Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   2   3   4   5   6   7   8   9   ...   52

11
for sustainable development  ...............................................................
Chapter 4. The culture of religious tolerance in sovere-
ign Azerbaijan  ................................................................................
4.1. H.Aliyev and improvement of the culture of religious to-
lerance in Azerbaijan  ...............................................................................
4.2. The role of Caucasus Muslims’ Center in development of 
the culture of religious tolerance  .......................................................
4.3. The place and the role of Azerbaijan in the sphere of re-
ligious tolerance during the sovereignty period  .........................
Conclusions  ................................................................................................
List of used literature  ..........................................................................


12
GİRİŞ
Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, 
həm insani münasibətlərin, həm insan cəmiyyətində 
gedən proseslərin, həm də dövlətlərarası, millətləra-
rası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə 
aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü 
deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına 
dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.
Heydər Əliyev
Elmi  ədəbiyyatlarda  “tolerantlıq”  –  (lat.  tolerancia  – 
hərfən  dözümlülük)  –  dini  və  milli  müxtəli liyin  etirafı  və 
ona hörmətlə yanaşılması kimi şərh edilmişdir. 
Qərbdə tolerantlıq problemi ilk dəfə Orta əsərlərdə ya-
ranmış və əxlaqi fəzilət, qeyri-xristian, və yaxud bidətçi eh-
kam, ayin, inancların etirafı kimi nəzərdən keçirilmişdir. Dini 
tolerantlığın geniş şəkildə şərh edilməsinə məşhur xristian 
ilahiyyat  alimi  Foma  Akvinalının  “Teologiyaların  külliyatı” 
əsərində rast gəlmək olar. 
Yeni dövrdə tolerantlıq problemini ilk tədqiq edən ingi-
lis  ilosofu Con Lokk(1632-1704) olmuşdur. O, “Tolerantlıq 
haqqında öyüdnamə” (“Epistola de tolerancia”) əsərində to-
lerantlığı əsl, həqiqi kilsənin mühüm səciyyəsi kimi əsaslan-
dırmağa cəhd göstərmişdir. C.Lokk hesab edir ki, əgər dində 
məhəbbət, iltifat və mərhəmət yoxdursa, o həqiqi sayıla bil-
məz. İsa Məsih naminə başqasını təqib edənlər Onun təlimi-
ni eybəcərləşdirirlər. Səmimi və namuslu insanlar müxtəlif 
dinlərə itaət edə bilərlər və yalnız dini müxtəli liyə dözüm-
lülük, cəmiyyətə sülh bəxş edə bilər. 
Qərbi Avropada tolerantlıq probleminə Nikolay Kuzanlı, 
Piko  dela  Mirandola,  Erazm  Rotterdamlı  kimi  mütəfəkkir-


13
lər  də  xüsusi  diqqət  yetirmişlər.  Protestant  Reformasiyası 
da tolerantlığı dəstəkləmişdir. Tolerantlığın sonrakı tədqiqi 
T.Hobbs, Y.Bentam, A. de Tokvil, Volter, D.Didro, A.Smit, C.S.
Mill, XX əsrdə isə G.Zimmel, T.Nükom və Frankfurt məktəbi-
nin nümayəndələrinin adı ilə bağlıdır. 
Dini tolerantlıq təzahür etdiyi cəmiyyətdən asılı olaraq 
bir neçə növdə ola bilər. Bunlar aşağıdakılardır:
1.  Başqa din mənsubuna qarşı tolerantlıq (xristian-mü-
səlman, müsəlman-buddist, xristian-buddist və s.)
2.  Başqa təriqət nümayəndələrinə qarşı tolerantlıq (ka-
tolik-protestant, protestant-pravoslav, sünni-şiə)
3.  Sektant hərəkatlarına qarşı tolerantlıq
4.  İnanclı ilə inancsız arasındakı tolerantlıq (mömin-a-
teist) və s.
Mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq, 
bu  gün  müxtəlif  inanc,  mədəni  ənənə,  siyasi  məslək  daşı-
yıcısı  olan  insanların  ictimai  vəhdətləşməsinin  zəruri  şərti 
kimi  etiraf  olunur.  Tolerantlıq  vətəndaş  cəmiyyətinin  əsas 
əxlaqi  prinsipidir.  Eyni  zamanda,  təcrübə  göstərir  ki,  müt-
ləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa 
yol açır: heç bir halda tolerantlıq şərə fürsət verməyə çevril-
məməlidir.
Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, ölkə-
miz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə 
olmuşdur.  Azərbaycan  xalqının  tolerant  bir  xalq  olduğunu, 
həm  tarixi  mənbələr,  həm  də  müxtəlif  vaxtlarda  ölkəmizə 
gələn  xarici  qonaqlar  təsdiq  etmiş  və  etməkdədirlər.  Azər-
baycanda  tarixən  çoxsaylı  etnosların  və  müxtəlif  dinlərin 
birlikdə  yaşamasına  baxmayaraq,  (Azərbaycan  ərazisində 
yaşayan  ermənilərin  zaman-zaman  azərbaycanlılara  qarşı 
qaldırdıqları torpaq iddiaları ilə bağlı münaqişələri çıxmaq 
şərtilə) indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş 
verməmiş və dini qarşıdurma olmamışdır. 


14
Qeyd  etmək  lazımdır  ki,  həm  islama  qədərki  dövrdə, 
həm  də  islam  dininin  Azərbaycanda  yayılmasından  sonra 
müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı 
etimada əsaslanan milli-mədəni və dini münasibətlər siste-
mi formalaşmış, insanlar əmin-amanlıq şəraitində yaşamış, 
burada yüksək tolerantlıq mühiti hökm sürmüşdür. Bu əra-
zidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq 
mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında Azər-
baycan xalqının və islam dininin mühüm rolu olmuşdur. 
Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud 
olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanıl-
masında  Azərbaycan  xalqının  və  islam  dininin  misilsiz  rol 
oynadığını  vurğulayan  Azərbaycan  Respublikasının  prezi-
denti İ.Əliyev bu  ikri aşağıdakı kimi şərh edərək demişdir: 
“Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliy-
yət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə 
qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi mil-
li-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. 
Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tole-
rantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmin-
də ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. 
Ayrı-ayrı etiqad və inanclara malik etnosların  əsrlərlə 
əmin-amanlıq  şəraitində yaşamasında, etnik-mədəni 
müxtəli liyin günümüzədək qorunub saxlanmasında 
Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu 
danılmazdır.” (1.səh.3-4) 
Qeyd  edək  ki,  Azərbaycan  Respublikasının  prezidenti 
İ.Əliyevin  Azərbaycanda  dini  tolerantlıqla  bağlı  bu  ikirləri 
mövcud monoqra iyanın ana xəttini təşkil edir.
Digər tərəfdən kitabın yazılmasını zəruri edən amillər-
dən biri ölkəmiz müstəqillik qazandıqdan sonra son illərdə 
Azərbaycanın təşəbbüsü ilə din və mədəniyyətlə bağlı çox-
saylı beynəlxalq konfransların ölkəmizdə keçirilməsi və dini 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə