Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

38
etmişdir:  «İslam dini başqa dinlərə qarşı heç vaxt düş-
mən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gə-
lir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə 
etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın 
bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, 
milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın 
bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların ha-
mısının birliyini, vəhdətini təşkil edək. Bu da Allahtəa-
lanın buyurduğu, bizim yolumuzdur.»(29)
Azərbaycanda  islam  dininin  inkişafını  dəyərləndirən 
ulu öndər çıxışlarının birində İslam dininin inkişafına döv-
lət qayğısından bəhs edərək demişdir: «Biz bir dövlət kimi 
İslam dininin son dövrdə geniş və çox sürətlə inkişaf et-
məsini bəyənirik və bundan sonra da Azərbaycan Res-
publikasında, müstəqil Azərbaycanda hər bir insanın 
sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və on-
lardan istifadə etməsinə bütün imkanları yaradacağıq. 
Nəinki imkanlar yaradacağıq, biz islam dininin inkişafı 
üçün dövlət tərə indən lazımi tədbirlərin hamısını görə-
cəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqı-
nın, bütün İslam aləminə mənsub olan insanların, məx-
luqun ən yüksək mənəviyyat mənbəyidir.»(30).
H.Əliyev İslam dini ilə bağlı beynəlxalq elmi tədbirlərin 
respublikamızda keçirilməsinin həmişə təşəbbüskarı olmuş-
dur. Onun təşəbbüsü və dəstəyi ilə 1993-2002-ci illərdə İs-
lam dini və islam mədəniyyəti ilə bağlı Bakıda çoxlu tədbir-
lər keçirilmişdir. 
Azərbaycan İslam dünyasının bir parçası olduğuna görə, 
Şərqlə Qərbin qovuşuğunda yerləşdiyinə və Qafqazda ən bö-
yük İslam respublikası olduğuna görə bu beynəlxalq simpo-
ziumun  Bakıda  keçirilməsini  təbii  hesab  etmək  olar.  Digər 
tərəfdən H.Əliyevin İslam dəyərlərinə bağlılığı İslam dini ilə 
bağlı  bu  böyük  tədbirin  Azərbaycanda  keçirilməsini  labüd 
etmişdir. Qeyd etmək lazımdır ki, ulu öndər «İslam siviliza-


39
siyası Qafqazda» mövzusunda beynəlxalq simpoziumun Ba-
kıda keçirilməsi haqqında hələ 1998-ci ilin fevralında sərən-
cam imzalamışdır.
Qeyd  edək  ki,  İslam  dininin  və  islam  sivilizasiyasının 
Qafqazda yayılması ilə bağlı məsələlərin elmi cəhətdən araş-
dırılması  zərurətini,  eyni  zamanda,  respublika,  regional  və 
beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq ulu ön-
dər bu aktual və vacib tədbirin Bakıda keçirilməsini dəstək-
ləmişdir. Simpoziumda Türkiyə, Rusiya, ABŞ, Misir, Almani-
ya, Fransa, Küveyt və digər ölkələrdən gəlmiş nümayəndələr 
iştirak  etmişlər.  Tədbirdə  Heydər  Əliyev  böyük  nitq  söylə-
mişdir. İslamın Qafqazda yayılmasının Qafqaz xalqlarının hə-
yatındakı sosiomədəni əhəmiyyətini şərh edən ulu öndər bu 
haqda demişdir: «Azərbaycanda islam dini VII əsrdən ya-
yılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin 
əsasını təşkil edir. Bizim çoxəsrlik islam dövrü tariximiz 
zəngindir. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycan 
islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insan-
ları – Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və bir 
çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına bö-
yük töhfələr vermiş və islam mədəniyyətini zənginləş-
dirmişdir. Biz bunlarla fəxr edirik. Biz Azərbaycanlılar 
öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik
öz doğma ana dilimizlə  fəxr edirik. Bunlar hamısı bi-
zim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. 
Bunlara görə də biz islam dininə, islam mədəniyyətinə 
mənsub olmağımızla da fəxr edirik.»(31)
Qafqazda,  o  cümlədən  Azərbaycanda  islamın  yayılma-
sı,  genişlənməsindən  danışan  və  Qafqaz  islamşünaslığında 
Azərbaycanın önəmli rol oynadığını vurğulayan H.Əliyev bu 
ikri aşağıdakı məntiqlə əsaslandırmışdır: «Bu günkü sim-
poziumun gedişini dinləyərək mən belə  ikrə  gəlirəm 
ki, Azərbaycan Qafqazda İslam sivilizasiyası araşdırma-
larının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da 


40
vardır. Mən nitqimin əvvəlində islamın Qafqazda yayıl-
masında Azərbaycanın rolu haqqında danışdım. Tarixi 
faktlar onu göstərir ki, Azərbaycandan bir az şimalda 
olan xalqlar İslamı yalnız XVII əsrdə qəbul ediblər. An-
caq Azərbaycan xalqı, yəni bizim indi yaşadığımız bu 
Azərbaycan islamı hələ VII əsrdə qəbul edibdir. Görür-
sünüz, qısa bir məsafədə islamın Şimala doğru yayılma-
sı üçün nə  qədər vaxt lazım olubdur. Bunu araşdırma-
lar daha dəqiq göstərə bilər. Ancaq şübhəsiz, bunların 
hamısının yolu Azərbaycandan keçibdir. Əgər  İslamın 
sərhəddi bir neçə əsrdə Qafqazda Dərbəndlə məhdudla-
şıbsa və İslam Dərbənddən Şimala yalnız sonralar, yəni 
XV-XVI  əsrlərdə keçibsə, bu onu göstərir ki, İslam dini 
Azərbaycanda nə qədər güclü olubdur.»(32) 
Ulu  öndər  islamşünaslığın  bir  elm  kimi  Azərbaycanda 
dərindən araşdırılmasını genişləndirməyi irəli sürürdü. So-
vet hakimiyyəti illərində respublikamızda islamşünas alim-
lərin az olduğunu, bu elmin tədqiqinə diqqət yetirilməmə-
sinə, islamşünaslıq elminin zəif inkişaf etməsinin səbəblərini 
sosial-ideoloji  və  siyasi  şərtlərlə  əsaslandıran  ümummilli 
lider bu məsələni aşağıdakı kimi şərh etmişdir: «Sovet ha-
kimiyyəti illərində Azərbaycanın özündə demək olar 
ki, islamşünaslar çox az idi, bəlkə də yox idi. Bunun da 
səbəbini sizə deyim. Məsələn, keçmiş Sovetlər İttifaqın-
da islamşünaslar, əsasən, Moskvada idilər. Çünki islama 
mən dediyim həmin kommunist ideologiyası tərə indən 
o qədər mən i münasibət var idi ki, islama mənsub olan 
alimlərin özləri islamşünaslıqla məşğul olmaqdan çəki-
nirdilər, qorxurdular. Digər tərəfdən də hesab edirdilər 
ki, bu, dünya elmi üçün o qədər də əhəmiyyətli bir sahə 
deyildir, yaxşı olar ki, başqa bir sahə ilə məşğul olsun-
lar.»(33)
Buradan göründüyü kimi, Sovet dövründə Azərbaycan-
da islamşünaslıq elminə olan münasibəti və bunun əsas sə-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə