Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
1   2   3   4   5   6   7   8   9   ...   13
Heyder Eliyev

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi 
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 
 
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində 
müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər 
Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli 
dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin 
qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz 
Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və 
mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu 
oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə 
çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, 
vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, 
mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin 
əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin 
təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq 
standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və 
müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə 
gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. 
Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə 
çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin 
aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir 
tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı–Tbilisi–Ceyhan, Bakı–
Supsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli 
bilavasitə Heydər Əliyevin xidmətləridir. 
Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi 
liberallaşma, 
kredit 
reytinqimizin 
artması, 
iqtisadiyyatımızın 
rəqabət 
qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın 
ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər 
əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir. 
Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər 
Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir. 
Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev 
torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin 
etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti 
onun aqrar siyasətinin parlaq təzahürüdür. 
Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə 
həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və 
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun 
Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır. 
Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının 
genişləndirilməsi 
və 
Azərbaycan 
xalqının 
ən 
böyük 
sərvəti 
kimi 
dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan 



mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər 
Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və “Kitabi-
Dədə Qorqud”un 1300 illik yubileylərinin YUNESCO səviyyəsində keçirilməsi 
Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni 
ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır. 
Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi 
perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı 
dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun 
uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq 
miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına 
xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar 
sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb 
olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya 
ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və 
sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz 
əksini tapmışdır. 
Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin 
və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və 
dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai 
və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi. 
Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr 
edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, 
soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan 
Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan 
ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, 
inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün 
dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan 
Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli 
mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında 
birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. 
Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi 
faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi 
təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin 
və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi, 
iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş 
müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə 
hakimiyyətə gəldiyi gün – 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi 
daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də 
iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə 
vermişdir. 
Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik 
mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir 
zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və 
böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu 



dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində 
saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş 
cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət 
göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda 
özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının 
sürətlə artdığı bir ölkədir. 
Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını 
müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti 
nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar 
paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə 
modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə 
də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. 
Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti 
meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, 
xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər 
ucaldılır, yollar salınır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası 
bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər 
Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı 
proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət 
göstərir. 
Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi 
xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və 
ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkə 
miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan 
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 
qərara alıram: 
1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi 
Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin. 
2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik 
yubileyinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilsin. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn 
məsələləri həll etsin. 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə