Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə10/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

35
adamlar xaricdən idarə olunan radikal dindarlar və onların 
xarici havadarları respublikamızı demokratik inkişaf yolun-
dan döndərmək, dövlət idarəçiliyində şəriət qanunlarını tət-
biq etmək, Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, 
ölkəmizdə  qeyri-stabillik  yaratmaq,  dövlətçiliyimizə  zərbə 
vurmaqdan ibarətdir. Lakin Azərbaycan xalqının intellektual 
və  mədəni  səviyyəsi  bir  qrup  radikal  dindarların  təxribat-
çılıq  hərəkatına  uymasına  imkan  verməyəcəkdir.  Xalqımız 
yüksək inkişafa qədəm qoymuş ölkəmizin beynəlxalq aləm-
dəki nüfuzunun daha da yüksəldilməsində əllərindən gələni 
əsirgəməyəcəklər.
Azərbaycan  müstəqillik  qazandıqdan  sonra,  Ümummil-
li  lider  Heydər  Əliyev  ikinci  dəfə  hakimiyyətə  qayıtdıqdan 
(1993) sonra milli-dini dəyərlərimizin qorunmasında, İslam 
dininə  ehtiram  göstərilməsində,  xalqımızın  dini  əqidəsinin 
daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə bö-
yük rol oynamışdır. 
Ulu öndər Heydər Əliyev İslam dininin mahiyyəti, onun 
mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının 
həyatında mühüm rol oynadığını həmişə vurğulamışdır. Ulu 
öndər hələ 1993-cü ildə Təzəpir məscidində dindarlarla gö-
rüşlərinin birində İslamın tərəqqipərvər və dünyəvi əhəmiy-
yətindən bəhs edərək demişdir: «Bizim dinimiz mütərəqqi 
dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi oldu-
ğunu və eyni zamanda, İslam dininə itaət edən adam-
ların hamısına özünün nə  qədər tərəqqipərvər və  nə 
qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəl-
manlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz 
müsəlmanları  həyatlarında rast gəldiyi çətinliklərdən 
xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəl-
məyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini 
qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə 
yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünya-
ya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra 


36
daha da gücləndirəcək və bütün İslam dininə itaət edən 
adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxara-
caqdır.» (24)
Buradan göründüyü kimi, ulu öndər burada İslam dini-
nin  ictimai  həyatda  tərəqqipərvər  rol  oynadığını  vurğula-
maqla, onun dünyəvi əhəmiyyət daşıdığını, insanları səadətə 
və xoşbəxtliyə çıxaracağını da qeyd etmişdir. 
Heydər Əliyev həmişə İslam dininin bütün atributlarına 
hörmətlə yanaşmış və bu əməli ilə başqa insanlara nümunə 
göstərmişdir.  Buna  misal  olaraq,  qeyd  etmək  lazımdır  ki, 
H.Əliyev bütün dini bayram və mərasimlərdə həmişə dindar-
ların yanında olmuş, dini bayramların keçirilməsi münasibə-
tilə xalqı təbrik etmiş və onlara uğurlar diləmişdir. Məsələn, 
5 sentyabr 1993-cü il tarixində Peyğəmbərimiz əleyhissəla-
mın mövlud günü münasibətilə Təzəpir məscidində dindar-
lar qarşısında çıxış edən ulu öndər Məhəmməd peyğəmbər 
əleyhissəlamın bəşər tarixində oynadığı roldan bəhs edərək 
demişdir:  «Bəşəriyyət tarixində  Məhəmməd peyğəm-
bərin (s) dünyaya gəlməsi və onun sonrakı  fəaliyyəti, 
bəşəriyyətin böyük bir hissəsinin dinin – islam dininin 
yaranmasının bünövrəsini qoymuşdur. Ulu Peyğəmbə-
rimiz Məhəmməd əleyhissəlamın yaydığı İslam dini və 
onun bütün müsəlman aləminə qoyduğu yadigar – Qu-
rani-Kərim əsrlər boyudur ki, müsəlman dininə məxsus 
olan insanların həyatında çox böyük rol oynayır. Onların 
həyatı, yaşayışı, bu günü və gələcəyi, bu dünyada, o dün-
yada xoşbəxt olması üçün zəmin yaratdı.»(25)
H.Əliyev Azərbaycanda 1993-cü ildə prezident seçildik-
dən sonra Səudiyyə Ərəbistanı Krallığına səfər edərək Ümrə 
ziyarətini  yerinə  yetirmiş  və  Mədinə  şəhərində  Peyğəm-
bər  məscidinin  şərəf  kitabına  aşağdakı  sözləri  yazmışdır: 
«Müqəddəs Mədinə  şəhərini,  İslamın müqəddəs abi-
dələrini, Həzrəti Məhəmməd peyğəmbərin məqbərəsini, 
məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özü-


37
mü xoşbəxt hesab edirəm. Allaha şükür olsun ki, uzun il-
lər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu 
tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi 
yaratdı. Bir daha islam mənbəyinin nə  qədər ümum-
bəşəri, fəlsə i, elmi əsaslara malik olduğunu dərk etdim. 
Böyük Allahın Böyüklüyünü dərk etdim.»(26,s.97)
İslam  dinini  Azərbaycan  xalqının  milli-mənəvi  sərvəti 
hesab edən ulu öndər islamın insanları paklığa, sa lığa çağır-
dığını vurğulamışdır. 1994-cü il 26 avqust tarixində mövlud 
bayramı  münasibətilə  Təzəpir  məscidində  təntənəli  məra-
simdə dindarlar qarşısında çıxış edərkən H.Əliyev İslam dini-
nin tərbiyəvi əhəmiyyətindən bəhs edərək demişdir: «İslam 
dini həmişə insanları sa lığa, təmizliyə, ülvi mənəviyya-
ta dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənə-
vi paklıq ruhunda tərbiyə edir. Müstəqil Azərbaycan 
Respublikasının bu ağır, çox çətin, keşməkeşli dövründə 
bütün bunların bizdən ötrü böyük əhəmiyyəti var.»(27)
Öz çıxışında insanların mənəvi tərbiyəsinin əhəmiyyəti-
ni  xüsusi  qeyd  edən  H.Əliyev  göstərmişdir:  «Mənəviyyatı-
mız nə qədər yüksək olarsa, biz insanlarda, hər bir azər-
baycanlıda, müsəlmanda Vətənə, öz amallarına sədaqət, 
mənəvi sa lıq əhval-ruhiyyəsi tərbiyə edə bilsək, Azər-
baycan bu ağır böhran dövründən, çətinliklərdən tezlik-
lə və müvəffəqiyyətlə çıxacaqdır.»(28)
Buradan göründüyü kimi, respublikamızın Ermənistan-
la müharibə şəraitində olması, ölkədə xaos və müxtəlif siya-
si  qruplaşmaların  hökm  sürdüyü,  sosial-iqtisadi  çətinliyin 
mövcud olduğu bir dövrdə uzaqgörən rəhbər xalqı bu çətin-
likdən çıxartmaq üçün İslam dininin bəşəri dəyərlərinin gü-
cünə arxalanmış, xalqımızın milli-mənəvi birliyinin qorunub 
saxlanılmasına çalışmışdır.
Ulu öndər İslam dininin sülh, qardaşlıq və əmin-aman-
lıq dini olduğunu həmişə vurğulamış və onun başqa dinlərə 
qarşı düşmən olmadığı  ikrini öz çıxışlarında dəfələrlə bəyan 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə