Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
1   ...   5   6   7   8   9   10   11   12   13
Heyder Eliyev

Səhnəyə “Böyük Ömrün dastanı” poemasını sənələşdirən oxucular çıxırlar. 
I oxucu (Şair):
Verdi salamını müdriklər kimi, 
Önümdə bir aqil qoca dayandı. 
Sandım ki Tanrıdı qarşımda duran, 
Qalxdı, ucalardan uca dayandı. 
II oxucu (Aqil qoca):
“Eşitdim Heydərdən kitab yazırsan 
Gəldim əllərini sıxmağa, oğul. 
Dizində güc gərək, qəlbində təpər, 
O qarlı zirvəni çıxmağa, oğul. 
Gəril kaman kimi, dartıl yay kimi, 
Bir düşün əsəri kimdən yazırsan. 
Dövlətin dayağı, millətin ruhu, 
Ən sağlam özüldən, himdən yazırsan. 
Tərəzi deyilən elin gözüdü, 
Səni də çəkəcək, kitabını da. 
Ürəkdənmi gəlir, dodaqdanmı söz, 
Çox dürüst verəcək cavabını da. 
Rəssamın silahı rəngdi, fırçadı, 
Memarın sərvəti qayadı, daşdı. 


27 
Sözdən elə yarat o heykəli sən
Desinlər ən böyük heykəltaraşdı! 
I oxucu (Şair):
Onun könül açan ürək sözləri, 
Döndü qanadlara, döndü qollara. 
Dahi bir insandan yazmaq eşqinə 
Allahı çağırıb çıxdım yollara. 
İnsan köküm oldu, mələk budağım, 
Kökdən qanadlandım budağa doğru. 
Çəkdi yaratdığım bu dastan məni 
Vətənə, millətə, torpağa doğru. 
Dilində səslənən hər müqəddəs ad 
Dilimdə sərvətdi, damağımda dad. 
Ey böyük sərkərdə, ey böyük ustad, 
Hər sətrin səngərim, yarağım oldu. 
Eşqim, məhəbbətim, gücüm, qeyrətim, 
Baxışım, marağım, sevgim, heyrətim, 
Zəvvarı azalmaz bir ziyarətim, 
Səcdəgah deyilən torpağım oldu. 
Gəldi dostluq günü, gəldi dost anı, 
Qoymadım qılıncım qında paslana. 
Adına yazdığım “Heydər dastanı” 
Başımın üstündə bayrağım oldu. 
I Aparıcı:
Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib 
hissəsi olan kitabxana quruculuğu sahəsində də, misilsiz 
xidmətləri vardır. XX əsrin II yarısında respublikada kitabxana 
şəbəkələrinin inkişafı, kitabxanaların mərkəzləşdirilməsi, 
kitabxana fondlarının inkişafı, əhaliyə kitabxana xidmətinin 
yaxşılaşdırılması, kitabxanaların maddi-texniki bazasının və 
kadr potensialının möhkəmləndirilməsi istiqamətində Heydər 
Əliyevin gördüyü işlər danılmazdır. Müstəqillik dövründə 
kitabxanaların qorunub saxlanılması, kitabxana işinin inkişaf 
istiqamətləri və dövlətin kitabxana siyasətinin formalaşmasında 
Heydər Əliyevin rolu böyükdür. Bəli, Ümummilli lider Heydər 
Əliyev bütün sahələr kimi kitabxana sahəsində də nailiyyətləri 
böyükdür. 
Sözləri Valeh Mirzəyə aid olan Heydər Əliyevin xatirəsinə yazılmış”Bir el sevindi” 
şeirinə oxucularımızın ifasında dinlənilir. 
I Oxucu:
Bu xalqın ümidi qırılan deyil – 
Bu xalqın nicatı Öndər olubdur. 
Daxili düşmənlər cövlan edəndə, 
Xilaskar Atamız Heydər olubdur. 
Çox ağrı-acılar çəksə də başı, 
Üzü ağ çıxıbdır sınaqlardan o. 
Qoymadı bölünə Vətən torpağı, 


28 
Qorudu milləti qınaqlardan o, 
II Oxucu:
O, böyük işlərin müəllifiydi, 
Qurub – yaradandı... Yaradan kimi. 
Millətin yolunda, xalqın yolunda 
Verdi o, özünü bir qurban kimi. 
Bir oğul böyütdü, öz sevgisiylə 
Vətəni sevməyi öyrətdi ona. 
İşıqlı yolların döngələrində, 
Ata nəsihəti örnəkdi ona. 
III Oxucu:
Bir oğul böyütdü, oğul! – deyirəm, 
Surəti gözümdə, ürəyimdədir. 
Halal süfrəmizə, çörəyimizə, 
Haram qatanlara dərs verdi bir – bir. 
Bir oğul böyütdü, oğul! – deyirəm, 
İşıqlı gələcək açarı onda. 
Bir ev sevinmədi, bir el sevindi, 
Heydər davamçısı İlham olanda.
II Aparıcı:
1969-1985-ci illərdə respublikamızda mədəni quruculuq 
sahəsində həyata keçirilən böyük tədbirlər kitabxana işinin 
inkişafına da müsbət təsir göstərmiş, əvvəllər ləğv edilmiş kənd 
kitabxanaları planauyğun qaydada ardıcıl olaraq bərpa olunmuş, 
kənd rayonlarının yaşayış məntəqələrində kitabxanalar təşkil 
edilmiş, 
kitabxanaların 
maddi-texniki 
bazası 
möhkəmləndirilmiş, kitabxana işinin maliyyələşdirilməsinə 
diqqət artırılmışdır. Məhz bu illərdə həm kənd yerlərində, həm 
də şəhərlərdə yeni kitabxana binalarının tikilməsinə, mövcud 
binaların bərpa və təmiri işlərinə vəsait ayrılmağa 
başlanılmışdır. Kitabxanaların mərkəzləşdirilməsi məsələsi 
respublikamızda da müvəffəqiyyətlə başa çatdırılmış, mühüm 
elmi-təcrübi nəticələr əldə edilmişdir. Ulu öndər kitab və 
kitabxana işinin böyük mədəni əhəmiyyətini yüksək 
qiymətləndirmiş, onu ölkəmizin ümumi mədəniyyətinin əsas 
göstəricisi kimi qiymətləndirmişdir. Bu da Heydər Əliyevin 
yüksək elmi, mədəni və intellektual səviyyəsi ilə, bəşəri 
xarakter daşıyan hadisələri düzgün qiymətləndirə bilmək 
istedadı ilə şərtləşir. Ulu öndər kitabxanaların fəaliyyətinə, 
kitabxanaçı əməyinə yüksək qiymət vermişdir. Heydər Əliyev 
həmişə çıxışlarında yazıçı və şairlərimizin, alimlərimizin, 
mədəniyyət xadimlərimizin böyük potensiala malik olduğunu 
bildirmiş, 
Azərbaycan 
xalqının 
təhsillənməsində, 
biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın 
inkişafında böyük rolu olduğunu bildirmişdir. Söhbət Ulu 
Öndər Heydər Əliyevin mədəniyyət sahəsində gürdüyü işlərdən 
düşmüşkən gəlin yuxarı sinif şagirdlərinin ifasında Ümummilli 


29 
liderimizin mədəniyyətdən bəhs edən hikmətli sözlərinə qulaq 
asaq. 

Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə