Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

28
xadimlərini ələ almaq və onlar vasitəsilə sünni-şiə qarşıdur-
malarını qızışdırmaq lazımdır.” (16)
Buradan göründüyü kimi, Rusiya imperiyasının işğalçılıq 
siyasətində din amilindən istifadə edilməsi I Pyotrun “Vəsiy-
yətnamə”sində xüsusi yer tutmuşdur.
XIX əsrin əvvəlində Şimali Azərbaycan Rusiya tərə indən 
işğal edildikdən sonra çarizm burada öz müstəmləkəçilik si-
yasətini daha da dərinləşdirmək üçün bəzi tədbirlər həyata 
keçirməyə başladı. Bu tədbirlərdən biri yerli əhalinin – azər-
baycanlıların  dini  əqidəsinə  təsir  göstərmək,  onları  həm 
hüquqi-siyasi, həm də mənəvi-psixoloji cəhətdən rus çariz-
minin müstəmləkəçilik qaydalarına tabe etdirməkdən ibarət 
idi.
İslam  dininin  cihad  prinsipini  əsas  tutan  bacarıqlı  sər-
kər də  Şeyx  Şamilin  rəhbərliyi  altında  çarizmə  qarşı  uzun 
illər milli azadlıq mübarizəsi aparan Şimali Qafqaz dağlıları-
nın dini-mənəvi dəyərlərinin hansı qüvvəyə malik olduğunu 
artıq rus imperiyası yaxşı bilirdi. Məhz rus çarizminin Azər-
baycandakı  müstəmləkəçilik  siyasətində  qarşıya  qoyduğu 
məqsəd Rusiya hakim dairələrinin Qafqaz canişinliyinə gön-
dərdikləri  məx i  təlimatda  deyildiyi  kimi,  “oradakı  əhalini 
(Şimali Azərbaycandakı – H.S.) rusca danışmaq, rusca  ikir-
ləşmək və rusca duymağa məcbur etmək”dən ibarət idi.
Rus  çarizminin  Qafqazdakı  müstəmləkəçilik  siyasətin-
də  din  amilindən  istifadə  etməsini  Şeyxülislam  Allahşükür 
Paşazadə aşağıdakı kimi şərh etmişdir: “İranın və Türkiyə-
nin  müsəlman  dövlətləri  olduğunu  nəzərə  alan  və  onların 
Qafqaz müsəlmanlarına daha çox təsir göstərə biləcəyindən 
ehtiyat edən Rusiya hökuməti burada həm şiəliyin, həm də 
sünniliyin  nüfuzunu  müəyyən  qədər  məhdudlaşdırmaq  si-
yasəti  yeridirdi.  Xristianlığın  təbliğini  gücləndirmək  və  bu 
məqsədlə  Türkiyədən  və  İrandan  minlərlə  erməninin  və 
Rusiyadan  müxtəlif  bidətçi  təriqətlərin  nümayəndələrinin 


29
Azərbaycana köçürülməsi, Qafqaz müsəlmanlarının Türkiyə, 
İran  və  Ərəb  ölkələrindəki  həmməzhəbləri  ilə  əlaqələri-
nin  məhdudlaşdırılması,  Məkkə,  Mədinə,  Məşhəd,  Kərbəla, 
Nəcəf  kimi  müqəddəs  yerlərə  ziyarətlərin  qarşısını  almaq 
cəhdləri, müxtəlif islam mərkəzlərinin və müsəlman nüfuz 
sahiblərinin göstərişlərinin Qafqaz müsəlmanları üçün heç 
bir səlahiyyəti olmaması barədə rəsmi qərarlar, din xadim-
lərinin  qonşu  dövlətlərin  nə inə  fəaliyyət  göstərməkdə  gü-
nahlandırıb Qafqazdan çıxarılması və s. bu siyasətin tərkib 
hissəsini təşkil edirdi.”(17,s.93)
Göründüyü  kimi,  azərbaycanlıların  dini  əqidəsinə  və 
mənəvi-psixoloji  dəyərlərinə  təsir  edərək  onların  ruslaş-
dırılması  və  getdikcə  xristianlaşdırılması  məsələsi  XIX  əs-
rin  əvvəllərində  rus  çarizminin  qarşısında  duran  ən  vacib 
məqsədlərdən biri olmuşdur. Azərbaycanlıların “ruslaşdırıl-
ması” və “xristianlaşdırılması” məqsədi ilə çar hökuməti bu 
dövrdə Rusiyanın və Ukraynanın mərkəzi quberniyalarından 
Şimali Azərbaycana xeyli malokan, duxobor və s. təriqətlər-
dən olan ailələr köçürmüşdür. Məsələn, təkcə 1833-1843-cü 
illərdə Rusiyadan Azərbaycana köçürülənlərin hesabına bu-
rada 20-yə qədər kənd yaranmışdır.
 
Bu  köçürmələrdən  sonra  Azərbaycan  kəndlilərinin  de-
moqra ik  vəziyyətində,  həyat  tərzində,  məişət  sferasın-
da müəyyən dəyişikliklər baş verdi ki, bu da yerli əhalinin 
mənəvi-psixoloji  baxışlarında  öz  əksini  tapmaya  bilməzdi. 
Məsələn,  yerli  əhali  Azərbaycana  köçrülən  ruslara  –  “haki-
miyyət dairələrinə yaxın adamlar kimi” yanaşmağa başladı-
lar. Gəlmələr isə yerli əhalini – “geri qalmış tatarlar” adlan-
dırmağa başladılar. Bəzən isə gəlmələrlə yerli əhali arasında 
milli məişət zəminində müəyyən münaqişələr yaranırdı. 
XIX əsr Avropanın müstəmləkəçi ölkələrindən, məsələn, 
Böyük  Britaniya  və  Fransadan  fərqli  olaraq  Çar  Rusiyası 
müstəmləkə  torpaqlarında  yerli  əhalinin  dini  əqidəsinə  və 


30
milli mənəvi dəyərlərinə hörmətlə yanaşmırdı.
Belə  ki,  rus  hakim  dairələri  Azərbaycanda  öz  müstəm-
ləkəçilik  qaydalarını  möhkəmləndirmək  üçün  yerli  əhali-
nin  dini  işlərinə  qarışaraq  ruhani  rəhbərlərini  istədikləri 
vaxt  vəzifədən  azad  edir,  onların  yerinə  özlərinə  münasib 
adamları təyin edirdilər. Məsələn, 1816-cı ildən Qafqazdakı 
rus  qoşunlarının  Ali  Baş  Komandanı  təyin  edilmiş  A.P.Yer-
molov 1822-ci ildə Ti lis axundu Tanrıverdini vəzifəsindən 
azad edərək İrana sürgün etdirmişdi. Bu qərarı A.P.Yermo-
lov  onunla  əsaslandırırdı  ki,  guya  Axund  Tanrıverdi  xaric-
dən – islam ölkələrindən dəstək alıb Qafqaz müsəlmanlarını 
Rusiyaya qarşı milli azadlıq mübarizəsinə qaldırmağa cəhd 
göstərir.
 
A.P.Yermolovun  geniş  əhali  kütləsinə  ünvanlanan 
“müraciətnamə”sində göstərilirdi ki, guya axund Tanrıverdi 
“Rusiyanın faydalı himayədarlığını qəbul etməyərək” o, “hö-
kumət üçün zərərli olan xaricilərlə gizli əlaqələrin qurulma-
sını”
 
dəstəkləmişdir. (18,s.481)
Azərbaycanlıların rusların ağalığına qarşı getdikcə artan 
narazılıqlarını  aradan  qaldırmaq,  onları  müstəmləkə  qay-
dalarına  tabe  etdirmək  üçün  Rusiyanın  hakim  dairələri  ən 
müxtəlif  tədbirlərə  əl  atırdı.  Onlar  başa  düşürdülər  ki,  hər 
bir  xalqın  milli-azadlıq  mübarizəsində  dini  mənəvi  amil-
lər  həlledici  rol  oynayır.  Buna  görə  də  öz  müstəmləkəçilik 
planlarını genişləndirmək istəyən rus generalları xalqın di-
ni-mənəvi dəyərlərinə təsir etmək üçün bütün vasitələrə əl 
atırdılar. Belə ki, çar hökuməti Qafqaz müsəlmanlarına vahid 
bir mərkəzdən rəhbərlik etmək üçün 1822-ci ildə “şeyxülis-
lam” vəzifəsini yaratdı və bu vəzifəyə Salyan axundu Məhəm-
məd Əli təyin edildi.
Bundan  başqa,  rus  generalları  Qafqazda  islam  dininin 
ayrı-ayrı məzhəbləri arasında düşmənçilik toxumu səpməyə 
çalışır  və  sünnilərlə  şiələri  bir-birinə  qarşı  qoymaqdan  da 
çəkinmirdilər. Bu çirkin məqsədi həyata keçirmək üçün ça-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə