Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə9/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

31
rizm nümayəndələri şiə və sünni məzhəblərinin başçılarını 
ələ almağa və onların vasitəsilə dindarlara təsir etməyə ça-
lışırdılar.
1828-ci ildə rus qoşunları Təbrizi tutduqdan sonra Ru-
siyanın Qafqazdakı canişini İ.F.Paskeviç Təbrizin mücdehidi, 
məhşur ilahiyyat alimi Ağa Mirfəttah Təbatəbainin Zaqafqa-
ziyanın şiə əhalisinin rus imperatorunun “üzünə ağ olduğu-
na” görə onların “başına ağıl qoymaqdan ötrü” Ti lisə gəlmə-
sinə nail olmuşdur. Ağa Mirfəttah Təbatəbai Ti lisə gəldiyinə 
görə, o, çar hökuməti tərə indən “briliyantla bəzədilmiş qızıl 
medal”  və  birinci  dərəcəli  Müqəddəs  Anna  ordeni  ilə  təltif 
edilmişdir. Bundan başqa, A.M.Təbatəbaiyə guya imperatora 
xidmət etdiyinə görə 2000 onluq (çervonets), Ti lisdə gözəl 
bağı olan xüsusi mülk və Şirvanda illik gəliri 5360 rubl olan 
15 kənd verilmişdir. (19,s.29-30)
Qeyd edək ki, A.M.Təbatəbainin çar hökuməti tərə indən 
Ti lisə  gətirilməsinin  bir  tərəfdən  Zaqafqaziya  müsəlman-
larının  çarizmə  qarşı  narazılığının  aradan  qaldırılmasında 
müəyyən təsiri olsa da, digər tərəfdən belə bir ilahiyyat ali-
minin Azərbaycanda, o cümlədən, bütöv Qafqazda İslam ma-
arifçiliyinin genişlənməsi və yerli əhalinin dini səviyyəsinin 
yüksəlməsində müsbət rolu olmuşdur.
1832-ci ildə rus generalı Q.V.Rozen Zaqafqaziyanın sün-
ni məzhəbli müsəlmanlarını “sakitləşdirmək”, “hakimiyyətə 
tabe  etdirmək”,  “onların  azğın  mənəviyyatını  yumşaltmaq” 
və onları imperatora sədaqətlə xidmət etdirmək üçün yüksək 
ruhani nümayəndələrinə müfti dərəcəsi təyin etdi. (20,s.30)
 
Bu məqsədlə rus generalı Q.V.Rozen milliyyətcə tatar olan və 
çar hökumətinə böyük xidmətlər göstərmiş Tacəddin Mus-
ta in  Əfəndini  Kazan  şəhərindən  Qafqaza  müfti  vəzifəsinə 
gətirtdi.  Kapitan  rütbəsi  daşıyan  Musta in  Əfəndi  vaxtilə 
Şeyx Şamilin çar hökumətinə tabe olması üçün onunla danı-
şıqlar aparmışdır. Qafqaza gəldikdən sonra Musta in Əfəndi
 


32
Zaqafqaziya müsəlmanlarına müraciət edərək demişdir: “Ey 
müsəlman cəmiyyəti! Bizim kimi siz də hamıya qarşı lüt kar 
olan böyük imperatorun xeyirxahlığı himayəsində xoşbəxt-
liklərə çatacaqsınız... Bizim kimi siz də... böyük imperatora 
qəlbən xidmət etməklə, ona dualar oxumalısınız.”(21,s.167)
Həmin  dövrdə  çarizmin  Azərbaycanda  ruslaşdırma  si-
yasətini  xarakterizə  edən  Azərbaycan  Demokratik  Respub-
likasının  banisi  Məmməd  Əmin  Rəsulzadə  özünün  “Azər-
baycan Cümhuriyyəti” əsərində bu məsələdən bəhs edərək 
yazmışdır: “Çarizm, Azərbaycanı ruslaşdırmaq üçün iki cəb-
hədən  gəliyordu.  Bir  tərəfdən  xalqın  hissiyyati-diniyyəsini 
idarə edən üləma və mollaları kəndi kontroluna tabe tutur, 
digər tərəfdən də milli tərbiyyəyə meydan verməyərək xəlqi 
rus məktəblərində (uşkol) oxumağa icbar ediyordu. Birinci 
məqsədin təmini üçün şiə və sünnilərə məxsus olmaq üzrə 
ayrı-ayrı iki idarəyi-ruhaniyyə təsis eləmiş, bütün molla və 
əfəndiləri  bu  idarə  vasitəsilə  kəndisinə  tabe  birər  məmur 
kibi  qullanmışdır.  İkinci  məqsədi  təmin  üçün  də  müəyyən 
ruslaşdırma proqramilə uşkollar (məktəblər) təsis edilmiş-
dir.”(22,s.16)
Öz müstəmləkəçilik planlarını hər vasitə ilə möhkəmlən-
dirməyə çalışan çar çinovnikləri xalqın dini-mənəvi dəyər-
lərinə, minillik əqidəsinə, milli adət-ənənələrinə ciddi təsir 
göstərməklə azərbaycanlıları ruslaşdırmaq planlarını həya-
ta keçirə bilmirdilər. Əksinə, çarizmin yerlərdəki nümayən-
dələri  xalqa  qarşı  nə  qədər  özbaşınalıq  edirdilərsə,  əhali 
arasında onlara qarşı narazılıq getdikcə artırdı. Belə ki, rus 
çinovniklərinin özbaşınalıqlarından cana doymuş xalq 1837-
ci ildə üsyan etdi. Tarixə Quba üsyanı adı ilə daxil olmuş bu 
milli-azadlıq hərəkatı təxminən 16 min kəndlini və şəhərlini 
əhatə etmişdir. Üsyan amansızcasına yatırıldı.
Bu hadisədən sonra çar hökuməti Azərbaycandakı müs-
təm ləkəçilik  siyasətində  müəyyən  manevrlərə  əl  atdı.  Yük-


33
sək müsəlman təbəqələrinin xalq arasında geniş nüfuza ma-
lik olduğunu görən çarizm onların cəmiyyətdəki mövqeyini 
hüquqi cəhətdən yüksəltmək üçün xüsusi bir komitə yaratdı. 
1843-cü  ildə  yaradılan  bu  komitə  –  “yüksək  müsəlman  tə-
bəqələrinin (bəy, xan, məlik, qazi və s.) hüquqlarını araşdıran 
xüsusi komitə” – adlandırıldı.
 
Bu komitə yüksək təbəqələrin 
hüquqlarının əvvəlki illərə nisbətən yüksəlməsinə və həmin 
təbəqələrə  müəyən  imtiyazlar  verilməsinə  nail  oldu.  Bu-
nunla da çarizm xalqın milli-azadlıq hərəkatında yüksək tə-
bəqələrin təsirini azaltmaq yolunda müəyyən addımlar atdı.
Digər  tərəfdən  çar  hökuməti  hakim  dairələrin  istəyini 
yerinə yetirməyən, çarizmə qarşı genişlənən narazılığa qo-
şulan  bəzi  nüfuzlu  dini  rəhbərləri  cəzalandırmağa  başladı. 
Məsələn,  müsəlmanlar  arasında  imperiya  xofu  yaratmaq 
üçün Şuşa qazisi Mirzə Əbdülqasım həbs edilib Metex qala-
sına  salındı.  Nuxa  qazisi  Abdal  Lətif  Əfəndi  çar  məmurları 
tərə indən izlənildiyini hiss edib 1844-cü ildə Həcc ziyarəti 
məqsədilə Məkkəyə gedərək Azərbaycanı tərk etdi.(23,s.26)
 
Ümumiyyətlə, Şimali Azərbaycan işğal olunduqdan son-
ra əhali arasında böyük nüfuza malik olan Azərbaycan xanla-
rından Qarabağ xanı Mehdiqulu xan, Şirvan hakimi Mustafa 
xan, Bakı hakimi Hüseynqulu xan, Talış xanı Mir Həsən xan 
rus müstəmləkəçilərinin özbaşnalığına dözə bilməyərək İra-
na köçməyə məcbur olmuşlar. 


34
II FƏSİL 
MÜSTƏQİLLİK DÖVRÜNDƏ DÖVLƏT DİN 
MÜNASİBƏTLƏRİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ
2.1.Heydər Əliyev dini-mənəvi dəyərlərimiz haqqında
Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və 
dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimiz-
lə  fəxr edirik, bizim xalqımız yüz illərlə, min illərlə 
adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yara-
dıblar və bunlar indi bizim xalqımızın mənəviyyatını 
təşkil edən amillərdir.
Heydər Əliyev
Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən 
onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri 
ilə  yanaşı,  həm  də  islam  dinidir.  Azərbaycan  dövləti  ölkə-
mizdə  milli-mənəvi,  dini  dəyərlərin  qorunması  istiqamə-
tində ciddi işlər görməkdədir. Dinə dövlət qayğısı göstərən 
müstəqil Azərbaycan Respublikası, həm də sivil, dünyəvi və 
demokratik  dövlət  olduğunu  Konstitusiyamızda  bəyan  et-
mişdir.
Təəssüf ki, son vaxtlar bəzi mətbuat orqanları və xarici 
kütləvi informasiya vasitələri Azərbaycanda guya dindarla-
ra qarşı zorakılıq göstərilməsi, onların hüquqlarının pozul-
ması  ilə  bağlı  böhtan  və  şaiyələr  yaymaqla  məşğul  olurlar. 
Onlar  Azərbaycan  dövlətinin  din  siyasəti  haqqında  böhtan 
xarakterli  məqalələr  çap  etdirməklə  ictimai  şüurda  yanlış 
təsəvvür  yaratmaq  istəyirlər.  Bütün  bu  halların  qarşısını 
almaq  üçün  əsası  Ulu  öndər  H.Əliyev  tərə indən  qoyulmuş 
Azərbaycan dövlətinin din siyasətinin şərh edilməsini zəruri 
hesab edirik. 
Müşahidələr  göstərir  ki,  din  pərdəsinə  bürünən  bəzi 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə