Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə15/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

50
dırılır. 
Qanunda göstərilir ki, bütün dinlər və dini qurumlar qa-
nun qarşısında bərabərdir. Bir din və dini qurum üçün digə-
rinə nisbətən hər hansı üstünlük və ya məhdudlaşdırmalar 
müəyyən edilməsinə yol verilmir. Mövcud qanunda irəli sü-
rülən hüquqi müddəalar bir daha Azərbaycan Respublikası-
nın sivil, dünyəvi, demokratik, milli və dini cəhətdən tolerant 
bir ölkə olduğunu göstərir.
Dinin  təhsil  qurumları  ilə  hüquqi  münasibətlərinə  gəl-
dikdə, qeyd etmək lazımdır ki, qanunvericilikdə bu məsələlər 
də öz hüquqi ifadəsini tapmışdır. Burada (maddə 6) dövlət 
təhsil sisteminin dindən ayrı olduğu göstərilir, eyni zaman-
da dinşünaslıq, dini-idraki, dini-fəlsə i fənlər, müqəddəs dini 
kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin 
tədris  proqramına  daxil  edilə  bilər,  həmçinin  vətəndaşlar 
istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ila-
hiyyatı öyrənə və dini təhsil ala bilərlər. 
Dini etiqad azadlığı haqqında mövcud qanunvericiliyin II 
fəsli dini qurumlar, dini icmalar, dini mərkəzlər və idarələr, 
dini tədris müəssisələrinin hüquqi təsnifatının şərh edilmə-
si  və  dini  qurumların  əsas  funksiyalarının  izah  edilməsini 
əhatə  edir.  Qeyd  etmək  lazımdır  ki,  rəsmi  şəkildə  Ədliyyə 
Nazirliyində  qeydiyyatdan  keçmiş  müxtəlif  dini  qurumlar, 
dini icmalar, dini birliklər, dini tədris müəssisələri və s. bu 
qanunla və özlərinin təsdiq edilmiş nizamnamələrinə (əsas-
namələrinə)  müva iq  olaraq  fəaliyyət  göstərirlər.  Hər  bir 
dini  qurumun  nizamnaməsi  (əsasnaməsi)  dindar  şəxslərin 
ümumi  yığıncağında  və  ya  dini  qurultay  və  konfranslarda 
qəbul olunur. Hüquqi prinsiplərə görə, yaradılması nəzərdə 
tutulan dini qurumların nizamnaməsində (əsasnaməsində) 
aşağıdakıların göstərilməsi tələb olunur: 
- dini qurumun növü, dini məsuliyyəti və yeri;
- dini qurumun əsas fəaliyyət istiqamətləri;


51
- dini qurumun əmlak vəziyyəti;
- yaradılmış yeni dini qurumun müəssisələr, kütləvi in-
formasiya vasitələri, digər dini qurumlar, tədris müəssisələri 
təsis etmək hüquqları (maddə 11).
Qanunvericiliyin  “Dini  qurumların  dövlət  qeydiyyatına 
alınması”  adlanan  maddəsində  (maddə  12)  dini  icma  və  s. 
dini  ictimai  birliklərin  dövlət  qeydiyyatına  alınması  şərh 
edilmişdir.  Burada  göstərilir  ki,  dini  birliklərin  dövlət  qey-
diyyatına alınması üçün dini işlər üzrə müva iq icra hakimiy-
yəti orqanına (yəni – Dini Qurumlarla İş üzrə Dövlət Komitə-
sinə) təsis sənədi və nizamnamə (əsasnamə) təqdim edilir. 
Bundan sonra dini işlər üzrə müva iq icra hakimiyyəti orqa-
nı 15 gün ərzində həmin sənədləri öz rəyi ilə birlikdə hüquqi 
şəxslərin dövlət qeydiyyatı orqanına göndərir. Ümumiyyətlə, 
dini qurumların dövlət qeydiyyatına alınması, yaxud dövlət 
qeydiyyatından  imtina  edilməsi,  eyni  zamanda  mübahisəli 
məsələlərin  həlli  və  məhkəməyə  müraciət  etmək  hüququ 
Azərbaycan  Respublikasının  müva iq  qanunvericiliyinə  uy-
ğun həyata keçirilir. 
Qanunun III fəslinə əsasən, dini qurumların əmlak vəziy-
yəti ilə bağlı hüquqi məsələlər təsbit olunmuşdur. Bu fəsildə 
dövlətin, ictimai təşkilatların və ya vətəndaşların mülkiyyə-
ti olan əmlakdan istifadə (maddə 16), tarix və mədəniyyət 
abidələri olan əmlakın istifadəyə verilməsi (maddə 17), dini 
qurumların istehsal və təsərrüfat fəaliyyəti (maddə 19), fəa-
liyyətinə  xitam  verilmiş  dini  qurumların  əmlakı  barəsində 
hüquqi vəziyyət və s. məsələlər öz hüquqi şərhini tapmışdır. 
Mövcud  qanunun  4-cü  fəslində  dini  etiqad  azadlığı  ilə 
əlaqədar  vətəndaşların  və  dini  qurumların  hüquqları,  dini 
ayinlərin  və  mərasimlərin  keçirilməsinin  hüquqi  tərə ləri 
(maddə 21), dini ədəbiyyat və dini təyinatlı əşyaların istifa-
dəsi, istehsalı, idxalı və yayılmasının hüquqi əsasları (maddə 
22),  dini  qurumların  xeyriyyə  və  mədəni-maarif  fəaliyyə-


52
ti  (maddə  23),  dindarların  və  dini  qurumların  beynəlxalq 
əlaqələri (maddə 24) və s. məsələlər təsbit olunmuşdur. 
Qanunun 4-cü fəslində sovet rejimindən yenicə qurtul-
muş və öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası-
nın dindar vətəndaşları üçün dini etiqad azadlığı ilə bağlı bir 
çox əməli məsələlər öz hüquqi ifadəsini tapmışdır. Məsələn, 
sovet dövründə dini ibadət və ayinləri qeyri-leqal şəkildə hə-
yata keçirən bəzi hərbi qulluqçular, dövlət məmurları və s. 
sosial  qruplar  mövcud  qanunun  qəbul  edilməsindən  sonra 
bu sahədə müəyyən hüquqi azadlıqlar əldə etdilər. Bununla 
bağlı qanunun 21-ci maddəsində hərbçilərin ibadət etmələri 
ilə əlaqədar göstərilirdi ki: “Qoşun hissələrinin komandanlı-
ğı (müstəsna hallardan başqa) hərbi qulluqçuların boş vaxt-
larında ibadət etmələrinə və dini ayinləri yerinə yetirmələ-
rinə mane ola bilməz. Əsgəri bölmələrdə hərbi rəhbərliyin 
razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir.”(47,s.578)
Ordudan  başqa  digər  dövlət  idarələrində  də  leqal  şə-
kildə dini ibadətin həyata keçirilməsinə icazə verilməsi bu 
qanunda təsbit olunmuşdur. Belə ki, qanunda göstərilmişdir 
ki:  «Xəstəxanalarda,  qospitallarda,  qocalar  və  əlillər  evlə-
rində,  yataqxanalarda,  ibtidai  həbs  yerlərində  ibadətlər  və 
dini  ayinlər  orada  olan  şəxslərin  xahişi  ilə  keçirilir.  Həmin 
idarələrin  müdiriyyəti  ruhanilərin  dəvət  olunmasına  yar-
dım  göstərir,  ibadətin,  ayinin  və  ya  mərasimin  keçirilməsi 
vaxtının və başqa şərtlərin müəyyənləşdirilməsində iştirak 
edir. Digər hallarda açıq ibadətlər, dini ayinlər və mərasim-
lər, yığıncaq, mitinq, nümayiş və yürüşlərin keçirilməsi üçün 
müəyyən edilmiş qaydada icra olunur.»(48,s.578)
Yuxarıda  göstərildiyi  kimi,  qanunda  mühüm  əhəmiy-
yət  kəsb  edən  məsələlərdən  biri  də  dini  ədəbiyyat  və  dini 
təyinatlı  əşyaların  istifadəsi,  istehsalı,  idxalı  və  yayılması 
məsələsidir. Bu məsələ ilə bağlı qanunun 22-ci maddəsində 
qeyd olunmuşdur ki: “Dini qurumlar dini işlər üzrə müva iq 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə