Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ


partiyanın ideoloji – siyasi xəttinə dəstəyini gücləndirir. Xalqımız maddi və



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
1   2   3   4   5   6   7   8   9   ...   13
Heyder Eliyev


partiyanın ideoloji – siyasi xəttinə dəstəyini gücləndirir. Xalqımız maddi və 
mənəvi sıxıntı məngənəsində boğulduğu, ölkə iqtisadi, siyasi, sosial, hərbi böhran 
keçirdiyi vaxtlarda onun yeganə ümid yeri məhz Heydər Əliyev olmuşdur. Ulu 
öndər həmişə vətəni, xalqı ilə birlikdə olmuşdur. Heydər Əliyevin həyata keçirdiyi 
şərəfli xilaskarlıq missiyası Azərbaycanın müstəqilliyini əbədi, dönməz və 
sarsılmaz etdi.


11 
Böyük natiqlik qabiliyyətinə, dərin zəkaya, məntiqi ardıcıllığa, iti zehnə, 
möhkəm yaddaşa malik olan bu böyük insan öz əsərlərini xalq qarşısındakı 
çıxışlarında, dinləyicilərlə üzbəüz, onların qarşısında, onların iştirakı ilə 
yaratmışdır. Heydər Əliyevin hər bir nitqi, hər bir çıxışı xalqla təmasda, ictimai- 
siyasi yığıncaqlarda, izdihamlı mitinqlərdə, əsgər səngərlərində, qaçqın 
düşərgələrində, rəsmi dövlət tədbirlərində, beynəlxalq məclislərdə yaranmış və 
Azərbaycanda dövlət quruculuğu proqramının, milli dövlətçilik ideologiyasının 
əsasını təşkil etmişdir. Heydər Əliyev kimi zəngin irsi, çoxsaylı əsərləri olan dovlət 
xadimi çox azdır. Bu əsərlərdəki elmi fikirlər ulu öndərin çox geniş mütaliə 
dairəsinə, çox zəngin və dərin biliyə, elmi məlumata malik olan bir şəxsiyyət və 
görkəmli ziyalı olduğunu sübuta yetirir. 
Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, 
fəaliyyəti ilə yaranır. Onun keşməkeşli həyatı, zəngin bioqrafiyası isə bütöv bir 
epoxanın canlı salnaməsidir. Bu salnamənin nə az, nə çox – düz 34 illik bir 
dövrünü əhatə edən və xalqımızın qadir, yaradıcı əməyini təcəssüm etdirən 
səhifələri rəhbərin şərəfli və mənalı ömrünün unudulmaz anlarıdır. Heydər Əliyev 
zəmanəsinin böyük filosofu idi. Onun fəlsəfəsi sülh fəlsəfəsi idi.
Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq hardasa tarixə, 
zamana, gələcəyə qiymət vermək iddiası qədər çətindir. Onun yorulmaz 
fəaliyyətinin Azərbaycan elminin müxtəlif sahələri ilə bağlı əlaqələrinin 
coğrafiyası və tarixi çox genişdir. Bu tarixi şəxsiyyəti, fenomeni sözlə 
səciyyələndirmək çətindir. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən 
siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı böyük ideallar ətrafında 
səfərbər edən bir dövlət qurucusu, tarix memarıdır.Onun bütün həyatı, fəaliyyəti, 
məqsəd və arzuları bu idealın dövlət quruculuğu, tarix yaradıcılığı idealının 
ətrafında cəmlənmişdir. Heydər Əliyev Azərbaycan elminin hamisi və böyük 
mütəfəkkir idi. Heydər Əliyevin varlığı xalqa, onun mədəniyyətinə xidmətdən 
yoğrulmuşdur. Ulu öndərin incəsənətə, mədəniyyətə, teatra, ədəbiyyata göstərdiyi 
xidmətlər unudulmazdır.O, sənətdə, ədəbiyyatda həmişə tərəqqi və irəliləyiş 
yolunu seçməyi vacib sayardı. Doğrudan da, Heydər Əliyev kimi görkəmli 
şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya 
nümayiş etdirirlər. 
Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan, ideyaları, 
idarəçilik təcrübəsi bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli lider 
Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə on 
illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər. Ulu 
öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və 
mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpüyə, 
dünyanın dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir. 
Adı həmişə milli dövlətçiliyimiz, müstəqillimizlə qoşa çəkilən, fenomen 
siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir tanrının 
insanlara bəxş etdiyi müdrik, lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən 
biri, bəlkə də birincisidir. Ölkəmizdə müasir, demokratik, hüquqi və dünyəvi 
dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə 


12 
qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı 
ilə bağlıdır. “Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, 
xalqıma həsr etmişəm” söyləyən, həyatının mənasını Azərbaycan xalqına, 
dövlətçiliyinə xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür yolu əslində 
əsrlərə sığmayan bir epoxadır. Onun söylədiyi “mən həmişə fəxr etmişəm, bu gün 
də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri ilə bir daha bildirirdi ki, hansı 
sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın adına, vədinə sadiq əsgəri 
kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur. 
O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli ideyaları, qətiyyəti, sağlam 
azərbaycançılıq məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, 
komandan olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi. Milyonların ürəyindən gələn bu 
sözlər ona ümumxalq məhəbbətinin ifadəsi oldu: “Nə qədər ki, müstəqil 
Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə 
yaşayacaqdır”. 
Dünya birliyində, Şərq ölkələri arasında zəngin dövlətçilik tarixi və ənənəsi 
ilə tanınan Azərbaycanın keçdiyi yol hamar olmasa da xalqı zamanın 
burulğanlarından çıxarmağı bacaran sərkərdələri olub. Adı hörmət və etiramla 
anılan, dəst- xətti ilə seçilən və daha çox sevilən dövlət başçıları arasında Heydər 
Əliyev fenomeni, onun rəhbərlik illəri özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb 
edir. Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1970-1985-ci illərdəki 
təkamülü, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən 
siyasi iradə və bacarıq, dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb 
Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinə diqqət və qayğı göstərməklə 
insanlarda milli məfkurə və təfəkkürü formalaşdıran, Konstitusiyamızın qəbulu ilə 
hüquqi dövlətin əsasını təşkil edən, ali qanunları təkmilləşdirən ulu öndər 
arzuladığı demokratik islahatların aparılması üçün möhkəm, etibarlı təməl yaratdı.
Heydər Əliyevin söylədiyi kimi, müstəqilliyin qorunması isə təbii ki, iqtisadi 
imkanlar, siyasi sabitlik, vətəndaş birliyi və həmrəyliyindən asılıdır. Neft 
strategiyasını hazırlamaqla ölkəmizi düşdüyü iqtisadi böhrandan xilas edən ulu 
öndər bununla Azərbaycanın dünya birliyinə uzanan yoluna “yaşıl işıq” yandırdı. 
Respublikamızın dünya miqyasında tanınmasını istəyən, arzusunu gerçəkləşdirmək 
üçün yorulmadan çalışaraq xalqın rifahı və dövlətçiliyin möhkəmlənməsi üçün biri 
-birindən önəmli islahatlar apardı, proqramlar həyata keçirdi. Həmin vaxt 
Azərbaycan dilinə dövlət statusu verildi. Bütün dövlət və xalqlarla əməkdaşlıq və 
qarşılıqlı anlaşma şəraitində yaşamağa xarici siyasətimizin prioritetləri kimi diqqət 
yetirən ulu öndər xarici ölkələrə intensivləşən səfərləri zamanı ən çox diqqət 
yetirdiyi məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, işğala məruz qalan 
Azərbaycan həqiqətlərini dünya xalqlarına çatdırmaq, qürbətdə yaşayan 
həmyerlilərimizlə görüşməklə güclü diaspor hərəkatının təməlini qoymaq idi. 
Yaxın tariximizin son bir qərinəlik dövrünə nəzər saldıqda görürük ki, 
Azərbaycanın bütün sahələrində qazandığı uğurlar, onun günbəgün artan nüfuzu, 
sözün əsl mənasında, böyük insan olan Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır.
Cənab Heydər Əliyevin xüsusilə təhsilə, elmə, mədəniyyətə olan qayğısı, məktəbə, 
müəllimə verdiyi yüksək qiymət siyasi xadim, dövlət rəhbəri kimi daim onun 


13 
fəaliyyətinin ana xəttini təşkil edib. Milli mənəvi dəyərlərimizin qorunub 
saxlanılması, azərbaycançılıq ideologiyasının şüurlarda kök salması, dilimizin 
tətbiqi sahələrinin genişlənməsi, tariximizin yenidən obyektivcəsinə yazılması və s. 
Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin yalnız bir tərəfidir. 
Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən 
XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan 
azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə 
saldı, ümummilli ideya , dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi 
kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü: 
a)
Azərbaycan Demokratik Cumhuriyyətinin dövlətçilik ənənələrinə tarixən 
düzgün yanaşıldı; 
b)
Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri; 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq 
ideologiyasının inkişafında, yeni tarixi şəraitə uyğun səviyyədə təfsirində və həmin 
ideologiyanın tarixdə ilk dəfə əbədi olaraq həyata keçirilməsində atdığı addımlar 
danılmazdır.
Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, 
soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri elm və 
mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır.
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, 
türk dünyasının və ümumən, sivil dünyasının qüdrətli şəxsiyyətidir. Tarixə 
Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan 
liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi.Tanrı ona hər bir üstünlüyü bəxş 
etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, qüdrətli siyasi 
iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, xalqın qüdrətinə 
arxalanmaq qabiliyyəti, tarixin nizamını təmin edən təfəkkür! Bir sözlə, Heydər 
Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir 
şəxsiyyət idi. Heydər Əliyevin səyi ilə ölkəmizdə insan hüquq və azadlığının 
başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıldı. 
Konstitusiyamızın qəbulundan sonra sahəvi qanunlar işlənib hazırlandı, 
qanunçuluq möhkəmləndirildi, hüquqi islahatlar yeni müstəviyə qaldırıldı. Ulu 
öndərin formalaşdırdığı azərbaycançılıq fəlsəfəsi respublikamızın müasir dünyada 
yerini müəyyən etdi, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya 
azərbaycanlılarının həmrəyliyi üçün zəmin yaratdı. Son yüz ildə çox ciddi məsələ 
kimi özünü qabarıq göstərən milli dövlətçilik problemi Heydər Əliyevin gərgin və 
ardıcıl fəaliyyəti ilə elmdən, sosiologiyadan, fəlsəfədən əməli siyasət müstəvisinə 
qaldırıldı. 
Ümumilli lider ölkənin əsas təbii sərvətlərindən biri olan nefti Azərbaycan 
xalqının öz sərvətinə çevirdikdən sonra ondan səmərəli bəhrələnmək yollarını da 
müəyyənləşdirmiş, 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmışdır. 
Heydər Əliyev dühası ilə tarixinin şanlı səhifələri yazılan Azərbaycanı işıqlı və 
daha qüdrətli sabahlar gözləyir. Çünki onun başladığı və uğurla həyata keçirdiyi 
siyasi kursun davam etdirilməsi xalqın ən başlıca arzusudur və bu istəyi də Heydər 
Əliyev məktəbinin layiqli davamçısı prezident İlham Əliyev uğurla reallaşdırır. Biz 
Vətən, xalq təəssübkeşliyini Heydər Əliyev vətənpərvərliyindən öyrənməliyik. 


14 
Heydər Əliyev şəxsiyyəti ona görə nəsillərə nümunədir ki, bu şəxsiyyətdə 
azərbaycanlıya xas olan bütün ali keyfiyyətlər parlaq şəkildə təcəssüm olunur. Ulu 
öndər əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi 
cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı – dünya miqyasında 
yeri və nüfuzu olan bir dövləti, dövlətçilik ənənələrini qoydu. 
Ulu öndər Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın 
əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. 
Heydər Əliyev xalqının ürəyində milli – mənəvi dəyərləri yaşatmaq üçün əbədi 
bir məşəl yandırmışdır. Bu məşəl ilahi bir varlığın istəyi ilə günü-gündən daha da 
güclənir, parlaq səmalarda Azərbaycan simvoluna çevrilir. Dünya ölkələrinin 
tarixində olduğu kimi, Azərbaycan dövlətçiliyinin tarixi də göstərir ki, 
şəxsiyyətlərin gücü, ağlı və siyasi müdrikliyi bütün ölkənin həyatında taleyüklü rol 
oynayır. Bu şəxsiyyətlər içində hər zaman bir boy uca görünəcək bir zirvədə 
müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin 
əzəmətli abidəsi ucalacaq. Bu parlaq şəxsiyyətin məhz həmin illərdəki fəaliyyətini 
izləyəndə onun təpədən dırnağa böyük azərbaycanlının, Vətənini hədsiz dərəcədə 
sevən bir insanın ölkəsinin tarixinə, keçmişinə, mədəniyyətinə, ədəbiyyatına son 
dərəcə böyük sevgi və sayğı ilə yanaşdığını görüb,heyrətlənməmək mümkün 
deyil. Mənə elə gəlir ki, onun adı dünya tarixinə həmişəlik yazılacaqdır. “Həmişə 
fəxr etmişəm, və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən 
ümummilli liderimiz azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz 
parlaq simasında bir araya gətirmişdir. Azərbaycan xalqının vahidliyinə çalışan 
Heydər Əliyev dühası özünün fitri idarəçilik istedadı sayəsində respublikada 
ümumbəşəri dəyərlər yaradan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan 
ədalətli, sivil və demokratik cəmiyyət qurmuşdur. 
Azərbaycan xalqı və dövləti mövcud olduqca Heydər Əliyevin dövlətçilik 
irsinə daim müraciət ediləcək. Onun nurlu adı, Vətəni naminə gördüyü böyük işlər 
insanların yaddaşında əbədi yaşayacaqdır. Heydər Əliyevin duhası ilə tarixinin 
şanlı səhifələri yazılan Azərbaycanı işıqlı və daha qüdrətli sabahlar gözləyir. Buna 
heç kəsin şübhəsi yoxdur. Çünki onun başladığı və uğurla həyata keçirdiyi siyasi 
kursun davam etdirilməsi xalqın ən başlıca arzusudur və bu istəyi də Heydər 
Əliyev məktəbinin layiqli davamçısı prezident İlham Əliyev uğurla reallaşdırır. Bu 
gün Azərbaycan prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə 
məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq 
edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Bu gün 
ümummilli lider Heydər Əliyevin mədəniyyət, incəsənət sahəsində gördüyü böyük 
işləri respublikamızın Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun 
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban 
xanım Əliyeva layiqincə davam etdirirlər.
Biz inanırıq ki, Azərbaycanı uğurlu 
gələcək gözləyir. 
Dağ əyilməz, 
Yel əsər, dağ əyilməz. 
Heydər quran dövlətin, 
Təməli dağ, əyilməz. 
(Fəridə Ləman) 


15 


Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə