Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

71
mışdır. A.Breyvik internetə yerləşdirdiyi videoçarxda özünü 
orta  əsr  cəngavərləri  ilə  müqayisə  etmiş  və  başqalarını  da 
“səlib  yürüşçüsü”  olmağa,  Avropanın  islamlaşdırılmasına 
qarşı  və  marksizmə  qarşı  mübarizə  aparmağa  çağırmışdır.
(63) 
Buradan  göründüyü kimi,  Norveç kimi  Avropanın inki-
şaf etmiş bir ölkəsində baş verən bu müdhiş cinayət hadisə-
si dini dözümsüzlük, başqa dinlərə qarşı nifrət təbliğ edən 
hadisə kimi insanların şüuruna daxil olmuş, əsasən, müsəl-
manlara  və  multukulturalizm  siyasətinə  qarşı  yönəldilmiş-
dir.  Bu  faktlar  bir  daha  onu  göstərir  ki,  terrorçuların,  dini 
ekstremistlərin vətəni yoxdur. Belələri istənilən bölgədə ci-
nayət törədə bilər. Bəzi radikal dini qruplar əvvəlcə təbliğat 
metodundan  istifadə  edərək  əhalinin  həssas  təbəqələrinin 
ağır sosial-iqtisadi vəziyyətindən sui-istifadə edib onları öz 
tərə lərinə  çəkirlər,  sonra  isə  müxtəlif  təxribatlarda  onlar-
dan istifadə edirlər. 
Akademik R.Mehdiyev Yekaterinburqdakı toplantıda son 
vaxtlar  Azərbaycanda  da  dini  ekstremizmlə,  terrorçuluqla 
məşğul  olan  bəzi  təxribatçı  qrupların  fəaliyyəti  haqqında 
məlumat  vermiş,  onların  zərərsizləşdirildiyini  bildirərək 
demişdir: “Məsələn, son illərdə Pakistanda Şimali Vəziristan 
ərazisində  “Əl-Qaidə”  düşərgələrində  hazırlıq  keçmiş  qa-
nunsuz silahlı dəstənin üzvləri məhkum edilmiş, “Sumqayıt 
camaatı” terror qrupu zərərsizləşdirilmişdir. Bundan əlavə, 
dini təmayüllü “Ceyşulla”, “Hizbut-Təhrir”, “Əl-Qaidə Qafqaz”, 
“İmam Mehdinin şimal ordusu” və başqa terror təşkilatları-
nın  özəkləri  ləğv  edilmiş,  həmin  təşkilatların  189  üzvü  ci-
nayət məsuliyyətinə cəlb olunmuşdur... Qeyd etdiyim faktlar 
ona dəlalət edir ki, millətçi ekstremizmlə bərabər, dini eks-
tremizm Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi risklər-
dir.”(64) 
Buradan məlum olur ki, Azərbaycanda fəaliyyət göstər-


72
miş  təxribatçı  qruplar  beynəlxalq  terror  şəbəkələri  ilə 
əlaqədar olmuş və xarici ölkələrdə yerləşən terror qrupları 
tərə indən  idarə  olunmuşdur.  Ancaq  təəssü lə  qeyd  etmək 
lazımdır ki, zaman-zaman insanlar dinlə bağlı ülvi və bəşə-
ri  missiyanı  tamam  başqa  məcrada  inkişaf  etdirərək,  dini, 
mədəniyyəti  siyasi  amallara  xidmət  etdirməyə  çalışmışlar. 
Xüsusən də, son vaxtlar bu prosesi daha intensiv müşahidə 
edirik. Din liderlərinin şəxsiyyətlərinin təhqiri, dinlərin di-
gər  din  mənsubları  tərə indən  təhqir  olunması,  müqəddəs 
kitabların yandırılması və biri digərinə qarşı yalan və böh-
tanlarla çıxış etməsi kimi faktlar bu proseslərin əleyhinə mü-
barizənin aktuallığını və vacibliyini göstərir. 
Faktlar  göstərir  ki,  Azərbaycanda  dini  tolerantlıq  mə-
dəniyyəti  tarixən  yüksək  olmuşdur.  Azərbaycanda  dinlərin 
bərabər  və  sülh  içində  yaşaması  tarixin  bütün  mərhələlə-
rində müşahidə olunmuşdur. Bütün dinlər bərabər hüquq-
lu  olaraq  cəmiyyətin  inkişaf  prosesinə  eyni  istiqamətdə  öz 
töhfələrini vermişlər və bu gün də bu missiyanı həyata keçir-
məkdədirlər. Əlbəttə, bu İslam dininin bütün insanlara təbliğ 
etdiyi  ümumbəşəri  və  humanist  dəyərlərin  bəhrəsidir.  Biz 
bu yanaşmanı bütün dini mətn və kitablarda müşahidə edə 
bilərik. Xristian, İslam və Buddizm kimi dinlər öz müqəddəs 
kitablarında  sülhü,  əminamanlığı  və  sevgini  insanlığa  əsas 
amal kimi hər zaman tövsiyyə etmiş və bu da, təbii ki, öz növ-
bəsində insanlara, dinlərə, mədəniyyətlərə tolerant şəraitdə 
yaşamağı, yaratmağı öyrətmişdir.
Dini  ayrıseçkiliyə  rəvac  verilməsi  dinlərarası  münasi-
bətlərin qızışdırılması da dini ekstremizmə təkan verir. Çox 
təəssüf ki, dinlərin təhqir olunması, başqa dinlərə qarşı düş-
mənçilik hisslərinin qızışdırılması orta əsrlərdə yox, ictimai 
şüurun,  elm  və  texnikanın  yüksək  inkişaf  etdiyi  XXI  əsrdə 
baş verir. Məsələn, amerikalı keşişin İslamın müqəddəs ki-
tabı olan “Qurani-Kərimi” oda atıb yandırması bütün müsəl-


73
manları hiddətləndirmişdir. 
H.Əliyev  Fondunun  prezidenti,  YUNESKO-nun  və  İSES-
KO-nun xoşməramlı sə iri Mehriban Əliyeva 7-9 aprel 2011-
ci  ildə  Bakıda  keçirilən  Ümumdünya  Mədəniyyətlərarası 
Dialoq  Forumunda  bu  hadisənin  dinlərarası  münaqişənin 
qızışdırılmasına  təkan  verdiyini  pisləyərək  demişdir:  “Biz 
elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən 
ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər biri-
miz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri 
olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edi-
rik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün in-
sanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din 
xadimi adlandıran biri müqəddəs kitabı “Qurani-Kərim”i oda 
atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? 
Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar kimə və 
nəyə xidmət edirlər? Lakin biz belə bir dəhşətli halın, hadisə-
nin dünya ictimaiyyəti tərə indən qəti şəkildə pislənməsi ilə 
də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq bir az da, daha 
da  dəhşətli  qəddarlıqla  nəticələndi  və  biz  bunun  da  şahidi 
olduq.”(65)
Bu istiqamətdə, BMT-nin Baş Assambleyasının “Dinlərin 
təhqir  olunması  əleyhinə  mübarizə”  adlı  A\  RES\  65/224 
saylı  Qətnaməsində  bu  məsələlərin  gündəmə  gətirilməsi 
təqdirə layiq davranış və hərəkətdir. Bu gün bütün BMT-na 
üzv olan ölkələrin qətnaməyə qoşulması və bu istiqamətdə 
bəzi önəmli addımların atılması gecikmiş bir davranış olsa 
da, ancaq bu dövr üçün olduqca vacib bir addımdır.
Azərbaycan Respublikasının da bu qətnaməyə qoşulma-
sı  sevindirici  və  təqdirəlayiqdir.  Dinlərin  tolerant  şəraitdə 
yaşaması və ümumbəşəri dəyərlər kontekstində inkişaf et-
məsi  baxımından  Azərbaycanın  tutduğu  mövqe  və  izlədiyi 
siyasət bir model kimi bu gün dünyaya təqdim edilə bilər. Bu 
baxımdan “Dinlərin təhqir olunması əleyhinə mübarizə” is-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə