Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə6/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   2   3   4   5   6   7   8   9   ...   52

22
lislam  Allahşükür  Paşazadə  məhşur  ərəb  tarixçisi  Yaqut 
Əl  Həməviyə  (Bax:  Mücəm  əl-Buldən.  I  cild,  Qahirə,  1906, 
s.161) istinad edərək göstərmişdir ki, ərəblər Qafqazda yerli 
əhali ilə bağladıqları müqavilələrdə öhdəlik götürürdülər ki
“əhalidən heç kim öldürülməyəcək, əsir edilməyəcək, atəş-
gədələrdən  heç  biri  dağıdılmayacaq...,  əhaliyə  bayramlarda 
öz rəqslərini ifa etməyə, əvvəllər nə edirdilərsə, onu etməyə 
mane olmayacaqlar.”(6,s.46)
Yerli  əhali  ilə  bağlanan  müqavilələrdə  alınacaq  cizyə 
(can vergisi) göstərilməklə, cizyənin hansı sosial təbəqələr-
dən alınması şərh edilir, verginin miqdarı göstərilir və bü-
tövlükdə  bağlanan  müqavilənin  bütün  şərtləri  əhaliyə  izah 
olunurdu.
Belə müqavilələrdən biri ərəblərin Azərbaycana gəldiyi 
ilk vaxtlarda (hicri 18, miladi 639-cu ildə) Ərdəbil yaxınlığın-
da Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzadla bağlan-
mışdır. Bu müqavilənin mahiyyətini dərk etmək üçün onun 
məzmununa diqqət yetirək:
“Bismillahir-Rəhmanir-Rəhim!  Əmirəlmöminin  Ömər 
ibn-Xəttabın canişini Üçbə ibn Fərqəd Azərbaycanın vadilə-
rindəki,  dağlarındakı,  nahiyələrindəki  və  sərhədlərindəki 
əhalisinə,  dinlərinin  ardıcıllarına  –  özlərinə  və  mal-dövlət-
lərinə, dinlərinə və ailələrinə əmin-amanlıq verir o şərtlə ki, 
uşaqlardan, qadınlardan, dünya malından, heç nəyi olmayan 
mütəmadi  xəstələrdən  və  dünyada  hər  şeydən  əl  çəkmiş 
abidlərdən savayı, onlar gücləri çatdıqları qədər cizyə ödə-
sinlər. Bu onlara və onlarla yaşayanlara aiddir. Onlar müsəl-
man döyüşçülərdən bir müsəlmanı bir gün-bir gecə saxlamalı 
və ona yol göstərməlidirlər. Onlardan kim hansı ildə orduya 
cəlb olundu, o həmin ilin vergisindən azad olunur, kim çıxdı 
– ona sığınacağına çatana kimi əmin-amanlıq verilir”.
Yazdı  –  Çündüb.  Şahidlik  etdilər  –  Bükeyr  bin  Əbdillah 
əl-Leysi və simək bin Xərəşə əl-Ənsari, Yazıldı – 18-ci ildə.” 


23
(8,s.147-148)
İslamın  Azərbaycanda  yayılmasından  sonra  xilafətin 
nü mayəndələri ilə yerli əhali arasında bağlanan sülh müqa-
vilələrinin mahiyyətini şərh edən AMEA-nın akademiki, ta-
rixçi-alim  Nailə  xanım  Vəlixanlı  bu  müqavilələrdən  bəhs 
edərək  yazmışdır:  “Beləliklə,  Azərbaycanın  şimal  və  cənub 
torpaqları  bütünlüklə  işğal  edilib  Xilafət  tərkibinə  qatıl-
dı.  Yerli  əhali  ilə  aralarındakı  münasibəti  müəyyən  nizama 
salmaq  üçün  başqa  yerlərdə  olduğu  kimi,  burada  da  yeni 
müqavilələr bağlanıldı. Tərə lər arasında sülh münasibətlə-
rini bərpa edən bu müqavilələrə əsasən, yerli əhali ya islamı 
qəbul etməli, ya da can vergisi – cizyə verməli idi. Fütuhatın 
ilk illərində ərəblərin işğal etdikləri ölkələrdən siyasi itaətlə 
yanaşı tələb etdikləri də bu və digər vergilər idi.”(9,s.30)
İslam  –  tarixən  dini  tolerantlıq  mədəniyyətinə  örnək 
olmuşdur. İslam dinində tolerantlığın yüksək olduğunu Av-
ropanın  tanınmış  alimləri  də  öz  əsərlərində  dəfələrlə  vur-
ğulamışlar.  Bu  ikir  islam  dini,  islam  sivilizasiyası  tarixini 
araşdıran  tanınmış  ingilis  alimi  Arnold  Toynbinin  (1889-
1975) 2006-cı ildə Moskvada rus dilində çap olunmuş “Si-
vilizasiya tarixin məhkəməsi qarşısında” adlı kitabında daha 
geniş şərh edilmişdir. A. Toynbi islam dininin meydana gəldi-
yi gündən geniş yayılması səbəblərini və islamın başqa din-
lərə  qarşı  dözümlü  olduğunu  vurğulayaraq  yazır:  “Yəhudi, 
xristian və zərdüştlük azlıqlarının İslam dünyasında öz var-
lığını indiyə qədər qoruya bilməsinin səbəbi Məhəmmədin 
onlara  qismən  dözümlü  münasibəti  olmuşdur;  O,  Quranda 
müsəlmanlara göstəriş verirdi ki, islam dövlətinə tabe olan 
qeyri-müsəlman  “Kitab  əhli”  ilə  münasibətdə  ola  bilərlər. 
Bundan  başqa,  islam  öz  yolu  ilə  irəlilədikcə,  başqa  missio-
ner dinlər kimi islamı qəbul edənlərin əvvəlki dinlərinin ele-
mentlərini gizlicə qəbul edirdi. Bu halda və başqa hallarda 
da qəbul etmək kompromislə qiymətləndirilirdi.”(10,s.133) 


24
Toynbinin yuxarıda irəli sürdüyü  ikirdən aydın olur ki, 
yarandığı  vaxtdan  başqa  dinlərlə,  xüsusən,  xristian,  yəhu-
di və zərdüştlük dinlərinə qarşı islam dini dözümlülük nü-
mayiş  etdirmişdir.  Burada  A.Toynbi  islamın  başqa  dinlərə 
qarşı  tolerant  olmasını  Məhəmməd  peyğəmbərin  özünün 
bir  şəxsiyyət  kimi  tolerant  olması  ilə  əsaslandırırdı.  Başqa 
dinlərin “İslam dünyasında öz varlığını indiyə qədər qoruya 
bilməməsinin səbəbi Məhəmmədin onlara qismən dözümlü 
münasibəti  olmuşdur”-deyən  A.Toynbinin  ikirlərini  təhlil 
etsək, buradan məlum olur ki, islamda tolerantlığın islamın 
öz mahiyyətindən irəli gəldiyini qeyd etmək əvəzinə, o, dö-
zümlülüyü  Məhəmməd  peyğəmbərin  şəxsiyyəti  ilə  şərtlən-
dirməyə çalışmışdır. Lakin A.Toynbinin bu  ikri ilə bütövlük-
də razılaşmaq çətindir. Çünki əvvəla, A.Toynbi tolerantlığın, 
sülhün islam dininin öz mahiyyətindən irəli gəldiyini inkar 
etmiş olur.
Qeyd edək ki, Qurani-Kərimdə insanlar sülhə çağrılaraq 
onlara  müraciət  edilir  ki,  “Ey  iman  gətirənlər!  Hamınız  bir 
yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki 
o, sizin açıq-aşkar düşməninizdir!” (Əl-Bəqərə, 208). Deməli, 
islamın müqəddəs kitabında bütün insanların sülhə çağırıl-
ması Allahın buyurduğu kimi irəli sürülmüşdür. Digər tərəf-
dən A.Toynbi öz əsərlərində Məhəmməd peyğəmbəri islam 
dininin yaradıcısı, Quranın müəlli i və görkəmli din xadimi 
kimi xarakterizə etmiş, lakin peyğəmbərimizin –Allahın el-
çisi olduğu  ikrini bütöv şəkildə qeyd etməmişdir ki, bunun-
la  da  razılaşmaq  olmaz.  Fəlsəfə  elmləri  doktoru,  professor 
Y.Rüstəmovun qeyd etdiyinə görə, “A.Toynbi isə Məhəmməd 
peyğəmbəri  ilahi  mahiyyətdən  məhrum  edir,  onu  yalnız 
görkəmli  din  və  dövlət  xadimi  kimi  xarakterizə  edir,  praq-
matik lider hesab edirdi.”(11,s.147)
İslamın təbliğ edilməsində zor və məcburiyyətin olma-
ması Quranda aydın şəkildə göstərilmişdir: “Dində məcbu-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə