Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə26/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

84
inkişaf» adlı beynəlxalq konfransında Davamlı inkişaf kon-
sepsiyası qəbul edilmişdir. Bu konfransın qlobal əhəmiyyəti 
ondan ibarətdir ki, bəşəriyyətin mövcudluğu və gələcək in-
kişafının ətraf mühitin imkanlarından asılı olduğu tarixdə ilk 
dəfə olaraq dünya ölkələrinin hökumət və dövlət rəhbərləri 
səviyyəsində rəsmi olaraq etiraf edilmişdir.
BMT-nin  RİO  konfransının  yekun  sənədlərində  göstə-
rilmişdir  ki,  «Hökumətlər  müva iq  beynəlxalq  təşkilatlarla 
əməkdaşlıq şəraitində Davamlı inkişafın milli strategiyasını 
qəbul etməlidirlər.» Rio-de-Janeyroda irəli sürülən bu çağı-
rış artıq BMT tərə indən dünya ölkələri üçün sosial-iqtisadi 
və ekoloji proqram kimi təklif olunmuşdur. BMT-nin RİO-92 
konfransında qəbul edilmiş və davamlı inkişaf üzrə öz milli 
strategiyalarını hazırlamaq üçün dünya ölkələrinə tövsiyyə 
edilmiş  ən  mühüm  sənəd  –  «XXI  əsrin  gündəliyi»  (Aqenda 
21) adlanan sənəddir. Bu sənəd XXI əsr üçün dünya ölkələri-
nin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən və hər 
bir ölkədə milli səviyyədə davamlı inkişaf konsepsiyasını ha-
zırlamaq üçün ümumi fəaliyyət proqramıdır. (76,s. 25-26)
Davamlı inkişaf konsepsiyasının məntiqi mahiyyəti Pla-
netin  təbii  ehtiyatlarından  səmərəli  və  qənaətlə  istifadə, 
təbii mühitin qorunub saxlanılması, indiki və gələcək nəsil-
lərin həyat key iyyətinin yaxşılaşdırılması şərtilə insanların 
tələbatının ağıllı şəkildə ödənilməsi, xalqlar arasında sülh və 
əmin-amanlığın  qorunub  saxlanılmasına  yönəlmiş  iqtisadi, 
sosial, ekoloji və mədəni inkişafı nəzərdə tutur.
  Son illərdə nəşr olunmuş elmi ədəbiyyatı araşdıraraq 
belə  qənaətə  gəlmək  olar  ki,  bəşəriyyətin  yaşayışı,  əsasən, 
özündə milli mədəniyyəti və ümumbəşəri dəyərləri birləş-
dirən  vahid  ekoloji  mədəniyyətin  yaradılmasından  asılıdır. 
Belə  vahid  əsasa  söykənən  çoxnövlü  mədəniyyət  davamlı 
inkişafın ekohumanist dəyərlərinə xidmət edir. Davamlı in-
kişafa keçid prosesində qlobal ekoloji təhlükəsizliyin təmin 


85
olunması yeni mədəni sintezin vacib şərtidir. Vahid ekoloji 
mədəniyyətin  yaradılması  insanı  və  təbiəti  birləşdirməyə, 
daha dərin təfəkkürə əsaslanan yeni üsullar yaradılmasına 
imkan verir.
Vahid  ekoloji  mədəniyyətin  meyarı  ekoloji  etikanın 
dəyərləri  ilə  şərtlənir.  Ekoloji  etika  insanın  insana,  cəmiy-
yətə olan münasibətləri ilə yanaşı insanın bütövlükdə təbiətə 
olan  münasibətlərinin  məcmusunu  da  özündə  ehtiva  edir. 
Ekoloji etikanın mühüm prinsiplərindən biri təbii sərvətlə-
ri,  ətraf  mühit  dəyərlərini,  bütövlükdə  təbii  şəraiti  gələcək 
nəsillər üçün qoruyub saxlamaqdan ibarətdir. Bu baxımdan 
ekoloji etikanın prinsipləri davamlı inkişafın bəzi prinsipləri 
ilə üst-üstə düşür. Məsələn, davamlı inkişafın prinsiplərinə 
uyğun gələn ekoloji etikanın aşağıdakı tələblərini buna misal 
göstərmək olar:
– Gələcək nəsillərin mövcudluq imkanlarının məhv edil-
məsinə yönəlmiş hərəkətlərdən imtina edilməsi;
– Ətraf mühit haqqında qərar qəbulunda gələcək nəsillər 
qarşısındakı məsuliyyət hissinin prioritet təşkil etməsi;
–  İndiki  nəsillərin  mənafeyi  naminə  gələcək  nəsillərin 
mənafeyinin qurban verilməsinin yolverilməz olması və s.
  Buradan  göründüyü  kimi,  davamlı  inkişaf  konsepsiya-
sının  mahiyyətinin  əks  olunduğu  RİO  bəyənnaməsinin  – 
«İnkişaf  hüququ  elə  həyata  keçirilməlidir  ki,  ətraf  mühitin 
saxlanılması və inkişafı indiki və gələcək nəslin tələbatının 
ödənilməsini də nəzərdə tutmalıdır» – adlanan 3-cü prinsipi 
ekoloji etikanın əsas tələbləri ilə üst-üstə düşür.
Qeyd  etmək  lazımdır  ki,  hər  hansı  bir  cəmiyyətdə  da-
vamlı inkişafa keçilməsində yeni şüurun formalaşması zəru-
ri şərtlərdən biridir. Ətraf mühitə münasibətdə yeni şüurun 
formalaşması məqsədyönlü mədəni transformasiyanın əsa-
sını  təşkil  edə  bilər.  İnsanın  hər  hansı  bir  fəaliyyəti  müəy-
yən əqidə, bilik və təcrübə əsasında şüurlu olaraq formalaş-


86
dırılır.  Fərdi  şüurun  və  ekoloji  mədəniyyətin  formalaşması 
həmin fərdin davranışında, tələbatında dəyişiklik edir. Eyni 
zamanda  cəmiyyətin  ekoloji  şüurunun  və  mədəniyyətinin 
formalaşması ictimai tələbatların, davranışların, onun forma 
və səviyyələrinin ictimai şüurda dərk edilməsindən asılıdır. 
Qlobal ekoloji problemlərin təsiri daha çox hiss olunduq-
ca (hazırda dünyanın müxtəlif bölgələrində baş verən təbii 
fəlakətlər , istiləşmə, sel və daşqınların çoxalması və s.) eko-
loji şüurda cəmiyyətin və təbiətin davamlı inkişafına cəhd-
lərlə əlaqədar yeni prinsipial komponentlər meydana gəlir. 
Daha doğrusu, ekoloji mədəniyyətə söykənən şüur təbii ob-
yektləri dünyanın dərk edilməsi kimi görür və onlara təbiət 
sisteminin tərkib hissəsi kimi qorunub saxlanmaq mənasını 
verir. İnsanların şüurunda davamlı inkişafa keçilməsinin zə-
ruriliyi də bununla şərtlənir. 
Davamlı inkişafa keçilməsində sosial-humanitar aspekt-
lər  mühüm  rol  oynayır.  Sosial-humanitar  aspektlərin  əsas 
mahiyyəti insana qayğının gücləndirilməsi və insanların fəa-
liyyət imkanlarının və başarıq potensiallarının artırılmasını 
təmin etməkdən ibarətdir. 
Son  illərdə  Respublikamızda  insan  inkişafına  xidmət 
edən  sosial-humanitar  aspektlərin  yaxşılaşdırılması  üçün 
xeyli işlər görülmüş və müəyyən tədbirlər həyata keçirilmiş-
dir. Bu tədbirlərdən biri prezident İ.Əliyevin “2008-2015-ci 
illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılma-
sı və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi 
üzrə  Tədbirlər  Planı  (2011-2015-ci  illər)  haqqında  Sərən-
camın  imzalanmasıdır.  İctimai  həyatın  bütün  sahələrində 
irəliyə  doğru  ciddi  dəyişikliyi  nəzərdə  tutan  bu  Tədbirlər 
Planı  özündə  siyasi-iqtisadi,  sosial-humanitar,  mədəniyyət, 
turizm, idman və digər bölmələrə aid sistemli və əhatəli la-
yihələrin həyata keçirilməsini əks etdirən strateji sənəd sa-
yıla bilər.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə