Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə12/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

41
bəbinin siyasi-ideoloji mahiyətini H.Əliyev açıq şəkildə izah 
etmişdir.
Eyni zamanda bütün Qafqaz üzrə Azərbaycanda islamşü-
naslığın araşdırılması mərkəzinin yaradılması ideyasını irəli 
sürən ulu öndər bu sahədə müəyyən işlərin görülməsini vur-
ğulamışdır. Xüsusən, Azərbaycanda bu ideyanın həyata keçi-
rilməsinə şəxsən dəstək verəcəyini bəyan edən ümummilli 
lider bu haqda demişdir: “Bu işləri görmək üçün Azərbay-
canda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır. 
Azərbaycanın Elmlər Akademiyası, Bakı Dövlət Univer-
siteti və elmi tədqiqat institutları bəlkə də bu sahə üçün 
xüsusi təşkilatlar, orqanlar, elmi mərkəzlər yaratma-
lıdırlar. Hər halda indi mən qəti deyə bilmərəm. Belə 
təşəbbüslər olsa, mən onları  dəstəkləyəcəyəm, bunlar 
üçün şərait də yaradacağam. Buna arxayın olun.” (34)
Buradan göründüyü kimi, islam dininə ehtiram və mə-
həb bət, dini-milli dəyərlərimizə hörmət, islamşünaslıq elmi-
nin  inkişaf  etdirilməsinə  ciddi  qayğı  göstərmək  istəyi  ulu 
ön dərin dini-mənəvi dəyərlərimizə bağlılığını göstərən mü-
hüm faktlardır.
2.2. Müstəqillik dövründə dövlət-din münasibətlərinin 
tənzimlənməsində H. Əliyevin rolu
Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı 
öz milli azadlığına, müstəqilliyinə nail olmuşdur. Bu 
milli, mədəni, dini ənənələrimizin bərpasına  şərait 
yaratmışdır. Biz bu şəraitin möhkəmlənməsi üçün 
bundan sonra da çalışacağıq və  əmin ola bilərsiniz 
ki, prezident kimi mən bu yolda əlimdən gələni əsir-
gəməyəcəm.
Heydər Əliyev
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 
ölkəmizdə dövlət-din münasibətlərinin yeni istiqaməti for-


42
malaşmış, respublikamızda dini tolerantlığın daha da inkişaf 
etdirilməsində hüquqi baza yaradılmışdır. 
Müstəqil  respublikamızın  ilk  dövrlərində  dini  ənənələ-
rimizin  bərpası  və  möhkəmləndirilməsi,  Azərbaycan  döv-
lətinin  din  siyasətinin  qarşısında  duran  əsas  vəzifələrdən 
biri olmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən 
sonra  Ümummilli  lider  Heydər  Əliyevin  Azərbaycançılıq 
konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibət-
lərinin,  millətlərarası  və  dinlərarası  dialoqun  genişlənməsi 
üçün əlverişli şərait yaradılmış, bu sahədə beynəlxalq hüquq 
normalarına  uyğun  qanunvericilik  bazası  bərqərar  olmuş-
dur. Bu sahədə H.Əliyev tərə indən yaradılmış müdrik siya-
si-mənəvi xətt Azərbaycan Respublikasının prezidenti cənab 
İlham  Əliyev  tərə indən  bu  gün  uğurla  davam  etdirilir  və 
zənginləşdirilir. 
Ulu öndər hələ 1994-cü ildə Təzəpir məscidində dindar-
lar  qarşısında  çıxış  edərkən  ölkəmizin  müstəqilliyi  bərpa 
olunduqdan sonra milli, dini ənənələrimizin möhkəmləndi-
rilməsindən bəhs edərək demişdir: «Azərbaycan müstəqil 
dövlətdir. Azərbaycan xalqı öz milli azadlığına, müstəqil-
liyinə nail olmuşdur. Bu milli, mədəni, dini ənənələrimi-
zin bərpasına  şərait yaratmışdır. Biz bu şəraitin möh-
kəmlənməsi üçün bundan sonra da çalışacağıq və əmin 
ola bilərsiniz ki, prezident kimi mən bu yolda əlimdən 
gələni əsirgəməyəcəm.»(35) 
Dövlət-din  münasibətlərinin  düzgün  tənzimləndiyi 
Azər baycanın bu sahədə digər ölkələrə nümunə ola biləcə-
yini irəli sürən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxü-
lislam Allahşükür Paşazadə Heydər Əliyevin dövlət-din mü-
nasibətlərinin  tənzimlənməsi  sahəsindəki  rolundan  bəhs 
edərək  demişdir:  «Heydər  Əliyev həzrətlərinin  əsasını 
qoyduğu dövlət-din münasibətləri özünəməxsus bir ör-
nək kimi təkcə bizim ölkə üçün deyil, bütün dünya üçün 


43
nümunə ola bilər. Bizim bu gün bir araya gəlməkdə əsas 
məqsədimiz Azərbaycan gerçəkliklərini öyrənmək və 
yaymaqdır. İnşallah, bu ali məqsədə birlikdə nail olaca-
ğıq.» (36,s.23) 
A.Paşazadə  müstəqil  Azərbaycan  dövlətinin  yaranma-
sında,  Azərbaycanda  din  siyasətinin  və  dövlət-din  münasi-
bətlərinin  formalaşmasında  H.Əliyevin  rolunu  şərh  edərək 
demişdir:  «Müstəqil dövlətimizin yaranmasında, möh-
kəmlənməsində  və nüfuzunun artmasında Heydər  Əli-
yev həzrətlərinin müstəsna xidmətləri olmuşdur. O, 
hakimiyyətə yenidən qayıtdıqdan sonra ölkəmizdə dini 
sahədə sabitliyə nail olunması, konfessiyalar arasın-
da dözümlülük mühitinin qorunub saxlanmasında və 
daha yüksək səviyyədə bərqərar olunması istiqamətin-
də böyük işlər görülmüş, dini icmaların fəaliyyəti üçün 
hüquqi-mənəvi  şərait yaradılmışdır. Bu məqsədyönlü 
fəaliyyətin nəticəsi olaraq, Azərbaycanda mövcud din-
lərin nümayəndələri öz ayinlərini sərbəst yerinə yetirir, 
tam hüquqlu vətəndaşlar kimi ölkənin ictimai həyatın-
da yaxından iştirak edirlər.»(37,s.24) 
Məlumdur  ki,  Azərbaycan  dövləti  dünyəvi  dövlətdir  və 
bu  baxımdan  din  dövlətdən  və  dövlət  dindən  ayrıdır.  Bü-
tün  bunlar  Azərbaycan  Respublikasının  Konstitusiyasında 
öz əksini tapmışdır. Məsələn, Azərbaycan Konstitusiyasının 
7-ci maddəsinin 1-ci bəndində göstərilmişdir: «Azərbaycan 
dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika-
dır.»(38,s.5) Konstitusiyanın 18-ci maddəsi isə din və dövlət 
münasibətlərinə həsr olunmuşdur. Burada göstərilmişdir:
«I. Azərbaycan Respublikasında din dövlətdən ayrı-
dır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
II.  İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik 
prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qa-
dağandır.
III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.»(39,s.8) 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə