Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə19/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

62
Müstəqillik  qazanmış  Azərbaycan  Respublikası  da  öz 
milli  təhlükəsizlik  konsepsiyasını  hazırlayaraq  onu  həyata 
keçirməkdədir. 23 may 2007-ci il tarixli Prezident Sərənca-
mı ilə təsdiq edilmiş Milli Təhlükəsizlik Konsepsiyası xalqı-
mızın  milli  maraqlarını  əhatə  edən  uzunmüddətli  strateji 
proqramdır. Milli Təhlükəsizlik Konsepsiyası (MTK) giriş, 4 
bölmə, 22 yarımbölmə və yekun müddəalardan ibarətdir.
Milli Təhlükəsizlik Konsepsiyasının mündəricatında irəli 
sürülən əsas məsələlər aşağıdakılardır:
I.Təhlükəsizlik mühiti.
II.Azərbaycan Respublikasının milli maraqları.
III.Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinə 
təhdidlər.
Ölkəmizin milli təhlükəsizliyinə təhdidlər bu konsepsi-
yada  geniş  şərh  edilmişdir  ki,  bunlardan  bəzilərinə  diqqət 
yetirək:
3.1.Azərbaycan  Respublikasının  müstəqilliyi,  ərazi  bü-
tovlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər.
3.2.Qanunun aliliyinə nail olunması, ictimai asayişin qo-
runması  və  insan  hüquq  və  azadlıqlarının  müda iəsi  sahə-
sində dövlət funksiyalarının yerinə yetirməyə qarşı fəaliyyət.
3.3.Separatçılıq, etnik siyasət və dini ekstremizm. (55)
Buradan  göründüyü  kimi,  dini  təhlükəsizlik  milli  təh-
lükəsizlik  konsepsiyasının  3.3.-yarımbölməsində  konkret 
şəkildə  öz  ifadəsini  tapmışdır.  Azərbaycan  Respublikasının 
Milli  Təhlükəsizlik  siyasətinin  əsas  istiqamətləri  konsepsi-
yanın  IV  bölməsində  geniş  şərh  edilmişdir.  Konsepsiyanın 
4.32-ci yarımbölməsində “Milli və dini tolerantlıq mühiti-
nin qorunması
 –
 adlanan hissə MTK-nın əsas istiqamətlə-
rindən biri kimi qarşıya qoyulmuşdur.
Göstərmək  lazımdır  ki,  dini  təhlükələr,  dinlərarası  mü-
naqişələr,  təriqətlərarası  ziddiyyətlərlə  bağlı  müxtəlif  böl-
gələrdə baş verən toqquşmalar tarixdən bizə yaxşı məlum-


63
dur.  Səlib  müharibələrini,  Şimali  İrlandiyada  (Belfast)  XIII 
əsrdən indiyə kimi katoliklərlə protestantlar arasındakı dini 
zəmində baş verən münaqişələri yuxarıda deyilənlərə misal 
göstərmək olar.
Lakin qeyd etmək lazımdır ki, başqa bölgələrdən fərqli 
olaraq  Şərqlə  Qərbin  qovuşuğunda  yerləşən  Azərbaycanda 
tarixən  müxtəlif  dinlərə  və  mədəniyyətlərə  mənsub  olan 
xalqlar  bir  ailə  kimi  həmişə  sülh  və  əminamanlıq  şəraitin-
də yaşamışlar. 2011-ci il 10-11 oktyabrda Bakıda “XXI əsr: 
ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Huma-
nitar Forumda çıxış edən Azərbaycan Respublikasının pre-
zidenti  İ.Əliyev  tarixən  ölkəmizin  milli  və  dini  dözümlülük 
ənənəsinə  malik  olduğunu  vurğulayaraq  demişdir:  “Heç 
vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir 
qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrıseç-
kiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan 
bu ənənələrə sadiqdir
.”(56)
Qeyd edək ki, Prezident İ.Əliyevin Forumda söylədiyi bu 
ikirlər Milli Təhlükəsizlik Konsepsiyasının müva iq bölmə-
sində öz əksini tapmışdır. Bununla yanaşı, dinindən və mil-
liyyətindən asılı olmayaraq bütün vətəndaşların qanun qar-
şısında bərabərliyi prinsipləri, ölkədə bərqərar edilmiş milli 
və dini tolerantlıq mühitinin qorunması da dövlət qarşısında 
duran prioritet məsələlərdən biri kimi mövcud konsepsiya-
da öz ifadəsini tapmışdır. 
Bu məsələ konsepsiyada aşağıdakı kimi formulə edilmiş-
dir: “Azərbaycan Respublikası həmişə müxtəlif millətlərin və 
dinlərin sülh şəraitində birgə yaşayışına nümunə olmuşdur. 
Azərbaycan  dövləti  cəmiyyətin  maraqlarından  irəli  gələn 
rasional  milli  siyasət  kursunu,  dini  tolerantlıq  mühitinin 
qorunması  və  inkişafını,  bütün  vətəndaşların  qanun  qarşı-
sında bərabərliyi və qanunun aliliyini, demokratik hüquq və 
azadlıqların, həmçinin insanların bu hüquq və azadlıqların-


64
dan  sərbəst  istifadə  imkanlarının  təmin  edilməsini  müva-
iq riskin real təhdidə çevrilməsinin qarşısının alınması və 
neytrallaşdırılmasının  mühüm  şərtləri  qismində  nəzərdən 
keçirilir. Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və 
dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlət qar-
şısında duran başlıca vəzifələrdən hesab olunur.”(57)
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  dövlət-din  mü-
nasibətlərinin  tənzimlənməsində  Dini  Qurumlar  üzrə  Döv-
lət  Komitəsinin  (DQDK)  fəaliyyəti  mühüm  əhəmiyyət  kəsb 
edir.  DQDK  yarandığı  gündən  Respublikamızda  fəaliyyət 
göstərən  müxtəlif  dini  icmaların  qeydiyyatdan  keçirilmə-
si,  onların  müva iq  qanunvericiliyə  uyğun  şəkildə  fəaliyyət 
göstərməsinə nəzarət edilməsi, başqa ölkələrin dini qurum-
ları ilə əməkdaşlıq məsələlərinin həyata keçirilməsi, respub-
likamızda mövcud olan müxtəlif dini konfessiyalar arasında 
dini dözümlülüyün qorunub saxlanması sahəsində mühüm 
rol oynamışdır. Qeyd edək ki, DQDK-nin 10 illik fəaliyyətinə 
nəzər  salmaq,  bu  müddətdə  komitənin  dövlət-din  münasi-
bətlərinin tənzimlənməsi sahəsində gördüyü işlərə bir daha 
diqqət yetirmək məqsədilə 2011-ci il 21 iyunda Bakıda din-
şünaslıq sahəsində mütəxəssislər, dini icma rəhbərləri, QHT 
və  KİV  nümayəndələrinin  iştirakı  ilə  “DQDK  10  il”  mövzu-
sunda  dəyirmi  masa  keçirilmişdir.  Toplantının  yekununda 
tədbir  iştirakçıları  Azərbaycan  Prezidenti  İ.Əliyevə  müra-
ciət ünvanlayıblar. Müraciətdə ulu öndər H.Əliyevin 21 iyun 
2001-ci il tarixli, 512 saylı Fərmanı ilə DQDK-nin yaradılma-
sının əhəmiyyəti vurğulanmış və göstərilmişdir ki, ölkəmiz-
də zərərli dini cərəyanların və ekstremist meyllərin qarşısı-
nın alınması, eləcə də bu sahədə mövcud problemlərin həlli 
istiqamətində xeyli iş görülmüşdür.
Bununla yanaşı dini problemlər sahəsində qarşıda hələ 
görüləsi  işlərin  çox  olduğunu  bildirərək,  xüsusən,  gənclər 
arasında  dini  maari ləndirmə  işlərini  genişləndirməyi  vur-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə