifa olunur. Bu vaxt münsiflər heyəti yaradılır. Münsiflər heyəti 
kitabxana müdirindən, teatrımızın görkəmli nümayəndələrindən, bəstəkarlardan 
təşkil edilir.
Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyevin 
fəaliyyəti müasir gəncliyin gözü ilə” oxucu konfransı da təşkil etmək mümkündür. 
Konfransdan öncə onun proqramı tərtib olunmalı, konfransın keçiriləcəyi dəqiq 
vaxt müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək qonaqların, 
tarixçilərin, ədəbiyyatşünasların və şagirdlərin adları, onların çıxış edəcəkləri 
mövzular, tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur. Konfrans zamanı 
Heydər Əliyevin fəaliyyətinə, yaradıcılığına yaxından bələd olan millət vəkilləri
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, jurnalist, yazıçı və şairlərin 
çıxışları dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik: 
1.Giriş hissə (Heydər Əliyevin həyat və yaradıcılığı haqqında məruzə)
2. Heydər Əliyevin yaradıcılığı haqqında kitabxana rəhbərliyinin, millət 
vəkillərinin, siyasətçilərin, yazıçı və şairlərin çıxışları.
3.Yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların Heydər Əliyevin 
fəaliyyətindən bəhs edən müzakirələri. 
4. Ədəbi bədii kompazisiya.
5. Konfransın yekunu.
Heydər Əliyevin irsinin təbliği üçün ədəbi-bədii gecələrin keçirilməsi zəruridir. 
Gecəni “Əbədiyaşar lider” başlığı ilə adlandırmaq olar. Tədbirin ssenarisini sizə 
təqdim edirik. 

Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə