Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
1   2   3   4   5   6   7   8   9   ...   13
Heyder Eliyev

Bakı şəhəri, 21 yanvar 2013-cü il. 



Giriş 
 
Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu 
mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə, 
şəxsiyyətə ehtiyac duyur.
 
Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq 
formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük 
şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə 
gedən dövlətlər sırasında məğrur durur. Daim bu torpaq, bu millət dahilər, onun 
adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib.“Heç bir millət şəxsiyyətsiz yaşaya 
bilməz”. Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz 
uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər 
bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə 
məxsusdur. Doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin 
doğru qiymətini verir. İllər keçdikcə, ümummilli liderimiz Heydər Əliyevin 
böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha 
çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi 
uğrunda mübarizəyə həsr olunmuşdur. 
Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın 
xilaskarı və memarı, ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin 
məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat 
bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və 
möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi 
dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını 
ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.
Heydər Əliyev bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq və firəvanlıq içində 
yaşaması üçün çox işlər görmüşdü. Gəlin aşağıdakı xronikaya nəzər salaq. 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan 


Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan 
Pedoğoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki 
Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakultəsində təhsil almışdır. 
Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
 
1941-ci 
ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və 
Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 
1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən 
təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən 
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin 
müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər 
yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində( indiki Sank -Peterburq) xüsusi 
ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini 
bitirmişdir.
 
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul 
plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi 
Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin 
dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi 



Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci 
müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. 
Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali 
Soveti sədrinin müavini olmuşdur. 
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası 
Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun 
yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. 
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı 
faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində 
bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları 
və icraçılarının cəzalandırılmasını tələb etmişdir.O, Dağlıq Qarabağda yaranmış 
kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz 
əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının 
sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev 
ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali 
Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar 
Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin 
müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının 
Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə 
ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi 
yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə 
ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya 
dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan 
Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan 
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il 
oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan 
Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək 
fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən 
Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev dörd dəfə Lenin 
ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist 
Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə 
təltif olunmuşdur. 
27 mart 1997-ci il Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı 
“Yaroslav Mudri” ordeni təqdim edilmişdir. 
13 aprel 1999-cu il Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı 
“Atatürk Sülh Mükafatına” layiq görülmüşdür. 
20 yanvar 2001-ci il Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə 
Moskva Dövlət Uniersitetinin “Fəxri professoru” adı verilmişdir. 
3 aprel 2003-cü il Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının 
Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru 
və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür. 
10 may 2003-cü il Rusiyanın yüksək mükafatı – Müqəddəs Apostol Andrey 
Pervozvannı ordeni ilə təltif olunması barədə fərman imzalanmışdır. 



Biz mədəniyyət işçiləri olaraq deyə bilərik ki, Azərbaycan mədəniyyətinin 
ən böyük nailiyyətləri görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə 
bağlıdır. Məhz buna görə də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri 
mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar. 
Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider. Bu üç fenomen 
keyfiyyətin daşıyıcısı, qüdrətli və böyük insan Heydər Əliyevin Azərbaycan 
xalqının tarixi taleyində oynadığı rol misilsizdir. Türk dünyasının fəxri olan ulu 
öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan 
biri kimi ehtiramla xatırlanır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar
prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı isə 
dəyişməz qalır. Odur ki, Azərbaycan xalqının ümummilli lideri, dərin zəkası və 
rəhbərlik etmək istedadı, uzaqgörənliyi və nüfuzu ilə bütün dünyanı heyran 
qoymuş ulu öndər Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkün 
deyil. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını 
müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti 
nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar 
paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə 
modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə 
də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Heydər Əliyev çox maraqlı, 
mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün 
çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək 
zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, 
dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək 
etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, 
müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri 
Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu 
zəngin irsi araşdırdıqca respublikamızın son 50 illik həyatında bu nəhəng 
şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, 
Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, 
həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə 
gəlir. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı 
prosesinə qüvvətli təkan verərək, onu daim yüksəliş yoluna çıxaran Heydər 
Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o 
cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik 
ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında 
müstəsna rolu olmuşdur. 
Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan 
kitabxana quruculuğu sahəsində də, misilsiz xidmətləri vardır. XX əsrin II 
yarısında respublikada kitabxana şəbəkələrinin inkişafı, kitabxanaların 
mərkəzləşdirilməsi, kitabxana fondlarının inkişafı, əhaliyə kitabxana xidmətinin 
yaxşılaşdırılması, kitabxanaların maddi-texniki bazasının və kadr potensialının 
möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin gördüyü işlər danılmazdır. 
Müstəqillik dövründə kitabxanaların qorunub saxlanılması, kitabxana işinin inkişaf 
istiqamətləri və dövlətin kitabxana siyasətinin formalaşmasında Heydər Əliyevin 


10 
rolu böyükdür. Ulu öndər kitab və kitabxana işinin böyük mədəni əhəmiyyətini 
yüksək qiymətləndirmiş, onu ölkəmizin ümumi mədəniyyətinin əsas göstəricisi 
kimi qiymətləndirmişdir. Bu da Heydər Əliyevin yüksək elmi, mədəni və 
intellektual səviyyəsi ilə, bəşəri xarakter daşıyan hadisələri düzgün qiymətləndirə 
bilmək istedadı ilə şərtləşir. Heydər Əliyev həmişə çıxışlarında yazıçı və 
şairlərimizin, alimlərimizin, mədəniyyət xadimlərimizin böyük potensiala malik 
olduğunu bildirmiş, Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm 
mədəniyyətimizin, mənəviyyatımızın inkişafında böyük rolu olduğunu 
bildirmişdir. İftixar hissi ilə demək olar ki, Heydər Əliyev respublikaya rəhbərlik 
etdiyi 34 illik dövrdə böyük təşkilatçılıq, nəhəng quruculuq işləri ilə yanaşı, zəngin 
elmi-nəzəri, mənəvi bir irs yaratmışdır. Bu irs qiymətli mənəvi sərvət kimi 
elmimizin və mədəniyyətimizin “qızıl fondu” na daxil edilmişdir. 
Müasir şəraitdə ölkəmizin gələcək inkişaf yolunu işıqlandıran bu zəngin 
irsin öyrənilməsinə böyük ehtiyac hiss edilməkdədir. Respublikamızın 
vətəndaşlarının, ziyalılarının, alimlərin, mütəxəssislərin, əhalinin bütün 
təbəqələrinin, xüsusilə vətənimizin gələcəyi olan gənclərin bu irsi dərindən 
mənimsəməsinə ciddi ehtiyac duyulmaqdadır. Heydər Əliyevin elmimizə, 
tariximizə, dilimizə, milli ideologiyamıza, soykökümüzə həsr edilmiş dərin 
məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün sahələrində 
aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Bu əsərlər azərbaycanşünaslığa 
böyük hədiyyədir. Heydər Əliyevin nəzəri irsi həmçinin Azərbaycan 
dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər 
siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə 
hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir əsəri böyük əhəmiyyətə malikdir. 
Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə 
yaşayacaq, neçə -neçə nəsillərə, Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir. 
Çünki bu əsərlər zamanın sifarişidir, xalqın tarixidir, salnaməsidir. Bu əsərləri 
zaman özü yaratdığından daim yaşayacaq, gələcəyə işıq saçacaq. 
Ölkəmizin siyasi həyatında özünəməxsus yeri olan Yeni Azərbaycan 
Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan ulu 
öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni 
Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli 
varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı 
azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən 
çəkinməyərək ən çirkin vasitələrə əl atırdılar. Ulu öndərin “dünənin, bugünün, 
gələcəyin partiyası” deyə həm keçmişini, həm bugününü, həm də gələcəyini 
müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri 
bu təşkilatın cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, xalqın bu 
Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə