Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə16/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

53
icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyya-
tı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını 
istehsal, idxal edə və sərbəst yaya bilər.”(49,s.578)
Qanunun 5-ci fəslində dini icma və dini qurumlarda əmək 
fəaliyyətinin hüquqi və sosial aspektləri əhatə olunmuşdur. 
Hər  şeydən  əvvəl  qanunun  bu  fəslində  dini  qurumlarda 
əmək-hüquq münasibətləri (maddə 25), dini qurumlarda iş-
ləyən vətəndaşların əmək hüququ, onların sosial təminatı və 
sosial sığortası (maddə 26, 27) təsbit olunmuşdur. Mövcud 
qanunun 6-cı fəslində isə dövlət orqanları ilə dini qurumlar 
arasında sosial-hüquqi münasibətlər təsbit olunmuşdur. Bu 
bölmədə dini işlər üzrə müva iq icra hakimiyyəti orqanının 
(qeyd edək ki, mövcud qanun qəbul ediləndə Dini Qurumlar-
la İş üzrə Dövlət Komitəsi yaradılmamışdı və bu qurumu di-
gər müva iq icra orqanları əvəz edirdi) əsas funksiyası, fəa-
liyyət istiqamətləri müəyyən qədər şərh edilmiş, dini etiqad 
azadlığı haqqında qanunvericilik üzərində nəzarətin həyata 
keçirilməsinin hüquqi aspektləri öz ifadəsini tapmışdır.
Mövcud qanunun şərhi və sosioloji müşahidələr göstərir 
ki, qanun qəbul olunandan (1992) indiyə kimi Azərbaycan 
cəmiyyətində  bütün  sahələrdə  irəliyə  doğru  böyük  inkişaf 
baş verməsinə baxmayaraq, dini məsələlər, dini etiqad azad-
lığının  bəzi  hüquqi  tərə ləri,  xüsusən,  dini  etiqad  azadlığı 
və  dini  təhlükəsizliyin  qarşılıqlı  münasibətləri  ilə  bağlı  əv-
vəlki qanunda bəzi hüquqi boşluqlar vardır. Məhz qanunda 
olan bu boşluqların doldurulması üçün vaxtaşırı olaraq dini 
etiqad azadlığı ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər 
edilmişdir. Mövcud qanunvericilikdə və ona edilən əlavə və 
dəyişikliklərdə irəli sürülən hüquqi və sosioloji aspektlərin 
sosial-fəlsə i  cəhətdən  araşdırılması  mövcud  yarımbölmə-
nin əsas mahiyyətini təşkil edir.
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Azərbaycanda  siyasi,  so-
sial-iqtisadi, mədəni sahədə inkişaf və yüksəlişə doğru ciddi 


54
dəyişiklik baş verdikcə ölkəmizin qanunvericilik sistemində 
də hüquqi cəhətdən bu inkişa la uzlaşan dəyişikliklər də baş 
vermişdir. 
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbay-
can  Respublikasının  Qanununa  vaxtaşırı  olaraq  müxtə-
lif  illərdə  bir  çox  yeni  əlavə  və  dəyişikliklər  edilmişdir.  Bu 
qanuna  edilən  əlavə  və  dəyişikliklər,  həm  hüquqi,  həm  də 
müxtəlif  sosioloji  aspektləri  əhatə  etmişdir.  Məsələn,  Milli 
Məclisin 8 may 2009-cu il tarixli qərarına görə, qanunun 8-ci 
maddəsinə  aşağıdakı  məzmunda  üçüncü  hissə  əlavə  olun-
muşdur:  “İslam  dininə  aid  ibadət  yerlərinə  rəhbərlik  edən 
din  xadimləri  müva iq  icra  hakimiyyəti  orqanına  məlumat 
verməklə Qafqaz Müsəlmanları İdarəsi tərə indən təyin edi-
lir.”(50,s.1571)
Azərbaycan Respublikası Milli Məclisinin həmin qərarı-
na əsasən, qanunun 21-ci maddəsinə “İslam dininə aid ayin 
və mərasimlərin aparılması yalnız Azərbaycan Respublika-
sında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları 
tərə indən həyata keçirilə bilər” məzmununda üçüncü hissə-
nin əlavə edilməsi nəzərdə tutulmuşdur. 
Sosioloji müşahidələrə görə, burada göstərilən əlavələ-
rin edilməsi ondan irəli gəlmişdir ki, 90-cı illərin əvvəllərin-
də  ölkədə  yaranmış  xaos  və  hərc-mərclik  nəticəsində  istər 
dini ibadət yerlərinə rəhbərlik edilməsi, istərsə də dini ayin 
və mərasimlərin həyata keçirilməsində müəyyən çatışmaz-
lıqlar  yaranmışdır.  Məhz  mövcud  qanuna  vaxtaşırı  edilən 
əlavələr qanunda olan bəzi hüquqi boşluqların aradan qaldı-
rılmasına xidmət edirdi.
Bundan başqa 6-cı maddənin dördüncü hissəsinin aşa-
ğıdakı  redaksiyada  verilməsi  nəzərdə  tutulmuşdur:  “Dini 
qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) uyğun ola-
raq qanunvericilikdə müəyyən edilmiş qaydada gənclərin və 
yaşlıların  dini  təhsili  üçün  tədris  müəssisələri  yaratmaqla 


55
müəyyən  olunmuş  formada  təlim-tərbiyə  prosesini  həyata 
keçirə bilərlər.”(51,s.1080)
Qanunda  olan  bu  boşluqlardan  biri  də  burada  dini  qu-
rumların  dövlət  qeydiyyatına  alınması  (maddə  12)  təsbit 
olunduğu halda, “Dini qurumların ləğv edilməsi”nin bu qa-
nunda  öz  əksini  tapmaması  idi.  Bunu  nəzərə  alaraq,  “Dini 
qurumların  ləğv  edilməsi”  adlanan  12-ci  maddədən  sonra 
12-1-ci  maddə  ilə  qanuna  əlavə  olunmuşdur.  Bu  maddəyə 
görə, dini qurumların ləğv edilməsi aşağıdakı hallarda müm-
kün ola bilər:
1) təsisçilərin və ya nizamnamə (əsasnamə) ilə buna və-
kil edilmiş orqanın qərarı ilə;
2) müva iq icra hakimiyyəti orqanının müraciəti əsasın-
da məhkəmənin qərarı ilə.
Bu qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alın-
maqla, dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla 
ləğv edilə bilər:
1) dini qurum tərə indən Azərbaycan Respublikası Kons-
titusiyasının,  bu  qanunun  və  digər  qanunların  pozulması, 
yaxud həmin qurumun yaranma məqsədlərinə zidd olan fəa-
liyyətin həyata keçirilməsi;
2) dini etiqadın və dini həyat tərzinin zor tətbiq edilə-
cəyi  ilə  hədələməklə,  habelə  irqi,  milli,  dini,  sosial  ədavət 
və ya düşmənçilik yaratmaq məqsədilə təbliğ edilməsi, dini 
etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimlə-
ri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə 
məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik 
prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və 
təbliğ edilməsi;
3) ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulması;
4)  terrorçuluğa,  terrorçuluğun  maliyyələşdirilməsinə, 
təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkət-
lərin edilməsi;


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə