Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə2/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   2   3   4   5   6   7   8   9   ...   78
Allahdan-nur-almış-insan

Birinci çap
ın müqəddiməsi 
 
Allahdan  nur  almış  insana  mələklər,  əlbəttə,  səcdə 
edərlər! 
 
Şəhid  Burunsi  bir  neçə  gün  öncədən  Bədr 
əməliyyatında  şəhid  olacağını  dəfələrlə  demişdi.  Bəzən 
çox  əminliklə  danışır,  «bu  əməliyyatda  şəhid  olmasam, 
müsəlmanlığıma  şübhə  edin»  deyirdi.  Hətta  bəzi 
yoldaşlarına  şəhid  olacağı  yeri  və  zamanı  da  söyləmişdi. 
Bir neçə gündən sonra elə də oldu. 
Şəhid Burunsinin həyatında belə heyrətamiz məqamlar 
çoxdur.  Bizi  bu  böyük  insanın  həyatını  yazmağa  vadar 
edən də onun müxtəlif sahələrdə belə böyük uğurlarıdır. 
O,  sadə  bir  bənna  idi.  İnqilabdan  öncə  İslam  yolunda 
çoxlu zəhmətlər çəkmiş, işgəncələr görmüşdür. İnqilabdan 
sonra  isə  inkişafına  şərait  yaranır,  elə  ləyaqətlə  çıxış  edir 
ki, adı dillər əzbəri olur, imperialist dairələri narahat edir, 
küfr öndərləri onun başına mükafat təyin edirlər. 
Bir  bənnanın  belə  müvəffəqiyyətinin  səbəbi  isə  Haqq-
Taala qarşısında qeyd-şərtsiz bəndəliyidir. 
İmam  Mehdinin  (ə)  müqəddəs  vücuduna  mütləq 
təslimçiliyi,  ixlaslı  və  sədaqətli  itaətkarlığı  o  həzrətin  və 
məsum Əhli-beytin (ə) lütfünü cəlb edir və nəticədə bəlli 
möhtəşəmliklər ərsəyə gəlir. 
Küfr  və  nifaq  cəbhəsi  anlamayıb,  hələ  də  anlamır  ki, 
müqəddəs  İslam  Respublikası  quruluşu  tükənməz  qüdrət 
tərəfindən  sığortalanıb,  düşmənlərin  bütün  hiylə  və 
planları bunun sayəsində iflasa uğrayıb. 


 

Bu  kitab  rəşadətli  İslam  sərkərdəsi  Şəhid  Hacı 
Əbdülhüseyn  Burunsinin  qəhrəmanlıq  dolu  həyatını 
qələmə almaqla yanaşı, həm də bu vacib mesajı ötürür: 
Dünyanın  müxtəlif  yerlərində  həqiqi  Əhli-beyt  (ə) 
davamçıları var olduqca, dini və mənəviyyatı məhv etmək 
ideyası iflasa məhkum bir düşüncə olaraq qalacaqdır! 
Bir  gün  Əhvazda  ordunun  92-ci  diviziyasında  Şəhid 
Əbdülhüseyn  Burunsinin  şəklini  gördüm.  Onunla 
tanışlığım  belə  başlandı.  Canlı  şəkil  idi,  sanki  adamla 
danışırdı,  üzündə  mənəviyyat  və  əbədilik  cizgiləri  vardı. 
Əlbəttə, hər şəkil belə olmur. Şəklin altından iri hərflərlə 
yazılmışdı: «İslam ordusunun qəhrəman sərkərdəsi, İmam 
Cavad 
(ə) 
briqadasının  komandiri  Şəhid  Hacı 
Əbdülhüseyn  Burunsi».  Elə  oradaca  döyüşçü  dostlarımın 
biri  Şəhid  Burunsinin  bənna  olduğunu,  həzrət  Fatimeyi-
Zəhranın (ə) şəhid olacağı yeri və zamanı ona bildirdiyini 
söylədi. Şəhid Burunsinin məsum Əhli-beyt (ə) yanındakı 
məqamını, məsumlara sonsuz sevgi və hörmətini biləndən 
sonra məndə onun həyatını qələmə almağa maraq yarandı. 
Allahın  köməyi  ilə  əvvəlcə  «Alov  içində  rəqs»  romanını, 
sonra  isə  «Kuşkun  yumşaq  torpağı»  (Allahdan  nur  almış 
insana)  kitabını  qələmə  aldım  və  beləliklə,  müqəddəs 
müdafiə dövrünün sirlərini araşdırmağa başladım. 
Səid Akif 


 

 
Həyatı 
1942-ci  ildə  Heydəriyyə  türbəsi  rayonunun  Gülbu 
kəndində dünyaya göz açdı. Qəşəng adı sanki «Mən sizin 
Rəbbiniz  deyiləmmi?!»  sualına  səmimi  və  sədaqətli 
cavabından irəli gəlirdi: Əbdülhüseyn. 
Küfr  və  tağuta  qarşı  mübarizə  həvəsi  elə  uşaqlığından 
canına  hopur.  Dördüncü  sinifdə  oxuyarkən  şah  tərəfdarı 
olan  müəllimin  əməllərindən  və  məktəbin  qeyri-münasib 
şəraitindən  bezib  təhsili  buraxır.  1962-ci  ildə  hərbi 
xidmətə  çağırılır,  dini  inanclara  əməl  etdiyinə  görə  elə 
əvvəldən  tağut  rejiminin  zabitləri  tərəfindən  təhqir  və 
təzyiqlərə məruz qalır. 
1968-ci  il  onun  evlənmə  tarixidir.  O,  bu  mühüm  işdən 
ötrü  dindar  və  ruhani  bir  ailəni  seçir  və  bu,  onun  ölkəyə 
hakim  olan  tağut  sisteminə  qarşı  yorulmaz  mübarizəsi 
üçün  yeni  başlanğıc  olur.  Həmin  il  Pəhləvi  rejiminin 
torpaq  islahatları  kimi  bəzi  siyasətlərinə  etirazları  pik 
həddə  çatır,  ailəsi  ilə  birgə  müqəddəs  Məşhəd  şəhərinə 
köçür. Bu şəhərdə onun həyatının yeni dönəmi başlayır. 
Bir müddətdən sonra müqəddəs məqsədlə ağır bənnalıq 
işinə  başlayır,  eyni  zamanda  hövzə  dərslərini  də  oxuyur. 
Sonralar  tağut  əleyhinə  mübarizə  güclənir,  dəfələrlə  həbs 
edilir,  SAVAK  tərəfindən  vəhşicəsinə  işgəncələrə  məruz 
qalır,  sonra  möhtəşəm  İslam  inqilabı  qələbə  çalır  və  o, 
Sepaha  –  İslam  İnqilabının  Keşikçilər  Korpusuna 
qoşulmaqla dini təhsildən qalır. 
Məcburi  müharibənin  başladığı  ilk  günlərdə  cəbhəyə 
yollanır.  Bu  dövr  onun  həyatında  başqa  bir  qızıl  dönəmə 
çevrilir. 


 

Göstərdiyi  xidmət  və  qəhrəmanlıqlara  görə  ona 
müxtəlif  vəzifələr  verilir.  Xeybər  əməliyyatından  öncə 
İmam Cavad (ə) briqadasının komandiri təyin olunur və bu 
onun sonuncu vəzifəsi olur. 
Bədr əməliyyatında böyük fədakarlıqdan sonra şəhadət 
şərbətini içir. 
Bu  qəhrəman  komandirin  şəhadət  tarixi  14  yanvar 
1985-ci  ildir.  Özünün  də  arzuladığı  kimi,  pak  cənazəsi 
itkin  düşür  və  29.04.1985  tarixində  müqəddəs  Məşhəd 
şəhərində simvolik olaraq dəfn edilir. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə