Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə13/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

44
Buradan  göründüyü  kimi,  dinin  dövlətdən  ayrı  olması, 
eyni zamanda, bütün dini etiqadların qanun qarşısında bə-
rabər olması, dövlət təhsil sisteminin dünyəvi xarakter daşı-
ması Konstitusiyada təsbit olunmuşdur.
Ulu  öndər  dövlət  ilə  dini  qurumlar  arasındakı  müna-
sibətlərin  hüquqi  əsaslarını  aşağıdakı  kimi  şərh  etmişdir: 
«Azərbaycan öz Konstitusiyasına görə, həm də dünyəvi 
bir dövlətdir. Dövlət ilə dini qurumlar arasındakı müna-
sibətlər Azərbaycan Respublikası Konstitusiyasının mü-
va iq müddəaları ilə, “Dini etiqad azadlığı haqqında” qa-
nunla və digər qanunvericilik aktları ilə tənzimlənir. Biz 
dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli menta-
litetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qə-
bul edirik.»(40)
Konstitusiyanın  48-ci  maddəsində  isə  dini  etiqad  və 
vicdan  azadlığının  hüquqi  məsələləri  aşağıdakı  kimi  təsbit 
olunmuşdur: 
«I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyən-
ləşdirmək, hər hansı dinə  təkbaşına və ya başqaları 
ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad et-
məmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək 
və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai 
qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, 
sərbəstdir. 
IV.Dini etiqad və  əqidə hüquq pozuntusuna bəraət 
qazandırmır.»(41,s.16-17) 
Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilmə-
sini təmin etmək məqsədilə ulu öndər H.Əliyevin təşəbbü-
sü ilə 2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət 
Komitəsi  yaradılmışdır.  Bu  komitə  ölkəmizdə  mövcud  olan 
dini  strukturların  fəaliyyətinin  tənzimlənməsi  və  dövlətin 
din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir. 


45
Dövlət  komitəsi  öz  fəaliyyətində  hüquqi  cəhətdən  əsasən 
Azərbaycan  Respublikasının  Konstitusiyasına,  “Dini  etiqad 
azadlığı  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa 
(1992) və digər müva iq qanun və normativ-hüquqi aktlara 
əsaslanır.
Dövlətin din siyasətinə aid olan məsələlərdə dinlə bağlı 
qanunvericilik aktlarında dini icmaların və dini təşkilatların 
dövlət  siyasətinə  müdaxilə  etməsinə  hüquqi  cəhətdən  im-
kan verilmir. Bu vəziyyət bir daha onu göstərir ki, Azərbay-
can Respublikasında həm nəzəri, həm də əməli cəhətdən din 
dövlətdən,  dövlət  dindən  ayrıdır  və  bu  siyasətin  formalaş-
ması ulu öndər H.Əliyevin fəaliyyətinin nəticəsidir.
Azərbaycanda  dövlət-din  münasibətlərinin  düzgün  qu-
rulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin 
yaranmasında H.Əliyevin mühüm rol oynadığını vurğulayan 
Moskva və Ümumrusiya sabiq Patriarxı II Aleksi Azərbayca-
nın bu sahədə nümunə göstərməsi ilə bağlı öz  ikirlərini şərh 
edərək  demişdir:  «Azərbaycan qədim dini ənənələrə  və 
mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini 
əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun 
əsası Azərbaycan prezidenti H.Əliyevin müdrik siyasəti 
sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi 
dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiy-
yəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin 
nadir modeli Azərbaycan Respublikasında öz əksini tap-
mışdır. Belə  zənn edirəm ki, bu sahədə Azərbaycanda 
toplanmış  təcrübə diqqətlə öyrənilməli və  təhlil olun-
malıdır.»(42,s.10)
Buradan göründüyü kimi, dövlət-din siyasətinin forma-
laşmasında  Azərbaycan  modelini  nümunə  kimi  göstərən  II 
Aleksi  bu  siyasətin  yaradılmasında  H.Əliyevin  rolunu  önə 
çəkmiş  və  bu  sahədə  Azərbaycanda  toplanmış  təcrübənin 
öyrənilməsini tövsiyə etmişdir.
H.Əliyevin din siyasətinin xüsusiyyətlərindən bəhs edən 


46
fəlsəfə elmləri doktoru, professor R.Əliyev yazmışdır: «Milli 
liderimiz H.Əliyev göstərirdi ki, din xüsusi, incə sahədir 
və buna görə dövlətin bu sahədə siyasətini çox ehtiyatla
incə, diplomatik şəkildə, bütün tərə lərin maraqlarını 
gözləməklə, öz qanunlarımızı  və qoşulduğumuz kon-
vensiyaları pozmamaqla həyata keçirmək lazımdır. Ulu 
öndər qeyd edirdi ki, dünyəvi ateist dövlət demək de-
yildir. Bu o deməkdir ki, dövlət öz fəaliyyətində şəriəti, 
yaxud digər dini qanunları deyil, demokratiya qanunla-
rını rəhbər tutur.»(43,s.45)
H.Əliyev  dövlət-din  münasibətlərini  dindarların  ma-
raqlarını gözləməklə, ölkəmizdə qüvvədə olan qanunlar və 
Azərbaycanın qoşulduğu konvensiyalar əsasında qurulması-
nı tövsiyə etmişdir. 
Ulu öndər H.Əliyevin dövlətçilik prinsiplərinə sadiq qa-
lan  prezident  İlham  Əliyev  bu  gün  sabitliyə  və  tolerantlığa 
əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi 
üçün əlindən gələni edir. 
Prezident  İlham  Əliyev  Azərbaycan  Respublikası  Kons-
titusiyasında  və  digər  qanunvericiliklə  irəli  sürülən  əsas 
müddəaları əldə rəhbər tutaraq, dinlərarası münasibətlərin 
inkişaf etdirilməsi, respulikamızda yaşayan bütün xalqların 
hüquqlarının qorunması, bütövlükdə dövlət-din siyasətinin 
uğurla  davam  etdirilməsi  ilə  bağlı  məsələləri  öz  çıxışların-
da həmişə vurğulamışdır. 6 noyabr 2009-cu il tarixində Bakı 
şəhərində  “Dinlərarası  dialoq:  qarşılıqlı  anlaşmadan  birgə 
əməkdaşlığa doğru” mövzusunda keçirilmiş Beynəlxalq kon-
fransda prezident İlham Əliyev bu haqda demişdir: «Azər-
baycanda din ilə dövlət ayrıdır. Azərbaycan dünyəvi 
dövlətdir. Ancaq bununla bərabər, din ilə dövlət birdir. 
Bu birlik bizi qarşımızda duran amallar ətrafında bir-
ləşdirir. O da Azərbaycanın dövlət müstəqilliyini daha 
da möhkəmləndirmək, Azərbaycanda sabitliyi daim 
yüksək səviyyədə saxlamaq, Azərbaycan xalqının rifah 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə