Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə53/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   49   50   51   52   53   54   55   56   ...   78
Allahdan-nur-almış-insan

Mükaşifə 
Məsumə Səbukxiz 
Bir dəfə cəbhədən bir xatirə danışdı: 
«Bunkerdə işləyirdik; xüsusi qutulara silah-sursat yığıb 
ağızlarını  bağlayırdıq.  İş  əsnasında  birdən  gözüm  qara 
çadralı  bir  xanıma  düşdü.  Bizimlə  birgə  qutulara  silah 
yığırdı.  Düşündüm  ki,  yəqin  cəbhəyə  köməyə  gələn 
xanımlardandır. 


 
127 
Yadımdan  çıxmışdı  ki,  o  bölgəyə  heç  bir  qadını 
buraxmırlar.  Uşaqlara  baxdım,  öz  işləri  ilə  məşğul  idilər, 
gedib-gəlir,  sanki  onu  görmürdülər.  Çox  təəccübləndim. 
Məsələ adi görünmürdü. Bir qədər yaxınlaşıb nəzakətlə və 
çox  ehtiyatla  dedim:  «Xanım,  biz  kişilər  olan  yerdə  sizin 
zəhmət çəkməniz lazım deyil». 
Üzü  mənə  sarı  deyildi.  Düz  dayanıb  buyurdu:  «Məgər 
siz mənim qardaşımın yolunda zəhmət çəkmirsiniz?!» 
Birdən  İmam  Hüseyn  (ə)  yadıma  düşdü  və  gözlərim 
yaşla  doldu.  Allah  mənə  lütf  etdi  ki,  məsələnin  nədən 
ibarət  olduğunu  tez  anladım.  İxtiyarım  əlimdə  deyildi  və 
nə deməli olduğumu bilmirdim. Xanım üzünü çevirmədən 
buyurdu:  «Bizə  kömək  edənlərə,  əlbəttə  ki,  biz də kömək 
edərik». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə