Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
1   ...   5   6   7   8   9   10   11   12   13
Heyder Eliyev

2 nəfər oxucu səhnəyə daxil olur. 
I Oxucu:
Ana torpaq, ana vətən yenilməz, 
Yenilməyən bir nəfərə söykənib. 
Nəğməkarlar sülh nəğməsi düşünür
İnsan oğlu xoş xəbərə söykənib. 
Daha dövlət saxsıdanmı, sökələr? 
Sahibsizmi, kərpicini çəkələr? 
Ölkəmizi arxa bilir ölkələr, 
Azərbaycan ölkələrə söykənib. 
II Oxucu:
Gəlib çıxar ağır yolun hamarı, 
Köçüb gedər Qarabağın qübarı! 
Heydər isə bu dövlətin memarı, 
Bayrağı ər oğlu ərə söykənib. 
Odur gücü əhdin, eşqin, vüqarın, 
Dedi: “Gərək eli dardan qurtarım”. 
Qartal süzür arasında dağların, 
Qanadları zirvələrə söykənib. 
II Oxucu:
Millət deyim, söz eşqimi tərpətdi, 
Heydər deyim, hər kəlməsi sərvətdi. 
Millət – Heydər hər ikisi qüdrətdi, 
İki qüdrət bər məhvərə söykənib. 
Şair Məstan həqiqətdir, xəyal yox, 
Yazdığına nida qoyar, sual yox. 
Biri varsa, o birinə zəval yox
Heydər elə, el Heydərə söykənib.
II Aparıcı:
İnsan fəaliyyətinin elə bir istiqaməti yoxdur ki, Heydər Əliyev 
dühası, Heydər Əliyev zəkası oraya işıq saçıb nur çiləməsin. 
Heydər Əliyevin cəmiyyətin iqtisadi, siyasi, sosial, mədəni 
sahələrinin ən müxtəlif aspektlərini əhatə edən geniş diapazonlu 
və örnək olası fəaliyyəti, müasir dövrün ən aktual problemlərinə 
yaradıcı münasibəti onu milli liderdən, rəhbər və siyasi 
xadimdən bəşəri ideyaların carçısına, ümumbəşəri dəyərləri 
daim zənginləşdirən hikmət və söz sahibinə çevirmişdir. Mənim 
fikrimcə Heydər Əliyev irsindən bəhrələnmək, faydalanmaq, 
onun hər bir fikrini, məsləhət və tövsiyyəsini gündəlik iş 
prosesində əldə rəhbər tutmaq hər bir Azərbaycan vətandaşının 
borcudur. Çağdaş tariximizdə Azərbaycan dövlətinə ən çox 
rəhbərlik etmiş Heydər Əliyev özünə belə bir şöhrət çələngi 


21 
hörmüşdür. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix 
belələrini əməlləri, fəaliyyəti ilə yaranır. Azərbaycanın Heydər 
Əliyev dövrü tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab 
edilməyə layiqdir. Ulu öndər xarakter etibarilə qurucu, yaradıcı 
insandır. 
Heydər 
Əliyev 
bənzəri 
olmayan 
bir 
şəxsiyyətdir.Yaşadığı mənalı ömür, keçdiyi şərəfli həyat yolu 
xalqımıza örnəkdir. Müstəqillik illərində məhz ulu öndərimizin 
gərgin və titanik səyləri, müdrik siyasi kursu sayəsində 
Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu 
əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə 
yüksəltmişdir. 
II Aparıcı:
Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa 
Şurasında, başqa mötəbər beynəlxalq təşkilatlarda vüqarla 
dalğalanır. Danılmaz bir həqiqətdir ki, Heydər Əliyevin həyat 
prinsipi həmişə ədalət, sülh, əmin-amanlıq və xalqın rifahı, 
dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi 
olmuşdur. Heydər Əliyev ötən əsrin görkəmli siyasətçisi və 
dövlət xadimi kimi bütün dünyada tanınmış və artıq öz 
sağlığında tarixə düşmüş böyük şəxsiyyətdir. Azərbaycan tarixi 
inkişafının son illərində yaşadığı hadisələr, Heydər Əliyev 
varlığının, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin 
dövrümüz üçün nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə 
göstərmişdir. 
Bir neçə oxucu Heydər Əliyevin xatirəsinə yazılmış, Fikrət Qocanın”Vətən oğlu” 
şeirini oxucularımızın ifasında söyləyirlər. 
I Oxucu:
Vətən oğlu, ata oldun bizə sən, 
Ata kimi qayğımızı çəkirdin. 
Şair kimi həssas idin sözə sən, 
Danışıqda sözdən sözü çəkirdin. 
Ölkə olduq sən arzuna çatanda, 
II Oxucu:
Bir əlin od, bir əlin su olurdu. 
Millət rahat xumarlanıb yatanda, 
Yuxun bir an quş yuxusu olurdu. 
Yurdumuzda şan-şöhrətli hər nə var 
Yatmadığın günlər, aylar, illərdi; 
III Oxucu:
Ziyarətə gəlir səni bu yollar... 
Göz yaşımız məzarında güllərdi. 
Sənin rəmzin Azərbaycan bayrağı, 
Baş qoymağa, can verməyə hazırıq. 
Dan ulduzum-yurdumuzun mayakı. 
IV Oxucu:
Şeir də bir təsəllidir, yazırıq. 
Adın – sanın yenilməz bir ordudu, 
İndi odlar diyarının özüsən... 
Azərbaycan Heydərlərin yurdudu, 


22 
Gələcəyə baxanların gözüsən. 
I Aparıcı:
Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir 
ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, 
öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə 
yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, 
polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni 
fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi 
böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan 
dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri 
Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. 

Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə