Dini torelantliq indd


halının yaxşılaşdırılması üçün əməli tədbirlər görmək



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə14/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

47
halının yaxşılaşdırılması üçün əməli tədbirlər görmək
Azərbaycanda dinlərarası münasibətlərin həmişə müs-
bət istiqamətdə inkişaf etməsini təmin etmək, Azərbay-
canda yaşayan bütün xalqların hüquqlarını qorumaq 
amallarıdır.» (44,s.41)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3-4 
aprel  2007-ci  il  tarixində  “Heydər  Əliyev  və  Azərbaycanda 
din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda Ba-
kıda keçirilən beynəlxalq konfransın iştirakçılarına göndər-
diyi təbrik məktubunda Azərbaycanda H.Əliyevin dövlət-din 
münasibətlərinin tənzimlənməsində mühüm rol oynadığını 
vurğulayaraq  demişdir:  “Çoxmillətli və çox konfessiyalı 
dövlət olan müstəqil Azərbaycan Respublikasının bütöv 
bir tarixi mərhələsi biləvasitə Ümummilli Lider Heydər 
Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai siyasi həyatın 
bütün sahələrində, o cümlədən, dövlət-din münasibətlə-
rinin sivil prinsiplərə uyğun olaraq tənzimlənməsində, 
dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, 
dini-mənəvi, əxlaqi-etik dəyərlərin cəmiyyətin prioritet 
yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər 
göstərmiş, bu sahədə özündən sonra böyük siyasi irs və 
dövlətçilik təcrübəsi miras qoymuşdur.”(45,s.4)
2.3. Azərbaycanda dini etiqad azadlığının
 hüquqi və sosioloji aspektləri
Azərbaycan öz Konstitusiyasına görə, həm də 
dünyəvi bir dövlətdir. Dövlət ilə dini qurumlar ara-
sındakı münasibətlər Azərbaycan Respublikası Kons-
titusiyasının müva iq müddəaları ilə, “Dini etiqad 
azadlığı haqqında” qanunla və digər qanunvericilik 
aktları ilə tənzimlənir. 
 
 
 
 
 
Heydər Əliyev
Azərbaycan müstəqillik qazandıqdan sonra başqa sa hə-
lərdə  olduğu  kimi,  dini  və  milli-mənəvi  dəyərlərin  qorun-


48
ması  sahəsində  də  hüquqi  bazanın  yaradılmasını  həyata 
ke çir mişdir. Belə ki, respublikamız 1991-ci ildə müstəqillik 
qazandıqdan bir az sonra, yəni 20 avqust 1992-ci il tarixində 
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublika sının 
Qanunu qəbul edilmişdir. Qanun qəbul edildikdən sonra in-
diyə  kimi  ölkəmizin  sosial-iqtisadi  və  milli-mənəvi  inkişaf 
istiqamətlərinə  uyğun  olaraq  bu  qanuna  müxtəlif  illərdə 
bir çox əlavələr və dəyişikliklər edilmişdir. Müxtəlif illərdə 
mövcud qanuna əlavə və dəyişikliklərin edilməsi onun həm 
hüquqi,  həm  də  sosioloji  aspektlərinin  araşdırılmasını  zə-
ruri  etmişdir.  “Dini  etiqad  azadlığı  haqqında”  Azərbaycan 
Respublikasının Qanununa əlavə və dəyişikliklər, əsasən – 7 
iyun 1996-cı il tarixli (117-IQD saylı), 5 noyabr 1996-cı il ta-
rixli (188-IQD sayli), 27 dekabr 1996-cı il tarixli, 10 oktyabr 
1997-ci  il  tarixli  (380-IQD  saylı),  8  may  2009-cu  il  tarixli 
(812-IIIQD saylı), 30 iyun 2009-cu il tarixli (841-IIIQD saylı), 
10 iyun 2011-ci il tarixli və s. vaxtlarda prezident sərəncam-
ları ilə təsdiq edilmişdir.
Dini etiqad azadlığının əsas hüquqi mahiyyəti 6 fəsil, 31 
maddədən  ibarət  olan  bu  qanunun  1-ci  maddəsində  təsbit 
olunmuşdur. Burada göstərilir ki, «Hər bir kəs dinə münasi-
bətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və 
ya başqaları ilə etiqad etmək, dinə münasibəti ilə əlaqədar 
əqidəsini  ifadə  etmək  və  yaymaq  hüququna  malikdir.  Hər 
bir şəxsin dinə münasibətinin müəyyənləşdirməsində, dinə 
etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında 
iştirak etməsində, dini öyrənməsi yolunda hər hansı mane-
çiliyə yol verilmir. Dini etiqadların, dini həyat tərzinin və zor 
işlədilməklə və ya insanlar arasında nifaq salmaq məqsədi ilə 
təbliği, dini etiqada məcbur etmək qadağandır.»(46,s.571)
Buradan göründüyü kimi, mövcud qanuna görə, respub-
likamızda hər bir kəs dinə münasibətini müəyyənləşdirmək-
də,  istədiyi  dinə  etiqad  etməkdə  sərbəstdir.  Eyni  zamanda, 


49
dini  etiqadların,  dini  ibadətlərin  zor  işlətməklə  və  ya  in-
sanlar arasında nifaq salmaqla təbliğ edilməsi qanunla qa-
dağandır. Qeyd edək ki, mövcud qanunun 1-ci maddəsində 
dini təhlükəsizliyin təmin edilməsi baxımından əcnəbilər və 
vətəndaşlığı  olmayan  şəxslər  tərə indən  dini  təbliğatın  qa-
dağan edilməsi təsbit olunmuşdur. 
«Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublika-
sının Qanununun əsas vəzifələri 3-cü maddədə aydın şəkildə 
göstərilmişdir. Belə ki, bu qanun: cəmiyyətdə sosial ədaləti, 
bərabərliyi,  vətəndaşların  dinə  münasibətindən  asılı  olma-
yaraq onların hüquqlarının və qanuni mənafelərinin müda-
iəsini təmin edir, dini qurumlarla münasibətdə dövlətin və-
zifələrini  müəyyənləşdirir,  adamların  dünyagörüşündən  və 
dini əqidəsindən asılı olmayaraq milli əxlaqın və humaniz-
min təzahürü, vətəndaşların əmin-amanlığı və əməkdaşlığı 
üçün əlverişli şəraiti himayə edir, dini qurumların fəaliyyəti 
ilə əlaqədar münasibətləri nizama salır. 
Qanunun  növbəti  (4-cü  maddə)  maddəsində  göstərilir 
ki, ölkə vətəndaşlarının dinə münasibətlərindən asılı olma-
yaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələ-
rində  bütün  vətəndaşlar  qanun  qarşısında  bərabərdirlər. 
Dövlət və dini qurumların hüquqi münasibətlərindən bəhs 
edən  qanunun  5-ci  maddəsində  aydın  şəkildə  göstərilir  ki, 
Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən 
ayrıdır.  Bunu  nəzərə  alaraq  “dövlət  ona  aid  olan  hər  hansı 
işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların 
fəaliyyətinə qarışmır.” Lakin buna baxmayaraq dini qurum-
lar  Azərbaycan  Respublikasının  mövcud  qanunlarına  əməl 
edir  və  məsuliyyət  daşıyırlar.  Qanuna  görə,  dini  qurumlar 
siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara ma-
liyyə yardımı göstərmir. Digər tərəfdən din xadimləri dövlət 
orqanlarının  tərkibinə  seçildikdə  və  ya  vəzifəyə  keçdikdə 
onların din xadimi kimi fəaliyyəti həmin müddətdə dayan-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə