Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə23/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

74
tiqamətində bəzi təkli lərimiz yerinə düşərdi:
1.Dinlər və bu dinlərin bütün müqəddəs şəxsləri, kitab-
ları, mətnləri və inancları müqəddəs hesab edilməli və heç 
bir vəziyyətdə bu dinlər və onların ehtiva etdiyi dəyərlər heç 
bir şəkildə təhqir olunmamalıdır. 
2.Dövlətin siyasətinə uyğun şəkildə cəmiyyətdə dini ma-
ari ləndirmə işləri aparılmalı və bu istiqamətdə maari ləndi-
rici vəsaitlər hazırlanmalıdır.
3.Kütləvi informasiya vasitələrində dinləri təhqir və aşa-
ğılayan heç bir sözə, ibarəyə, ifadəyə, və hərəkətə yol veril-
məməlidir.
4.Ölkənin Konstitusiyasına müva iq olaraq dinlərin təb-
liği,  inancların  yaşanması  və  ibadətlərin  yerinə  yetirilməsi 
təmin edilməlidir.
5.Dini sahədə cəmiyyətdə ayrıseçkilik, hərc-mərclik, öz-
başınalıq, radikal və fanatik bütün davranışların və hərəkət-
lərin qarşısının alınması üçün maari ləndirici tədbirlər gö-
rülməlidir.
6.Hər  hansı  bir  cəmiyyətdə  dinlərin  tolerant  dəyərlər 
için də  yaşaması  və  fəaliyyət  göstərməsi  insanlara  elmi  və 
me todik yollarla aşılanmalıdır. 
 


75
III FƏSİL 
QLOBALLAŞMA DÖVRÜNDƏ DİNLƏRARASI VƏ 
MƏDƏNİYYƏTLƏRARASI DİALOQ DAVAMLI 
İNKİŞAFIN ƏSASIDIR.
3.1.Qloballaşma və Azərbaycan
Azərbaycan qloballaşmanın inkişafına müsbət mə-
nada öz töhfəsini verir. Mənim ölkəm dünya miqya-
sında geostrateji əhəmiyyətə malik öz coğra i mövqe-
yindən, ehtiyatlarından və potensialından istifadə 
edərək Şərq ilə Qərb arasında zəngin tarixi keçmiş-
dən başlanan və gələcəyə istiqamətlənən körpü rolu-
nu səmərəli surətdə həyata keçirir. 
Heydər Əliyev
Son vaxtlar qloballaşma haqqında xeyli əsərlər yazılmış 
və onun müxtəlif istiqamətləri elmi araşdırmaların tədqiqat 
obyektinə çevrilmişdir.
Məlumdur  ki,  XX  əsrdə  bəşəriyyətin  elmi-texniki,  so-
sial-iqtisadi,  ictimai-siyasi,  incəsənət  və  mədəniyyət  sahə-
sində əldə etdiyi uğurlar, onun bütün tarix boyu əldə etdiyi 
nailiy yətlərdən qat-qat yüksək olmuşdur.
Qloballaşma termini də XX əsrin 80-ci illərində meyda-
na  gəlmişdir.  Qloballaşma  termininin  yaranması  Amerika 
alimi  T.Levitin  adıyla  bağlıdır.  Lakin  bu  terminin  elmi  döv-
riyyəyə  çıxarılmasında  Amerika  sosioloqu  R.Robertsonun 
mühüm rolu olmuşdur. Bundan başqa, alimlərdən A.Kinq, A.
Toynbi, B.Şnayder, S.Xattinqton, A.Peççei, M.Uoters, C.Soros, 
K.Omaye, M.S.Makluen, A.N.Bueva, Y.V.Yakovets və başqaları 
tərə indən qloballaşmanın mahiyyəti, onun istiqamətləri və 
perspektivləri haqda bir çox araşdırmalar aparılmışdır.
Respublikamızda  isə  qloballaşmanın  fəlsə i  tədqiqi, 


76
əsasən, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutun-
da həyata keçirilməkdədir.
Terminoloji  cəhətdən  qloballaşmanın  hər i  mənası-
na  gəldikdə  “qlobal”,  “hər  şeyi  əhatə  edən”,  “ümumdünya”, 
“ümumi  planetar”  hadisə  mənasını  bildirir.  Sosial-fəlsə i 
planda  qloballaşmanın  mahiyyətini  şərh  edərkən  prosesin 
sosiallığını və dünyəviliyini başa düşmək lazımdır.
Qloballaşmada iqtisadi və maliyyə cəhətdən də inteqra-
siya prosesi baş verir. Bu prosesdə pul vahidi kimi ABŞ dolları 
əsas tədiyyə vasitəsinə çevrilmişdir. Bəzən bu baxımdan bir 
çox tədqiqatçılar qloballaşmanı amerikanlaşma kimi təqdim 
edirlər. Digər tərəfdən bəzi tədqiqatçılar isə ABŞ-ın dünya-
da gedən hərbi-siyasi (Əfqanıstan, İraq və s.), sosial-iqtisadi 
və  mədəni  proseslərə  müdaxiləsini  əsas  götürərək  qlobal-
laşmanı  amerikanlaşma  kimi  izah  edirlər.  Məsələn,  məş-
hur  Amerika  politoloqu  N.Kissincer  12  sentyabr  1999-cu 
ildə İrlandiyanın “Trinti Kollec”də söylədiyi mühazirəsində 
demişdir: “Əsas məsələ budur ki, hamının qloballaşma ad-
landırdığı proses əslində ABŞ-ın bütün sahələrdə hökmran 
rolunun  genişləndirilməsinin  sadəcə  başqa  cür  adlandırıl-
masıdır.”(66,s.12-13)
Qloballaşma  –  beynəlxalq  səviyyədə  inteqrasiya  prose-
sinin ən yüksək mərhələsi olub dünya ölkələrinin mədəniy-
yət,  iqtisadiyyat  və  institusional  yaxınlaşmasıdır.  İqtisadi 
baxımdan  qloballaşma  ümumdünya  investisiya  və  inteqra-
siya mühitinin yaradılmasıdır. Siyasi kontekstdə isə qlobal-
laşma müasir beynəlxalq geosiyasi mərkəzlər arasında siyasi 
mübarizə və siyasi rəqabətə əsaslı təsir göstərən amillərdir. 
Bəzi tədqiqatçılar qloballaşmanı bəşəriyyətin mövcudluğu-
na əsaslı şəkildə təhlükə yaradan proses kimi şərh edirlər. 
Bu  ikirlər hazırda qloballaşmaya qarşı çıxan antiqlobalistlər 
hərəkatının formalaşmasında mühüm rol oynamışdır.
Sosial-fəlsə i  anlamda  qloballaşmanı  ümumbəşəri  miq-
yasda tərəqqi prosesinin tərkib hissəsi kimi dəyərləndirmək 


77
olar.  BMT-nin  təşəbbüsü  ilə  2000-ci  ilin  sentyabr  ayında 
Amerikanın Nyu-York şəhərində keçirilən “Minilliyin Foru-
mu”nda iştirak edən Ümummilli liderimiz H.Əliyev qlo-
ballaşma prosesinin mahiyyətindən bəhs edərək demiş-
dir: “Dünyanın inkişafının indiki mərhələsinin başlıca 
meyli qloballaşmadır. Bu mürəkkəb və heç də birmənalı 
olmayan prosesin perspektivləri bizim hamımızı dü-
şündürür. Qloballaşma dövlətlərin davamlı inkişafının, 
bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin 
təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkili-
yin aradan qaldırılmasına, xalqların rifah halının yük-
səlməsinə kömək etməlidir.”(67,s.3-4)
Əksər  alimlər  qloballaşma  prosesini  informasiya-kom-
munikasiya vasitələrinin inkişafı nəticəsində baş verən təza-
hür kimi qiymətləndirir. Belə ki, informasiya inqilabı qlobal-
laşma  prosesinin  genişlənməsinə  öz  təsirini  göstərmişdir. 
Digər tərəfdən qloballaşma informasiya sahəsində baş verən 
proseslərə yeni tələbat yaratmışdır. 
İnformasiya  inqilabının  qloballaşma  prosesinə  təsiri 
məsələlərini araşdırmaq üçün Amerikanın Harvard univer-
sitetinin  professoru  S.Xattinqtonun  “Sivilizasiyaların  mü-
barizəsi” təliminə diqqət yetirmək lazımdır. S.Xattinqtonun 
ikrinə görə, qloballaşma prosesi sürətləndikcə millət-dövlət 
anlayışı getdikcə aradan qalxır, ayrı-ayrı ölkələrin mədəniy-
yətində oxşar cəhətlər və eyniliklər yaranır. Lakin ayrı-ayrı 
sivilizasiyaların mədəniyyətinin üst qatında olan fərqlər si-
linsə də, alt laylarda olan etnik fərqlər arasında münasibət-
lər kəskinləşir və müxtəlif mədəni mərkəzlər arasında qar-
şıdurma  artır.  S.Xattinqtona  görə,  bu  prosesdə  informasiya 
mühitinin genişlənməsi əsas rol oynayır.
 
(68,s.300)
Müasir  informasiya  texnologiyaları  müxtəlif  ölkələr-
də  baş  verən  prosesləri  bir-biri  ilə  yaxınlaşdırmış,  onların 
paralel  şəkildə  rabitəsi  təmin  edilmişdir.  İnformasiya  tex-
nologiyalarının  tətbiqi  nəticəsində  cəmiyyətin  intellektu-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə